Məhkəmə qərarları › İş №2(011)-1833/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1833/2025

05.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1833/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 3110,40 manat borcun silinməsi, İddiaçı tərəfindən artıq olaraq ödənilmiş 355 manat məbləğinin pulun cavabdeh Azəriqaz” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Yaqublu iddia tələbinin dəqiqiləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə içlasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “mən Ağdam rayonundan olan məcburi köçkün, mülkiyyətimdə olan ünvan 1 ünvanında 2010-cu il tarixdən qazdan İstifadə edirəm. "Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, AKX-05359xx/xx-2023 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinə **********00030 abonent kodu, 1102AZ**********78 nömrəli sayğac quraşdırılmışdır. Sözügedən müqaviləyə əsasən İddiaçı məxsus Baki şəhəri, Yeni Suraxanı, Çaparidze küçəsi Döngə 1 ünvanında olan fərdi yaşayış evi cavabdeh: Cavabdeh tərəfindən qazla təmin edilmişdir. İddiaçı hər ay mütəmadi olaraq təxmini 10-20 (mövsümdən aslı olaraq) manat arasında qaz pulu ödəyirdi. Lakin bu yaxınlarda mənə məlum olmuşdur ki, cavabdeh: "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvan 2ünvanında olan fərdi yaşayış evini qazla təchiz edən sayğaca baxış keçirilmiş və xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, ******* saylı Aktda qeyd olunur ki, M1(73) M2(12985) sayğacın zavod ploblarına müdaxilə ehtimalı vardır. xx.xx.2024-cü il tarixli, ******* saylı Aktda qeyd olunur ki, 25/----2023-cü il tarixli Dövlət yoxlanışına əsasən 18012378 saylı sayğacın zavod plombunun üzərində yapışkən maddə qalığı mövcuddur. Daha sonra cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə tərtib edilmişdir. Həmin tələbnamdə qeyd edilmişdir ki, sənaye və məişət qaz sayğaclarını kalibrləşmə labaratoriyasının Qaz sayğacının yoxlanması barədə xx.xx.2024-cü il tarixli 14-2-2/3-5-4349-1 saylı aktına əsasən G-4 markalı 1802AZ**********78 saylı sayğacın hesablanma mexanizminin qoruyucu örtüyünə vurulan zavod ploblarının üzərində yapışqan maddə qalığı mövcuddur. Tələbnaməyə əsasən dəymiş ziyanın məbləği olaraq (6x24x90-12960 m3) 12960 m3 itirilmiş qaz hesablanmışdır. Bildirirəm ki, mənə məxsus fərdi yaşayış evi cavabdeh "Azəriqaz" İB tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq evə aid olan hasarın küçəyə baxan çöl hissəsində cavabdeh "Azəriqaz" İB tərəfindən 1802AZ**********78 nömrəli qaz sayğacı quraşdırılmışdır. 2023-cü ilin aprel may???? ayında "Azəriqaz" İB əməkdaşları yaşadığımız ünvanda quraşdırılmış sayğaca bizim iştirakımız və xəbərimiz olmadan baxış keçirmiş, bundan sonra isə köhnə sayğacı sökmüş və yenisi ilə əvəz etmişlər. Bu zaman sayğaca hər hansı müdaxilədən söhbət belə getməmiş, sadəcə yeni sayğac quraşdırılmış, sayğacın göstəricilərinə görə iddiaçının heç bir borcu qalmamışdır. Bundan bir müddət sonra isə "Azəriqaz" İB-nin əməkdaşları iddiaçıya bildirmişlər ki, əvvəlki sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmiş, laboratoriya tərəfindən müəyyən edilmişdir ki, sayğaca müdaxilə olub, buna görə də ona, əlavə sərfiyyat olaraq 3110,40 manat məbləğində cəriməni "Azəriqaz” İB-yə ödəməlidir. Lakin qeyd edirik ki, yuxarıda qeyd edilən borcla bağlı cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmiş, ödənilməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçının borcun hesablanması barədə heç bir məlumatı olmamışdır. Akt iddiaçı evdə olmayanda, onların iştirakı olmadan yazılıb. Sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac küçədə yerləşdirildiyinə görə, X3"na və "Qaz təchizatı haqqında" Qanuna görə Azəriqaz İb balansındadır və ona müdaxiləyə görə vətəndaş yox Azəriqaz İB məsuliyyət daşıyır. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş bu aktlar əsassızdır və ləğv olunmalı və bu akt əsasında əsassız olaraq hesablanmış borc silinməlidir. Çünki, iddiaçı və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir, istifadə etdiyi təbii qaza görə isə ödənişlər iddiaçı tərəfindən vaxtlı-vaxtında həyata keçirilmişdir. Qaz sayğacı küçədə quraşdırıldığından və iddiaçının və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilmədiyindən sayğacın sazlığına görə iddiaçı məsuliyyət daşımır.” Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Pərviz Əliyev bildirmişdir ki, iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına baxış keçirilən zaman sayğaca müdaxilə halları aşkar edilmiş, “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünə vurulan zavod plomblarının üzərində yapışqan maddə qalığı mövcuddur” əsası ilə xx.xx.2023-cü ildə akt tətrib edilmiş və həmin akt nəticəsində iddiaçının abonent koduna cərimə hesablanmışdır, tələb olunan cərimə iddiaçı tərəfindən ödənilməlidr. X5 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünə vurulan zavod plomblarının üzərində yapışqan maddə qalığı mövcuddur” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00030) itirilmiş qazın bərpası üzrə 12960 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin **********00030 saylı abonent koduna 07/2023-cü il üçün 3110,40 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00030 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünə vurulan zavod plomblarının üzərində yapışqan maddə qalığı mövcuddur” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********00030 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 07/2023-cü il tarixi üzrə 3110,40 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, AKT əsasında “Qalıq və aktlar” qrafasında 07/2023 tarixinə 3110,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 3110,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********00030 saylı abonent koduna hesablanmış 3110,40 manat məbləğində borc pul silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (3110,40 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 51,10 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00030 saylı abonent koduna hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Cavabdehndən 51 (əlli bir) manat 10 (on) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar