Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1700/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və "xxxx" ASC-nin Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 281981 saylı aktı etibarsız hesab edilməsini və aktın əsasında ona müəyyən edilmiş 1348,14 manat cəriməni ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə yazılı ərizə təqdim edərək, "xxxx" ASC-ni tərəf – cavabdeh olaraq cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək öz izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Xətai rayon Enerji təchizatı və Satışı İdarəsinin işçiləri 281981 saylı akt tərtib etmişlər, tərtib edilmiş aktın əsasında 1348,14 manat cərimə müəyyən edilmişdir, dekabr ayında evə yanğınla əlaqədar gecə vaxtı ünvana gəlmiş yanğınsöndürənlər alovu söndürməmişdən öncə mənzilə gələn elektrik xəttini küçə dirəyi ilə sayğac arasında məsafədən kəsmişlər və yanğını söndürmüşlər, Xətai rayon Enerji təchizatı və Satışı İdarəsinin işçiləri sonradan elektrik xəttini bərpa etmişlər, həmin vaxtdan elektrik enejisindən lazımi qaydada istifadə etmişdirlər, səfiyyatla əlaqədar hər ay vaxt-vaxtında ödənişləri etmişdirlər, işıq dirəyindən sayğaca qədər məsafədə yanğın söndürənlərin elektrik xəttini kəsməsi, sonradan elektrik naqillərinin fərqli bağlamaları ilə əlaqədar özünün heç bir təqsiri yoxdur, akt əsassızdır, ona yazılmış cərimə ləğv edilməlidir. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, sayğacın şəkillərini özü çəkmişdir, cavabdehin əməkdaşlarına orada əlavə xəttin göstərilməsini xahiş etmiş, onlar bildirmişlər ki plus-minus yeri fərqlidir, klipslə hansı müddətlər yoxlama aparılmalı olduğu ona izah edilməlidir, əgər əlavə xətt varsa, şəklini göstərməlidirlər, amma yoxdur, akt tərtib edildikdən sonra xətləri dəyişmişdirlər, ona görə də prokurorluğa müraciət etmişdirlər, ünvanda əlavə xətt yoxdur, 2 xətt gəlir, 2 xətt çıxır, indi kart sayğacı qoyulmuşdur, sərfiyyat azdır, təxminən 50-60 manat sərfiyyat vardır, akt tərtib ediləndən sonra şəkillər təqdim olunub, həmin vaxt sayğac orada idi, sonra gəlmiş, naqilləri dəyişmiş, sökmüşdürlər, ola bilər ki, həmin vaxt spiralişlədici qoşmuşdurlar və sərfiyyat belə yaranıb, həmçinin dekabrda akt yazıldıqda dərhal aktı verməmişdirlər, sonradan aktı almış, aktı aldıqdan sonra məhkəməyə müraciət etmişdirlər, ünvanda əlavə xətt olmamışdır, yazılan borc tamamilə əsassızdır. Sonda Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.K.Abdullayev izahatında bildirmişdir ki, akt yazılanda 0,13 qəpikdən hesablanmışdır, belə ki sərfiyyat 300 kvts-a qədər olduqda 8 qəpikdən, 300 kvts-dan çox olduqda isə 13 qəpikdən hesablanır, ünvan üzrə sayğac dərhal bərpa olunmuşdur. Sonda F.K.Abdullayev qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli R 281981 nömrəli aktdan görünür ki, İddiaçı abonent olduğu Xətai, NZS, A.Qurban 25, 553 ünvanında yerləşən evə (**********50533) quraşdırılmış sayğaca baxış zamanı sayğacın sxemi pozularaq xüsusi açar vasitəsilə dövrdən kənarlaşdırılıb, 0 xətti vasitəsilə elektron sayğacı dövrdən kənarlaşdırılıb, sayğacdan kənar naqillərdən axan yük ölçüldüyü qeyd olunmuş, sayğacın sxeminin bərpa edilməsi tələb olunmuşdur. Akt abonent tərəfindən imzalanmamışdır. İş materiallarında olan "xxxx" ASC Bildirişindən görünür ki, Xətai, NZS, A.Qurban 25, 553 ünvanı (**********50533) üzrə ödəniləcək məbləğ 1348,14 manatdır. İş materiallarında olan R 281981 nömrəli akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, “kənar xətt” qüsuru qeyd edilməklə, (11,2A x 0,22 x 24 x 0,7 x 250 gün = 10348 kvts) cəmi 1345,24 manat cərimə məbləği hesablanmışdır. İş materiallarında olan İddiaçı Xətai, NZS, A.Qurban 25, 553 ünvanı üzrə “Abunə haqqı” barədə çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixi üzrə 1345,24 manat məbləğdə borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Xətai, NZS, A.Qurban 25, 553 ünvanında yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə məqsədilə elektrik sayğacı quraşdırılmışdır, abonent kodu **********50533-dir, sayğac mənzildən kənarda yerləşir, həmin sahədə elektrik enerjisindən istifadə olunmasına nəzarət cavabdeh "xxxx" ASC tərəfindən aparılır, elektrik enerjisindən istifadəyə nəzarət məqsədilə xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilmiş, baxış zamanı “sayğacın sxemi pozularaq xüsusi açar vasitəsilə dövrdən kənarlaşdırılıb, 0 xətti vasitəsilə elektron sayğacı dövrdən kənarlaşdırılıb” qüsuru qeyd edilməklə, eyni tarixli R 281981 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında qərar qəbul olunmuş, qərara görə itirilmiş elektrik enerjisi kimi 10348 kvts müəyyən olunmuş, həmin elektrik enerjisinə görə əlavə 1345,24 manat hesablaşma aparılmışdır, bir saat üzrə 11,2 kvt olmaqla hesablaşma 250 gün 24 saat dövrünü əhatə edir. Bununla belə, iddiaçının sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Xətai, NZS, A.Qurban 25, 553 ünvanında yerləşən mənzilə itirilmiş elektrik enerjisi sərfiyyatının bərpası məqsədilə hesablanmış 1345,24 manat məbləğə münasibətdə qeyd edir ki, əvvəla, elektrik sayğacı fərdi yaşayış evindən kənarda quraşdrıldığından onun işlək vəziyyətdə saxlanması vəzifəsi abonentin deyil, cavabdehin üzərinə düşür ki, bu da onda həmin ünvan üzrə elektrik sayğacına mütəmadi nəzarət etmək öhdəliyi yaradır. Belə olan halda, əlavə hesablaşmanın 250 gün, yəni 8 ay 10 gün müddətinə hər gün 24 saat olmaqla aparılması, həmin ünvanda elektrik enerjisinin itirilmiş məbləğinə mütənasib hesab oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, elektrik sayğacına kənar müdaxilə edilməsi səbəbindən abonentə itirilmiş elektrik enerji sərfiyyatına görə hesablanmış məbləğ elektrik avadanlıqlarının gücünə görə 250 gün, hər gün 24 saat üçün istifadə edilə biləcək elektrik enerjisi miqdarında deyil, iddiaçının əvvəlki aylarda elektrik enerji sərfiyyatı nəzərə alınmaqla 3 ay (90 gün) müddətinə, hər ay 4 saat həddində hesablanmalıdır. Məhkəmə, 1 aylıq itirilmiş elektrik enerjisi sərfiyyatına münasibətdə qeyd edir ki, sərfiyyat qərarda göstərilmiş düstura müvafiq olaraq 30 gün üzrə hesablanmalı, bu zaman cari ayın sərfiyyatı nəzərə alınmalıdır. Belə olan halda, akta görə hesablanmış məbləğ 66,72 manat {(11,2 kvt x 0.22 x 4 saat x 0,7 x 90 gün) - üç aylıq sərfiyyat olan 620,928 kvts; həmin sərfiyyatın limit həddi 200 kvts təşkil edir ki, bu da Azərbaycan Respublikası Tarif Şurasının qüvvədə olan xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına əsasən 200 kVts-a qədər 0,08 manatdan hesablandıqda 16 manat, 200 kVts-dan 300 kVts-a qədər olan 100 kVts sərfiyyat üçün 0,09 manatdan hesablanmaqla 9 manat, 300 kVts-dan çox olan 320,928 kvt sərfiyyat isə 0,13 manatdan hesablanmaqla 41,72 manat, ümumilikdə isə 66,72 manat} həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hesablanmış 1345,24 manat borcdan 1278,52 manat (1345,24 – 66,72) silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.11-ci maddəsinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.16-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Tarif Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına əsasən əhali qrupu üçün elektrik enerjisi tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,0 qəpik /kVts, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9,0 qəpik/kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13,0 qəpik /kVts müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı **********50533 saylı abonent koduna "xxxx" ASC tərəfindən hesablanmış 1278,52 manat borc məbləği silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, təmin edilmiş iddianın qiyməti, onun 1000 manatdan 10000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 32,78 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********50533 saylı abonent koduna hesablanmış borc məbləğindən 1278 (min iki yüz yetmiş səkkiz) manat 52 (əlli iki) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 32 (otuz iki) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1700/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1700/2023
19.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver