Məhkəmə qərarları › İş №2(011)-1708/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1708/2022

18.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1708/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə onun arasında Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 oktyabr 1993-cü il tarixdə onunla Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə onun arasında Nardaran qəsəbəsində “Bağ ahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilə bağlanmışdır, həmin vaxtı onun atasının adı Hümbət əvəzinə Qubat olaraq yazılmışdır, həmin sənədlər bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsisnə çıxarış alınması üçün müraciət edərkən bu yanlışlıq ona məlum olmuşdur, lakin hazırda həmin idraə ləğv olunduğundan yalnışlığın düzəldilməsi imkan xaricindədir, şəxsiyyət vəsiqəsində soyadı İsmayılov, adı Qiyas, ata adı Hümbətdir, lakin həmin sənəddə adı Ərizəçi Qubat oğlu olaraq göstərilmişdir, əslində isə həmin sənəd ona məxsusdur, həmin sənəddə icarəçi qrafasında da onun qeydiyyatda olduğu Bakı şəhəri, Neapol küçəsi, ev 16, mənzil 10 göstərilmişdir, hazırda da həmin evdə qeydiyyatdadır, MKİS tərəfindən verilmiş arayışdan da görünür ki, həmin mənzildə 1993-cü ildə ondan əvvəl də yalnız Ərizəçi yaşayıb və qeydiyyatda olub, Ərizəçi Qubat oğlu adlı vətəndaş olmayıb, hüquqi faktın müəyyən eidlməsi ona həmin torpaq sahəsinə çıxarış almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslərə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında 01.05.1972-ci il təvəllüdlü Rəsulov Malik-Əjdər Süleyman oğlu şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun əmisinin qonşusu olmuşdur, onunla sənəd işləri olmuşdur, ərizəçinin atasının adı həqiqətən də Hümbətdir, sənəddə yanlış olaraq Qubat yazılmışdır, ərizəçinin bağı olduğundan məlumatı var. İş materiallarından görünür ki, Ərizəçi 17 oktyabr 1993-cü il tarixdə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə onun arasında Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqaviləyə düzəliş edilərək ata adının Qubat əvəzinə “Hümbət” yazılması barədə ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. İş materiallarından görünür ki, 17 oktyabr 1993-cü il tarixində Nardaranda yerləşən 0,10 ha bağ sahəsinin icarəsi üzrə Ərizəçi Qubat oğlu ilə “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 №-li müqavilə bağlanmışdır, icarəçi Ərizəçi Qubat oğludur, Neapol, ev 16, mənzil 10-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə anadan olmuşdur, yaşayış yeri Bakı şəhəri, Neapol küçəsi ev 16, mənzil 10-dur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə Bakı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında 17 oktyabr 1993-cü il tarixdə Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilə bağlanmışdır, həmin müqavilədə onun adı (ata adı) yanlışlıqla Ərizəçi Qubat oğlu kimi qeyd edilmişdir, müqavilədə adı qeyd olunmuş Ərizəçi Qubat oğlu ilə Ərizəçi eyni şəxsdir, ərizəçi hüquqi əhəmiyyəti olan faktı başqa qaydada əldə edə bilməmişdir. Bununla belə, ərizə tələbində müəyyən edilməsi göstərilən faktın hüquqi əhəmiyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən,məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktınını müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, 17 oktyabr 1993-cü il tarixli Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 oktyabr 1993-cü il tarixli Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar