Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1739/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfində onun abonent koduna əsassız olaraq hesalanmaqla vurulmuş 269,27 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.F.Məmmədov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkün kimi hal-hazırda ünvan 1 ünvanda sukanal idarəsi tərəfindən xx.xx.2014-cü il mexaniki sayğac quraşdırılmışdır, tərəflər arasında xeyli əvvəl olmuş su təchizatı və kanalizasiya sistemləri ilə təmin edilmə, ondan istifadə, istismar qaydaları haqqında razılaşmaya əsasən istehlakçı kimi cavabdeh tərəfindən su ilə təmin edilmişdir, iddiaçı sərf etdiyi suyun həcminə görə nəzarətçi tərəfindən göndərilən bildirişdə göstərilən məbləği aylar üzrə vaxtı-vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir ki, bunlar da müvafiq bildirişlər və ödəmə qəbzləri ilə təsdiq oluna bilər, 2015-ci ildən su sayğacının dayanması və işləməməsi barədə müxtəlif vaxtlarda Xətai Sukanal idarəsinə qaynar xəttinə telefon və həmçinin yaxınlaşıb müraciət etsə də deyilənlərə idarə tərəfində heç bir əhəmiyyət verilməmişdir, bina evi olduğundan sayğac çöldədi və nəzarətçi istədiyi vaxt baxış keçirə bilər, həmin vaxtdan 6 il ərzində yəni 2021-ci ilin iyun ayına kimi sukanal idarəsinin əməkdaşlarından heç bildriş verilməmiş, poçt və digər online ödəniş terminalları vasitəsilə abunə kodunu daxil edəndə abunə borcun olmadığı ilə qarşılaşmışdır, quraşdırılmış sayğac küçədə yerləşir, küçədə yerləşdiyi üçün də iddiaçı sayğacın heç bir halda kənar qüvvələr tərəfindən təsirə məruz qalmayacağına cavabdeh ola bilməz, bu 6 il ərzində cavabdeh tərəfindən heç bir borc haqda bildiriş verilməmişdir, yalnız 2021-ci ilin iyun ayında sukanal idarəsinin nəzarətçi 269,27 manat əsassız borc hesablanmışdır, bununla da işləməyən sayğacı dəyişib yeni sayğacı qoymuşdur, 6 ildir sayğacın dəfələrlə işləməməsi barədə müraciətə baxılmayıb, cavabdehin Xətai idarəsinin əməkdaşları heç bir hüquqa və qanuna əsaslanmadan protokollar tərtib edir, həmin qanunsuz hesablanmış borcları nöqsanları ucbatından dəymiş ziyanı əhaliyə ödətməyə çalışırlar, 2021-ci ildə yeni sayğac qoşulduqdan sonra hesablanmış borcu qəbul edir. Sonda V.F.Məmmədov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi N.H.Hümmətov izahat verərək bildirdi ki, Cavabdeh ASC su təchizatı və tullantı sularının axıdılması xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun və axıdılan tullantı sularının dəyərindən formalaşır, İddiaçıya 01,05.2007-ci il tarixindən cavabdeh tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidməti göstərilmişdir, o, əhali qrupu abonentlərinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2022-ci il tarixinə ümumilikdə 292.11 manat məbləğ ödəməli olduğu halda lazımi qaydada ödəniş etməmiş və nəticədə xx.xx.2022-ci il tarixinə 292.11 manat borcu qalmışdır, cavabdeh tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, lakin cavabdeh borcun ödənilməsini tam təmin etməmişdir, istehlakçının 292.11 manat ödənilməmiş borcu yaranmışdır, qeyd olunan mənzilə Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixində SSS -15- 336096 nömrəli sayğac qoyulub və xx.xx.2012-ci il tarixində sökülüb, xx.xx.2012xx.xx.2014-cü il aralığında sayğacsız dövr olub, cavabdeh tərəfindən göstərilən xidmətlərin dəyəri əhali və qeyr-əhali qrupları üzrə ödənişlər tam şəkildə ödənilmədiyindən bunun nəticəsində yaranmış maliyyə çətinlikləri Cəmiyyətin digər dövlət qrumları qarşısında öhdəliklərinin icrasını mümkünsüz edir,i borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq əlavə dəyər vergisi ödənilmişdir, 2011-ci ildə iddiaçının 351,18 manat borcu dövlət tərəfindən bağışlanmış, lakin 361,06 manat borc qalmışdır, məhkəmə prosesinin davam etdiyi dövrdə 2 sənəd iddiaçıdan istənilmişdir, bunların biri ilkini arayış idi, hansı ki, 2014-cü ildən onlar müəssisəyə təqdim etməyiblər, hətta onlara bildirildi ki, 2014-cü ildə həmin evin təkcə sayğacı sökülməyib, eyni zamanda evə girməyə də iddiaçı icazə verməyib, qaçqın olduqlarına görə 70 manat onların borcundan silinəcək, qalan borc isə onların borcudur və ödənılməlidir, 1 adama orta hesabla 5 kub metr su düşür, 2015-ci ildə də baxışa icazə verilməyib, nəhayət 2021-də baxılıb və borc müəyyən edilib, xx.xx.2021-ci ildən sayğac var və normal hesablanma gedir, lakin həmin tarixə qədər isə yazılan borc statistikaya əsasən yazılı, arayış təqdim etməyənlər üçün borc ortama hesabla 4 adama görə hesablanır, məhz bu say sudan istifadə qaydalarında öz əksini tapıb, sayğac çıxarılanda hesab 232 kub metr olub, tərəfin 2017-ci ilə qədər qaçqınlığa dair arayışları var və bu səbəblə onların 70 manat borcu silinəcəkdir, lakin qalan 200 manat borc isə 2017-2021-ci illəri əhatə edir, 4 il 6 aya 200 manat borc hesablanıb, 2018-2021-ci illər arasında suyun qiyməti 50 qəpik sonra isə 70 qəpik olmuşdur. Sonda N.H.Hümmətov qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan 66 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Nobel prospekti, 92 saylı evdə Zəngilan rayonun məcburi köçkün kimi müvəqqəti qeydə alınıb. İş materiallarında olan Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi barədə çıxarışdan görünür k, 841282 №-li sayğac xx.xx.2014-cü il tarixdə quraşdırılmışdır, sayğacın son göstəricisi 00232 olmuşdur, 21728767 №-li sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır, son göstəricisi 00001 olmuşdur. İş materiallarında olan “Elektron Müraciət” elektron xidmətinin müraciət blankı surətindən görünür ki, İddiaçı Azadalı qızı su borcu haqqında Xətai Sukanal İdarəsinə müraciət etmişdir. İş materiallarında olan Xətai rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, yaranmış borcun düzgün olduğu müəyyən edilmiş, qısa vaxt ərzində ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Elektron Arayışdan görünür ki, **********010 abonent kodu üzrə S.Quliyeva 2021-ci ilin dekabr ayı üçün 53 manat, 2021-ci ilin oktyabr ayı üçün 7 manat, cəmi 60 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X4 görünür ki, 336096 saylı sayğac xx.xx.2007-ci il tarixdə quraşdırılmışdır, 841282 saylı sayğac xx.xx.2012-ci il tarixdə quraşdırılmışdır, xx.xx.2014-cü il tarixdə çıxarılmışdır, ilkin göstəricisi 197 m3, sökülmə göstəricisi 232 m3-dur, xx.xx.2022-ci il tarixə son göstərici 67 m3-dur, su borcu, çirkab borcu və dövr borcu hesablanmaqla, cəmi borc 292,11 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonent kartından görünür ki, **********010 abonent kodu üzrə S.Quliyevaya cəmi 299,11 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı məcburi köçkün olmaqla ünvan 3 ünvanda xx.xx.2014-cü ildə 841282 saylı yeni sayğac quraşdırılmışdır, sayğacın ilkin göstəricisi 197 m3 olmuşdur, həmin sayğac xx.xx.2021-ci il tarixdə yeni sayğacla əvəz olunmuşdur, əvəzləşdirilən sayğacın son göstəricisi 232 m3, yeni sayğacın göstəricisi isə “1” olmuşdur, iddiaçının yeni sayğacla xx.xx.2021 xx.xx.2022-ci il dövrü üzrə sudan istifadəyə görə borcu 67 manatdır, iddiaçının xx.xx.2017ci ilə qədərki dövr üzrə borcu yoxdur, xx.xx.2022-ci il tarixədək iddiaçının hesabına ümumi borcu kimi 292,11 manat daxil olunmuşdur, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla bərabər, sudan sayğacdan kənar və qeyri-qanuni istifadə halları müəyyən edilmədi. Məhkəmə, silinməli olan borcun məbləğinə münasibətdə hesab edir ki, 2017-ci ilə qədər tərəflər arasında iddiaçının borcunun olmaması barədə mübahisə olmadığından, əvəzləşdirilmiş sayğacda isə hər hansı qüsura, həmçinin iddiaçının sudan hər hansı bir qeyri-qanuni istifadəsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, sudan istifadəyə görə hesablaşma dövrü həmin tarixdən (xx.xx.2017) sonrakı aylar (illər) üzrə aparılmalı, sərfiyyat həcmi isə sayğacın göstəricisinə) uyğun olaraq hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac yeni sayğacla xx.xx.2021-ci ildə əvəzləşdirildiyindən o vaxta qədərki hesabat - borc məbləği əvvəlki sayğac göstəricisinə (232-197=35 m3) uyğun olaraq əhali qrupu üçün su təchizatı və tullantı suların axıdılmasına görə müəyyən olunmuş aylıq tarif (0,30 + 0,70 = 1 manat) nəzərə alınmaqla 35 manat, sonrakı dövr üzrə isə (son çıxarış tarixi xx.xx.2022) 67 m3 sərfiyyata uyğun olaraq 67 manat, ümumilikdə isə 102 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixədək iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 292,11 manat borcdan 102 manat ödənilməli, qalan 190,11 (292,11-102) manat borc isə silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun 30cu maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən, ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə vəbu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 №-li “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Qərarına əsasən, əhali qrupu üzrə su təchizatı 1 kub metrə görə 0,35 manat, tullantı suların axıdılmasına görə 0,15 manat müəyyən olunmuşdur. Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Şurasının 30 yanvar 2021-ci il tarixli 5 №-li Qərarına əsasən, Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş cədvəlin 1.1.1-ci sətrində “0,35” rəqəmi “0,70” rəqəmi ilə, 1.1.2-ci sətrində “0,30” rəqəmi “0,60” rəqəmi ilə, 2.1-ci sətrində “0,15” rəqəmi“0,30” rəqəmi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında 23 yanvar 2017-ci il tarixli Fərmanına əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunması qərara alınmışdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı **********010 saylı abonent koduna hesablanmış 190,11 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı **********010 saylı abonent koduna hesablanmış 190 (yüz doxsan) manat 11 (on bir) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1739/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1739/2022
11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver