Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1779/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, bina 44 ünvanında yerləşən 26 saylı mənzildə quraşdırılmış **********40026 abonent kodlu işıq sayğacına əsassız olaraq hesablanmış 1357.06 manat məbləğində barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, bina 44, ünvanında yerləşən 26 saylı mənzildə quraşdırılmış **********40026 abonent kodlu işıq sayğacına 1357.06 manat məbləğində borc yazılmışdır. Bu barədə iddiaçıya heç bir rəsmi bildiriş göndərilməmiş, o yalnız işıq sayğacını dəyişdirmək istəyən zaman bu qədər borcun olduğundan xəbərdar olmuşdur. Belə ki, iddiaçı cavabdehə müraciət etdiyi zaman ona məxsus mənzildə quraşdırılmış işıq sayğacından xx.xx.2012-ci il tarixinə 1357.06 manat borc məbləğinin olduğu, bu borcun 670.58 manatının "xxxx" MMC-nin fəaliyyəti dövründə qaldığı, 686.48 manatın isə guya mənzilin elektrik hesabat sayğacı yenisi ilə əvəz olunarkən işlədicilərin gücünə görə aparılan metodiki hesabata əsasən yaranan borc məbləğinin olduğu bildirilmişdir. Belə ki, xx.xx.2012-ci il tarixində komputer məlumat bazasına 1357.06 manatın olduğu göstərilmişdir. İddiaçıya məxsus sayğaca 2012-ci il tarixində 1357.06 manat məbləğində borc yazılmışdır. İddiaçı bildirir ki, həmin zaman ona məxsus mənzildə 2001-ci ildən ümumiyyətlə yaşayış olmamışdır. Belə ki, həmin zaman mənzildə yaşayış olmadığından qaz və su sərfiyyatına görə ondan hər hansı bir ödəniş tələb edilməmiş, ümumiyyətlə kommunal xidmətlərdən istifadə olunmamışdır. Qeyd edir ki, həmin dövrə aid qazın istifadə olunmamasıına dair çıxarış onlara təqdim edilmişdir. Bütün bunlarda həqiqətən cavabdehin qeyd etdiyi zaman həmin mənzildə yaşayış olmadığını sübuta yetirir. Yaşayış olmadığı halda iddiaçıya məxsus mənzildə quraşdırılmış işıq sayğacına necə borc yazıla bilərki? İddiaçı onu da qeyd edir ki, mənzildə yaşayış olduğu müddətdə mənzildə quraşdırılmış işıq sayğacından istifadəyə görə vaxtlıvaxtında ödəniş edilmiş, istifadə olunan işıq enerjisinə uyğun ödənişlər tərəfindən ödənilmişdir. Məhz bu səbəbdən də, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, bina 44, ünvanında yerləşən 26 saylı mənzildə quraşdırılmış **********40026 abonent kodlu işıq sayğacına dair hər hansı borc olmadığından iddiaçıdan əsassız olaraq tələb olunan 1357.06 manat məbləğində pul vəsaiti məhkəmə qaydasında silinməsi qanunauyğundur. Bütün yuxarıda göstərilənləri əsas götürərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıdan qanunsuz olaraq tələb olunan 1357.06 manat məbləğində borcun silinməsini məqsədəmüvafiq hesab edir, hüquq və qanuni mənafelərinin bərpa olunması və ədalətin bərqərar edilməsi üçün son ümid yeri olan ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir və borcunun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, 2001-2002-ci illərdən sonra həmin evdə yaşayış olmamışdır. O evdə yalnız 1999-2000-ci illərdə yaşayış olmuşdur. 2021-ci ildə mənzili satarkən məlum olmuşdur ki, külli miqdarda borc yazılmışdır. Borcla bağlı "xxxx" ASC-yə müraciət etdikdə, borcun yarısı silinmiş, 2006-cı ilə qədər olan çıxarış olmadığı üçün qalan borc silinməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçının qeyd olunan ünvanında sayğac 2 dəfə 1986 və 2012-ci illərdə quraşdırılmışdır. 1986-cı ildə qoyulan sayğacda 2000-ci ilə qədər olan sərfiyyat qeyd edilmişdir. 2000-2012-ci illərdə sayğac işləmədiyindən sərfiyyat qeydə alınmamışdır. 15 aprel 2012-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. 1537 manat sayğac olmayan dövrə orta hesabla, ailədəki şəxslərin sayına uyğun olaraq hesablanmışdır. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunan abonentin hərəkət cədvəlindən görünür ki, ünvan 1 ünvanında abonent X1 2023-cü il üçün 688.58 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyi Bakı Filialı tərəfindən X5 ünvanlanmış 19 dekabr 2022-ci il tarixli AC-RA-20-4280/22 saylı məktubdan görünür ki, Xətai rayonu, Zığ yolu, bina 44, mənzil 26 ünvanında yerləşən mənzildə elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə Azərbaycan Respublikası Energetika Nazirliyinə daxil olmuş müraciətə X2 Agentliyinin Bakı filialında aidiyyəti üzrə araşdırılmışdır. Qeyd olunan ünvan enerji təchizatı müəssisəsində **********40026 nömrəli abonent kodu ilə X1 adına qeydiyyata alınmışdır. Hesab ödəniş dövriyyəsi təhlil olunarkən hesabda xx.xx.2012-ci il tarixinə 1357,06 manat borc məbləğinin olduğu və bu borcun 670,58 manatının "xxxx" MMC-nin fəaliyyəti dövründən qalan məbləğ, 686,48 manatının isə xx.xx.2012-ci il tarixdə mənzilin elektrik hesabat sayğacı (bundan sonra-sayğac) yenisi ilə əvəz olunarkən işlədicilərin gücünə görə aparılan metodiki hesabata əsasən yaranan borc məbləğinin olduğu müəyyən edilmişdir. Mənzildə elektrik sayğacının olduğu dövr üzrə aparılmış metodiki hesablaşma nəticəsində yaranmış borcun silinməsi məsələsinə baxılması məqsədilə tərəflərindən "xxxx" ASC-yə AERA-20-3674/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. "xxxx" ASC-nin xx-xx/7593 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda sözügedən borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu qeyd edilərək məktuba mahiyyəti üzrə baxılması təmin edilməmişdir. Hesab ödəniş dövriyyəsinin təhlili xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mənzildə yaşayışın olmadığını, X3 edilmədiyini sübut edir. Həmçinin təbii qazın istifadəsinə görə abonent saldosuna baxış keçirildikdə qeyd olunan dövr ərzində mənzildə təbii qazdan istifadə edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə mənzildə xx.xx.1986-cı il tarixdə tipi SO-2M, zavod nömrəsi ******* olan elektrik hesabat sayğacı quraşdırılmışdır. xx.xx.2012-ci il tarixdə sayğac yenisi ilə əvəz olunmuş və yeni sayğac pilləkən meydançasında sayğac panelində quraşdırılmışdır. Yeni sayğac quraşdırılarkən əvvəlki sayğacın 5260 olan göstəricisi nəzərə alınmamış və heç bir səbəb olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları” nın 8.16-cı bəndinin tələbləri pozularaq metodiki hesablama adı altında xx.xx.2012-ci il tarixdə hesaba 11441 kVts (dəyəri-686,48 manat) elektrik enerjisi sərfiyyatı yazılmışdır. Qaydaların 8.16-cı bəndinin tələbinə əsasən elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Yuxarıda göstərilənlər nəzərə alınaraq abonent hesabına əlavə edilmiş 1357,06 manat məbləğində borca yenidən baxılması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi üçün”Azərişıq” ASC-yə məktubla müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyi Bakı Filialı tərəfindən İddiaçı ünvanlanmış 19 yanvar 2023-cü il tarixli 3-15-2-1/2-72/2023 saylı məktubdan görünür ki, Xətai rayonu, Zığ yolu, bina 44, mənzil 26 ünvanında yerləşən mənzildə elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə Azərbaycan Respublikası Energetika Nazirliyinə daxil olmuş müraciətə X2 Agentliyinin Bakı filialında aidiyyəti üzrə araşdırılmışdır. Mənzildə elektrik sayğacının olduğu dövr üzrə aparılmış metodiki hesablaşma nəticəsində yaranmış borcun silinməsi məsələsinə baxılması və yaranmış problemin həlli məqsədilə "xxxx" ASC-yə məktub göndərilmişdir. "xxxx" ASC-nin cavab məktubunda sözügedən borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu qeyd edilərək məktuba mahiyyəti üzrə baxılması təmin edilməmişdir. Bu səbəbdən abonent hesabına əlavə edilmiş 1357,06 manat məbləğində borca yenidən baxılması və nəticəsi barədə Agentliyin Bakı filialına məlumat verilməsi üçün "xxxx" ASC-yə tərəflərindən məktubla müraciət edilmişdir. "xxxx" ASC-nin 13-13/2-1/18-033/2023-cü il tarixli cavab məktubunda hesab ödəniş dövriyyəsinin yenidən təhlil olunduğu, lakin yaranmış borc məbləğinin 5 il əvvələ aid olduğu üçün xx.xx.2012-ci il tarixində kompüter məlumat bazasına 1357,06 manat məbləğində borcun (22618 kVts) daxil olma səbəbinin araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış mübahisəli məsələ ilə bağlı enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi bildirilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydalarının” 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X3də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. «Qaydalar»ın 8.31-ci bəndinə əsasən məişət abonenti müəyyən olunmuş gündən sonra 10 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, sonrakı hər bir gün üçün ödəniş aparılan günədək, ödəniş sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verməlidir. Məişət abonenti bundan sonrakı 20 gün müddətində ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəmədikdə dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerji təchizatı müəssisəsi 3 gün əvvəl xəbərdar etməklə onu enerjiyə görə borc ödənilənədək elektrik şəbəkəsindən aça bilər. Elektrik şəbəkəsindən açıldığı müddətdə məişət abonentindən dəbbə (penya) tutulmur. “X3 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və mülki iş materialları ilə təsdiq olunur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, bina 44 ünvanında yerləşən 26 saylı mənzildə xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış olmamış, X3 edilməmişdir. Həmçinin təbii qazın istifadəsinə görə abonent saldosundan görünür ki, qeyd olunan dövr ərzində mənzildə təbii qazdan istifadə edilməmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyi Bakı Filialı tərəfindən verilmiş cavab məktublarından, eləcə də, cavabdehin nümayəndəsinin izahatından görünür ki, qeyd olunan borc məbləği üçün 5 illik iddia müddəti ötürülmüş və həmin borcun yazılması sayğacın işləmədiyi dövrə təsadüf etdiyindən, borc məbləği orta sərfiyyatla hesablanmışdır. Halbuki, həmin mənzildə yaşayış olmadığı sübutlarla təsdiqini tapmışdır. Digər tərəfdən iddiaçı izahatında cavabdeh "xxxx" ASC tərəfindən borc məbləğinin yarısının silindiyini bildirsə də, iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, iddiaçıya məxsus mənzillə bağlı hesablanmış 688,58 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına hesablanmış 688.58 manat borc məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1779/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1779/2023
21.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver