Məhkəmə qərarları › İş №2(011)-1796/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1796/2022

21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1796/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsaat Birliyinin Bakı X6 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktının ləğv edilməsi və akt əsasında hesablanmış 1944.00 (bir min doqquz yüz qırx dörd) manatcərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh adları və kimliyi ona məlum olmayan nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə ona məxsus mənzilin qaz sayğacı onun iştirakı olmadan özbaşına olaraq dəyişdirilmişdir. Həmin gündən yaxın tarixədək çıxarılan qaz sayğacında hər hansı bir nöqsan olduğu və ya cərimə yazıldığı barədə məlumatı olmayıb. Bu barədə ona nə bildiriş, nə xəbərdarlıq, nə də rəsmi bir sənəd təqdim edilməyib. Son 3-4 ay ərzində karta yüklədiyi pul məbləğinin tez qurtardığı, nəsə hesabatda problemin olduğundan şübhələnərək Suraxanı xidmət sahəsinə müraciət etdi. Mənzilində işlədilən qazla və ödənişlə bağlı məlumat aldıqda ona məlum oldu ki, xx.xx.2018-ci ildə sayğac dəyişdirilərkən onun mənzilinə quraşdırılmış sayğacın guya borusunda dəlik aşkar olunduğundan akt tərtib edilmiş və akt əsasında 1944 manat dəyərində cərimə hesablanmışdır. Karta yüklədiyi pul məbləğinin də 50 faizi xəbəri olmadan çıxılırmış. Bildirir ki, sayğca qaz idarəsi tərəfindən evindən kənarda küçədə quraşdırılmış və plombla möhürlənmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib edilmiş akt 2 (iki) nəfər qaz nümayəndəsi tərəfindən tərtib edilmiş və sayğaca baxış keçirərkən sayğacın üzərində 04311272 saylı plombun olduğu həmin plombun nümayəndələr tərəfindən qırıldığı aktda qeyd olunmuşdur. Sayğacın üzərində plomb olduğu halda isə onun daxilində olan çıxış borusunun abonent tərəfindən deşilə biləcəyi absurddur. Sayğac xx.xx.2018-ci ildə açılsa da iki aydan sonra, yəni xx.xx.2018-ci ildə ******* saylı akt tərtib edilərək 9720 kub həcmində dəymiş ziyan hesablanmışdır. Hesabat 6 (altı) ay müddətində qazdan qanunsuz istifadə olunması ilə bağlı aparılmışdır. Halbuki, abonent saldosundan da görünür ki, mənzildə mütəmadi olaraq təbii qazdan istifadə olunmuş və hər ay istifadə olunan olunan qazın dəyəri ödənilmişdir. Sayğac dəyişdirilmədən öncə mövsümə uyğun hansı həcmdə qaz işlədilibsə sayğac dəyişdirildikdən sonra da eyni həcmdə mənzildə təbii qazdan istifadə olunmuşdur. Əgər sayğacda hər hansı bir müdaxilə olunsaydı yeni sayğacda işlədilən qazın həcmində nəzərə çarpan dəyişiklik olmalı idi. Sayğac dəyişdirildikdən sonra ödənişlə artımın səbəbi karta vurulan pulun yarı hissəsinin tutulması ilə əlaqədardır. Bu aktdan da görünür ki, hesabat heç bir qanunun tələbinə uyğun aparılmamış və sayğacda heç bir müdaxilə halı olmamışdır. Akt qərəzli şəkildə tərtib edilmiş, tyaşlı qadın olduğu üçün, evdə təl yaşadığı üçün saxtakarlıq edib öz yeyintilərini onun üzərinə yıxmışlar. Evində əhəng sexi və ya istixana işlədirmiş kimi məntiqə sığmayan məbləğdə cərimə yazmışlar. Aktda hesabatın hansı qanunun tələbinə uyğun aparıldığı qeyd edilməmişdir. Bundan əlavə “Dövlət Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının Xİİ fəslinin 79-cu bəndinə əsasən aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yer və tarixinə uyğun gəlməlidir. xx.xx.2018ci il tarixli ******* saylı aktından ümumiyyətlə xəbəri olmayıb, akt onun ünvanında deyil başqa bir yerdə və onun iştirakı olmadan yazılmışdır. Qeyd edilənlərə əsaslanaraq Cavabdeh Bakı X6 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktının ləğv edilməsi və akt əsasında hesablanmış 1944.00 (bir min doqquz yüz qırx dörd) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, Cavabdeh İstehsaat Birliyinin Bakı X6 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktının ləğv edilməsi və akt əsasında hesablanmış 1944.00 (bir min doqquz yüz qırx dörd) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, 11 avqust 2018-ci il tarixdə İddiaçı mənzilinə quraşdırılmış sayğaca iddiaçının iştirakı ilə baxış keçirilən zaman sayğacın çıxış borusunun deşildiyi aşkar olunmuş, ******* nömrəli, xx.xx.2018-ci il aktla rəsmiləşdirilmişdir. Bundan sonra qeyd olunan nəticələr ******* nömrəli, 30 avqust 2018-ci il aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 1944 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda abonentin Gasreport hesablama sistemindən çıxarışından da mübahisəsiz qaydada görünür ki, 2016 və 2017 və 2018-ci ilin avqust ayına qədər iddiaçı tərəfindən istehlak edilən qaz sərfiyyatı üzrə ödənişlər az edilmiş, bəzi aylarda isə ümumiyyətlə ödəniş edilməmişdir. Bununla bərabər iddiaçının etdiyi ödənişlərdən 2018-cu ilin 11-ci ayından başlayaraq tutulmalar aparıldığı iddiaçının bu haldan məlumatlı olduğunun və sayğacın yararsız hala salınmasına görə təqsirini qəbul etdiyinin göstəricisidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Beləliklə, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 2016 və 2017 və 2018-ci ilin avqust ayına qədər müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə istehlak etdiyindən daha az məbləğ ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X3 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, nümayəndə İddiaçı cavabdeh X1rşı qaz sərfiyyatına görə hesablanmış 1944 manat borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına 2018-ci il üçün 1944 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qaz sayğacı çıxarılmış, digər sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii X3 pozulması haqqında” 29 iyun 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında sayğaca baxış zamanı “sayğacın çıxış plosmas borusu deşilmişdir” qüsurunun aşkar edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii X3 pozulması haqqında” aktda iddiaçıya məxsus evdən çıxarılmış “sayğacın çıxış plastmas borusu deşilmişdir” qüsurunun aşkar edildiyi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 1944.00 (bir min doqquz yüz qırx dörd) manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İBsi tərəfindən tərtib olunmuş 29 iyun 2018-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 1944.00 (bir min doqquz yüz qırx dörd) manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii X3 pozulması haqqında” Cavabdeh İB tərəfindən tərtib edilmiş 29 iyun 2018-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanı ilə bağlı hesablanmış 1944 (bir min doqquz yüz qırx dörd) manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar