Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1809/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3, Ərizəçi iştirakı ilə Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 fəaliyyət qabiliyyətinin olmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X.Ş. Baxşəliyeva ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 07.04.1976-cı il təvəllüdlü X4 onun oğludur, hazırda Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 86, mənzil 25 ünvanında yaşayır, oğlu psixiatrik xəstədir, oğlu hərbi xidmətdə olmuş və hərbi xidmətini başa vurduqdan sonra psixiatrik problemləri yaranmışdır, oğlu hazırda öz hərəkətlərinin mənasını başa düşmür, odur ki, özünü müstəqil idarə edə bilmir, 2-ci dərəcəli əlil olsa da məhkəmə qaydasında fəaliyyət qabliyyətsiz hesab edilmədiyi üçün onun üzərində qəyyum təyin edilməsi mümkün olmamışdır, ona ana kimi özü qulluq edir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qardaşına 2-ci dərəcəli əlillik verilmişdir və hətta rəydə onun əmək qabiliyyəti olmaması da göstərilmişdir. Sonda X.Ş. Baxşəliyeva ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”-na məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X10 rəyi ilə razıyam, rəyin nəzərə alınaraq X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilmməsinə etiraz etmirəm və məhkəmənin müvafiq qərarı olacağı təqdirdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası” şəxsə qəyyumluq təyin olunması məsələsinə baxacaqdır. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 515065 saylı arayışın surətindən görünür ki, 07.04.1976-cı il təvəllüdlü X4 2-ci dərəcəli əlildir, əlillyinin səbəbi ümumi xəstəlikdir, əmək qabiliyyətsizdir. İş materiallarında olan 24.04.1976-cı il tarixli İV-ЖГ № 340631 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.04.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 24.04.1976-cı il tarixdə 1184 sayla qeydiyyat aparılmışdır, atası X6, anası Mirzəliyeva Xavər Şirxan qızıdır. İş materiallarından görünür ki, AR SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 06.03.2021-ci il tarixli 498 saylı rəyi ilə X1 öz psixi vəziyyətinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması, buna görə də X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına əsas olması nəticəsinə gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS üzrə məlumat şöbəsinin 04.12.2020-ci il tarixli arayışından görünür ki, X4 Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 86, mənzil 25 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ərizəçi X.Ş. Baxşəliyeva fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 86, mənzil 25 ünvanında qeydiyyatda olan X1 anasıdır, sonuncu 2-ci dərəcəli əlildir, “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyindən əziyyət çəkir, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bununla belə, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləninn 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 07.04.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07.04.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1809/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1809/2021
14.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver