Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1828/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Renault Tondar” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı (2013-ci il buraxılışlı, NAPLSRALDD1206559 ban nömrəli, ağ rəngli) avtomobilin geri qaytarılması, müqavilə üzrə 1712,73 manat əsas borc, 176,80 manat mükafat, 355,34 manat dəbbə pulu olmaqla cəmi 2244,87 manat borcun və 42,85 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsinə əsasən onun sifarişi ilə 2013-ci il buraxılışlı, “Renault Tondar” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1206559 ban nömrəli, ağ rəngli avtomobil 10600 manat məbləğinə MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X5 illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 377.92 manat, ümumilikdə isə 13605 manat məbləğində pulu MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan cəmi 13605 manatın 10600 manatı əsas məbləğ təşkil edir. X5, X10 və İddiaçı MMC arasında bağlanmış 24.07.2019-cu il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən X10 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X10, X3 və İddiaçı MMC arasında bağlanmış 23.09.2019-cu il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən X3 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X3, X7 və İddiaçı MMC arasında bağlanmış 06.01.2020-ci il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən X7 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X7, X1 və İddiaçı MMC arasında bağlanmış 29.12.2020-ci il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən X1 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X1, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 08.02.2021-ci il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən Cavabdeh 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09.09.2021-ci il tarixdə 401 manat məbləğində olmuşdur. Cavabdeh 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25.01.2022-ci il tarixə 1712,73 manat gecikdirilmiş əsas, 176,80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 355,34 manat dəbbə pulu, ümumilikdə 2244,87 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə /əraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə X5 arasında bağlanmış 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, sonuncunun sifarişi ilə 2013-ci il buraxılışlı, “Renault Tondar” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1206559 ban nömrəli, ağ rəngli avtomobil 10600 manat məbləğinə MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X5 illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 377,92 manat, ümumilikdə isə 13605 manat məbləğində pulu MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 15.05.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Renault Tondar” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 təhvil verilmişdir. İddiaçı MMC ilə X5 və X10 arasında bağlanmış 24.07.2019-cu il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinin surətindən görünür ki, X10 15.05.2019-cu il tarixli MAS- 838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə X10 və X3 arasında bağlanmış 23.09.2019-cu il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinin surətindən görünür ki, X3 15.05.2019-cu il tarixli MAS- 838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə X3 və X7 arasında bağlanmış 06.01.2020-ci il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinin surətindən görünür ki, X7 15.05.2019-cu il tarixli MAS- 838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə X7 və X1 arasında bağlanmış 29.12.2020-ci il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinin surətindən görünür ki, X1 15.05.2019-cu il tarixli MAS- 838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə X1 və Cavabdeh arasında bağlanmış 08.02.2021-ci il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinin surətindən görünür ki, Cavabdeh 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 08.02.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Renault Tondar” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. 22.01.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09.09.2021-ci il tarixdə 401 manat məbləğində olmuşdur. 28.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə İddiaçı MMC-yə borcu 25.01.2022-ci il tarixə 1712,73 manat əsas borc, 176,80 manat mükafat, 355,34 manat dəbbə pulu olmaqla cəmi 2244,87 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. 748-1.12.4-cü maddəsiə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh İddiaçı MMC və X1 ilə aralarında bağlanmış 08.02.2021-ci il tarixli MAS-838 saylı öhdəliklərin ötürürülməsi müqaviləsinə əsasən 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürməsi, daxili lizinq müqaviləsində nəzərdə tutulan öhdəliklərini lazımınca yerinə yetirməməsi, lizinq şirkətinə 09.09.2021-ci il tarixdən sonra ödəniş etməməsi, nəticədə onun lizinq şirkətinə 1712,73 manat əsas borc və 176,80 manat mükafat borcunun qalması təsdiq olunur. Ona görə də, daxili lizinq müqaviləsi ləğv edilməli və lizinq obyekti olan avtomobil mülkiyyətçiyə qaytarılmaqla, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 355,34 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 355,34 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə 35,34 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 85 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 43,85 manat məbləğində dövlət rüsümunun 36,42 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 15.05.2019-cu il tarixli MAS-838 saylı daxili lizinq müqaviləsi üzrə 1712,73 manat əsas borc və 176,80 manat mükafat borcu, 35,34 manat dəbbə pulu olmaqla, cəmi 1924,87 (bir min doqquz yüz iyirmi dörd manat 87 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 36,42 (otuz altı manat 42 qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Lizinq obyekti olan “Renault Tondar” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı (2013-ci il buraxılışlı, NAPLSRALDD1206559 ban nömrəli, ağ rəngli) avtomobil İddiaçı MMC-yə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1828/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1828/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver