Məhkəmə qərarları › İş №2(011)-1827/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1827/2025

05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1827/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3664,80 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır, təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini ödəmişdir. Lakin 2018-ci ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək aktlar tərtib edilmiş və 3664,8 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, abonentin saldosundan məlum olur ki, iddiaçı illərlə qazdan istifadəyə görə ödəniş etməmişdir, borcu bu səbəbdən yığılmışdır, eyni zamanda 2018-ci ildə kənar xəttdən istifadə etməklə Cavabdeh İB-nə ziyan vurmuşdur, borcun əsaslı olduğunu hesab edərək, məhkəmədən iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, **********00000 saylı abonent kodu X2 adınadır. xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı anası X3r. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Sabir küçəsi, ev 33 (yeni qaydalarla: AZ 1044, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Mirzə Ələkbər küçəsi, giriş 65) 1/2 hissədə İddiaçı məxsusdur. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, sayğacdan kənar qeyriqanuni qazdan istifadə olunduğu üçün itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, 2018-cü ilin iyul ayından 2020-ci ilin yanvar ayı daxil olmaqla 3664,8 manat məbləğində akt borcu hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/207 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacı və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”: 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, borcun mübahisələndirildiyi abonent saldosu X2 adınadır. İş materialları ilə müəyyən olunur ki, X6 vəfat etmişdir. Hazırki iş üzrə İddiaçı X2 övladı və birinci növbə vərəsəsi olduğu üçün onun iddia tələbini qaldırmağa subyektiv hüququ mövcuddur. “X5”nın 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin iddiaçı iddia ərizəsində aktların cavabdehin nümayəndələri tərəfindən tərtib olunduğunu, onun tərəfindən sayğacdan kənar istifadə halı olmadığını qeyd etmişdir. “X5”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/207 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş qaz sayğacı və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonent saldosuna əsasən iddiaçıya hesablanmış 3664,8 manat məbləğində akt borcu silinməlidir. Belə ki, iddia ərizəsində iddiaçı məhz 2018-cü ilin iyul ayından 2020-ci ilin yanvar ayı daxil olmaqla hesablanmış 3664,8 manat məbləğində akt borcunu mübahisələndirmişdir. İş materiallarında iddiaçının ünvanına tərtib edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələr aşkar edilmişdir və tələbnamələrdən görünür ki, sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunduğu üçün itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 2018-cü ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək borcun hesablandığı digər aktlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Abonentə hesablanmış akt borclarının mövcudluğunu, onların hansı pozuntuya və akta əsasən hesablandığını sübut etmək cavabdehin vəzifəsidir. Lakin abonent saldosunda 2018-cü ilin iyul ayından 2020-ci ilin yanvar ayınadək 3664,8 manat məbləğində akt borcu olmasına baxmayaraq, həmin məbləği əhatə edən bütün aktlar məhkəməyə təqdim edilməmiş, eləcə də aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Odur ki, məhkəmə ekspert rəyi ilə qaz sayğacından kənar xəttin mövcudluğunun sübut olunmadığını da nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 3664,8 manat məbləğində akt borcunun istehlakçının təqsirindən yaranması sübut olunmur və həmin borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanı (abonent kodu: **********00000) üzrə hesablanmış 3664,8 manat məbləğində borc silinsin. 56,64 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. 65 manat ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar