Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1743/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi – DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş JN-848 A Kod 40614018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi və şəhadətnamədə İslamov soyadını İslamova soyadına, Hökümə adının Mehriban adına dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İslamova (Cavadova) Mehriban Osman qızı xx.xx.1956-cı il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuş, xx.xx.1974-cü il tarixdə X4 ilə nikaha daxil olduqdan sonra ərinin soyadını götürmüş və sənədlərdə soyadı İslamova kimi qeyd edilmişdir. Ərizəçinin həyat yoldaşı X4 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı ilə ərizəçiyə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində 0,12 ha həyatyanı torpaq sahəsi ayrılaraq JN-848 A Kod 40614018 saylı şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. Qeyd olunan şəhadətnamə itirildiyindən xx.xx.2019-cu il tarixdə ərizəçi Qəbələ qəzetində elan verdikdən sonra Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Qəbələ RPİ-də ərizəçiyə məxsus sənədin itməsi barədə məlumatın olmadığı bildirilmişdir. Bu səbəbdən də AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestrinin 9 saylı Ərazi İdarəsinə müraciət edərək itmiş şəhadətnamənin surətinin verilməsi barədə müraciət etdikdə şəhadətnamədə soyadını səhv olaraq İslamov adı isə Hökümə kimi qeyd olunmuşdur. Ərizəçinin doğum və nikah hqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqəsində və digər ona məxsus sənədlərdə soyadı İslamova adı isə Mehriban kimi qeyd olunmuşdur. Şəhadətnamədə adının səhv yazılması səbəbi ilə ərizəçiyə məxsus torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrinin Xidməti tərəfindən çıxarışın verilməsi mümkün olmamışdır. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv olunduğundan və səlahiyyətləri AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestrinin 9 saylı Ərazi İdarəsinə verildiyindən yanlışılığın aradan qaldırılması üçün müraciətə cavab olaraq xx.xx.2019cu il tarixli **********60 saylı məktub ilə bildirilmişdir ki, yanlışlığın aradan qaldırılması onların səlahiyyətlərinə aid olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Maraqlı şəxs2 məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında maraqlı şəxs qismində mülki işə cəlb edilmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Qəbələ rayonu, Mıxlıqovaq kənd ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə məxsus “torpağın mülkiyyətə verilməsinə dair” JN-848 A Kod 40614018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər AR ƏMDK-nin Yanında Daşınmaz Əmlak Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxslər (nümayəndəsi) məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırkı ərizə ilə bağlı maraqlı şəxslər Maraqlı şəxs2 və AR ƏMDK-nin Yanında Daşınmaz Əmlak Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini dəfələrlə məhkəmə iclasları barədə məlumatlandırmaqla məhkəməyə çağırsalar da, lakin onlar (nümayəndələri) məhkəməyə gəlməmişdir. Məhkəmə hazırkı ərizə tələbi ilə bağlı mübahisə olmadığından işə xüsusi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-848A saylı, KOD 40614018 şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon, Mıxlıqovaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin **********60 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçi nümayəndəsi X6 bildirilmişdir ki, torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Mıxlıqovaq Kənd İnzibati Ərazi İdarəsinin №153 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi verilən JN:848A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, texniki səhv nəticəsində soyadı və adı səhvən X2 yazılmışdır. Odur ki, JN:848A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədə vətəndaşın həqiqi adı şəxsiyyət vəsiqəsində göstərildiyi kimidir. Həmçinin arayışda qeyd olunmuşdur ki, JN:848A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı qeyd olunan İslamova X3 İƏN-nin təsərrüfat başına kitablarında qeydiyyatda olmayıb və kənddə yaşamır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X4 ilə X1 nikahları xx.xx.1974-cü il tarixdə Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N-də qeydə alınmışdır. Həmin arayışdan görünür ki, X4 xx.xx.2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan təbii qazdan istifadəyə dair abonentin saldosundan görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kənd ərazisində Ərizəçi adına qaz sayğacı vardır və təbii qazdan istifadəyə görə onun borcu yoxdur. İş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, ərizəçinin tanışıdır. Onun Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən torpaq sahəsi vardır. Hər il yayda Qəbələ rayonunda yerləşən evinə gəlir, lakin daimi olaraq Bakı şəhərində yaşayır. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, ərizəçinin həm qonşusu, həm də qohumudur. Maraqlı şəxs2 Ərizəçi qardaşının yoldaşıdır. Hökümə xanımın da Qəbələ rayonu, Mıxlıqovaq kəndində torpaq sahəsi vardır. Mehriban xanımın və Hökümə xanımın torpaq sahələri fərqlidir. Kənddə torpaq islahatları keçirilən zaman sənəddə texniki səhv olaraq “Mehriban” adının yerinə “Hökümə” yazılmışdır. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. O, Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayır. Ərizəçi evi ilə onun evi arasında təxminən 200-300 metr məsafə vardır. O, Mehriban xanıma məxsus torpağın sahəsini dəqiq bilmir. Mehriban xanımın torpaq sahəsi onun kənddə yerləşən 88 sot torpaq sahəsindən böyükdür. Beləliklə işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi ayrılmış Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,12 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə onun soyadının “İslamov”, adının isə “Hökümə” kimi qeyd edildiyindən, o hazırda həmin torpaq sahəsinin mülkiyyətinə keçirməsi ilə bağlı müvafiq sənəd ala bilmir. Məhkəmə hesab edir ki, ərizəçi torpaq sahəsinə dair verilmiş şəhadətnamənin ona məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçi həmin faktı təsdiq edən lazımı sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş JN-848 A Kod 40614018 saylı şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Qəbələ rayonu, Mıxlıqovaq kənd ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə məxsus “torpağın mülkiyyətə verilməsinə dair” JN-848A KOD 40614018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-1743/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1743/2022
01.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver