Məhkəmə qərarları › İş №2(011)-1781/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1781/2023

31.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1781/2023 31.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən plombu üzərində olan yeni markalı qaz sayğacının quraşdırılması, abonent kodunun verilməsi və mənzilinin təbii qazla təchiz olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən plombu üzərində olan yeni markalı qaz sayğacının quraşdırılması, abonent kodunun verilməsi və mənzilin təbii qazla təchiz olunması barədədir, iddia tələbi üzrə cavabdeh olaraq Cavabdeh İB göstərilmişdir. Bununla belə, iddia ərizəsindən və iş materiallarından iddiaçı ilə Cavabdeh İB arasında mülki hüquq münasibətlərinin (müqavilə və s.) olması müəyyən olunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında mülki hüquq münasibətlərinin (müqavilə və s.) olması məhkəmə tərəfindən müəyyən olunmadığından, təbii inhisar subyekti olan SOCAR Cavabdeh hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına baxmayaraq, iddiaçı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etdiyindən onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul olunması mümkün deyil və ona görə də iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçı, hazırki tələb üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”dan görünür ki, SOCAR Cavabdeh təbii inhisar subyektidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 153, 261-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh İB-yə qarşı “yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən plombu üzərində olan yeni markalı qaz sayğacının quraşdırılması, abonent kodunun verilməsi və mənzilinin təbii qazla təchiz olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar