Məhkəmə qərarları › İş №2(011)-1720/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1720/2022

26.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1720/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə Ərizəçi qardaşı xx.xx.1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qardaşı xx.xx.1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizələri geri qaytarılmaqla baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, Ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi qardaşı xx.xx.1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar