Məhkəmə qərarları › İş №2(011)-1834/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1834/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1834/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Xətai Rayon Su Kanal İdarəsinin xanım nümayəndəsi xx.xx.2024-cü il tarixində iddiaçının yaşadığı ünvana gəlmiş və iddiaçıya 28 fevral 2024-cü il tarixində sayğacdakı nasazlığın qeydiyyata alındığı bildirilmişdir. 29 may 2024-cü il tarixində iddiaçının və oğlunun iştirakı olmadan həmin evə yeni sayğac quraşdırılmışdır. Həmin evdə sadəcə iddiaçının oğlu yaşamışdır. İddiaçıda həmin evdə sadəcə oğlu yaşadığı üçün və az həcmdə su istifadə olunduğu üçün sayğacda nasazlıq olması iddiaçıda şübhələr doğurmuşdur.

2. Həmçinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən 1240 manat məbləğində borc, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə isə 140 manat məbləğində borc hesablanmışdır.

İddiaçının tələbi:

3. ünvan 2 ünvanında 140 manat və ünvan 3 "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4 İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Xətai Su-Kanal idarəsinin yazdığı ümumi olaraq iki ünvan üzrə 1380 manat borcun silinməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında 140 manat, ünvan 5inməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında 140 manat, ünvan 5inməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı xx.xx.2025-ci il tarixində iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında 140 manat, ünvan 5inməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

8. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

9. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, Ramiz Quliyev küçəsində yerləşən evinə onun xəbəri olmadan sayğac qoyulmuşdur. Həmçinin, sayğac əvvəldən işlənmiş sayğac olmuşur. Cavabdeh tərəfindən hesablanmış 1016 manat borca həmçinin 240 manat da cərimə yaılmışdır. Sənədlərdən görünür ki, o bir ayda 1000 kub su istifadə etmişdir, lakin həmin ünvanda sadəcə 1 ağac vardır. Buna görə də həmin ünvanda 1000 kub istifadə oluna bilməz. Həmçinin, hər ay ona hesablanmış borc məbəğini ödədiyini bildirmişdir. Ramiz Quliyev küçəsində yerləşən evi o, 2023-cü ilin avqust ayında almışdır. Alqı-satqı olmazdan əvvəl o, həmin ünvanda yerləşən evdə heç vaxt yaşamadığını bildirmişdir. Sayğacların dəyişdirilməsi üçün heç bir müraciət etməmişdir. Məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, abonentin ərizəsi əsasında sayğaclar dəyişilmişdir. Sayğaclar sökülən zaman borcun olduğu müəyyənəşdirilmiş və buna uyğun aktlaşdırılmışdır. Ramiz Quliyev küçəsində yerləşən ünvanda iddiaçının hazırda 928 manat borcu vardır. Ramiz Quliyev küçəsində yerləşən 10B ünvanındakı evdə İddiaçı 2009-cu ildən sayğacsız istifadəçi olmuş, sayğac xx.xx.2023-ü il tarixində quraşdırılmışdır. 2024-cü ildə 949 manat borc olmuş və xx.xx.2024-cü ildə abonentin ərizəsi əsasında sayğac sökülmüşdür. Bir nəfər üçün aylıq norma 5 kub nəzərdə tutulmuşdur və 5 kubun qiyməti 5 manat məbləğindədir. İkinci evlə də bağlı iddiaçının 126 manat debitor borcu vardır. Məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

13. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-53-3-12/2-V-3xx-xx/1009/2024 №-li məlumata əsasən, xx.xx.2024-cü il tarixinə sayğac göstəricisi 2478 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabından 1000 manat borcu var. Qeyd edilən borc sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir.

14. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ X6 İdarəsi “X2 Laboratoriyası” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 86067/0380840 №li rəyə əsasən, suölçən cihaz istismara yararsızdır.

15. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mexaniki su sayğacının laborator yoxlamadan keçirilməsi barədə akta əsasən, İddiaçı məxsus **********004/47897365 №-li sayğacın istismar müddəti bitdiyi yenisi ilə əvəz olunmuşdur.

16. İddiaçıya məxsus abonent kartına (**********004/********) əsasən, İddiaçı xx.xx.2024xx.xx.2025-ci il tarixlərində sudan istifadəyə görə ünvan 1 ünvanı üzrə 1016 manat məbləğində borc hesablanmışdır.

17. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi barədə akta əsasən, Qədim Cənnətova məxsus **********000/16053556 №-li sayğac işləmədiyi üçün yenisi ilə əvəz olunmuşdur.

18. İş materiallarına əlavə edilmiş abonent kartına (**********000/********) əsasən, Cənnətov Qədimə xx.xx.2024-xx.xx.2025-ci il tarixlərində sudan istifadəyə görə ünvan 2 ünvanı üzrə 140 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: 5.3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13.5. İstehlakçı bu Qanunda nəzərdə tutulmuş haqları vaxtında ödəmədikdə su təchizatı müəssisələri bu maddədə nəzərdə tutulmuş vəzifələrini həyata keçirməkdən imtina edə bilərlər. 13.6. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə təmin olunan istehlakçılar tərəfindən bu sudan müqavilədə göstərilməyən məqsədlər üçün istifadə edilməsi və digər istehlakçılara belə istifadəyə icazə verilməsi qadağan olunur. 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

72. Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.

21. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri 7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.3. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.6. Verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. 7.7. İstehlakçının müraciəti və ya STKM-in təşəbbüsü əsasında bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesaba yenidən baxıla bilər. Fərq müəyyən olunduqda, qarşılıqlı razılaşma əsasında hesabda müvafiq düzəliş aparılır. Aparılmış düzəlişdən sonra keçmiş dövrlərə aid fakturaların ƏDV hesabatında dəqiqləşmə aparılır. 7.8. İstehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. 7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. 7.10. İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. 7.11. İstehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. 7.12. STKM bu Qaydaların 7.11-ci bəndinə əsasən daxil olmuş müraciətə ən geci 5 (beş) iş günü müddətində baxaraq, istehlakçıya yazılı cavab verməlidir. Ərizə əsaslı hesab edildikdə, artıq hesablanmış vəsait növbəti ödənişlərdə nəzərə alınır və ya istehlakçıya geri qaytarılır.

22. “Sudan istifadə qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı: 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. 6.6. Suölçən cihazlar Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. 6.7. Suölçən cihazların növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 6.8. Suölçən cihazın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKM-in vəsaiti hesabına həyata keçirilir. 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir.

23. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli №5 Qərarı: - Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu əraziləri üzrə əhali qrupu üçün su təchizatı xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat; - Tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həcmində müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan iki ev üzrə ayrı-ayrı abonent koduna borc məbləği hesablanmış və iddiaçıdan tələb edilmişdir. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

27. İddiaçının tələbi iki hissədən ibarətdir. İddiaçı iddia tələbinin birinci hissəsində ünvan 5inməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir.

28. Belə ki, tərəfin izahatı və iş materiallarına əlavə edilmiş abonent kartından göründüyü kimi, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2024-cü ilin aprel ayından 2024-cü ilin dekabr ayına kimi sudan və tullantı suların axıdılmasından istifadə olunmamışdır. Lakin xx.xx.2024-cü il tarixində iddiaçıya 1016 manat məbləğində borc hesablanmışdır. Halbuki, abonent tərəfindən ödənilməli olan vəsait verilmiş suyun və axıdılmış tullantı sularının həcminə görə hesablanmlıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən abonentə istifadə etmədiyi suya və axıdılmış tullantı sularına görə borcun hesablanması qanunsuz və əsassız olmuşdur.

29. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı xx.xx.2023-cü il tarixindən məxsusdur (§12), həmin ünvanda yalnız bir nəfər qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, su və çirkab sularına görə adam başına düşən tarif aylıq 5 manat təşkil edir. Qeyd edilənlərlə yanaşı, su sayğacını saz və işlək vəziyyətdə saxlanması istehlakçının deyil, cavabdehin öhdəliyidir.

30. Belə ki, “Sudan istifadə qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 6.10-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. (§22) Lakin məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent saldosunda xx.xx.2024-xx.xx.2025-ci il tarix aralığında 711.20 manat su, 304.80 manat isə çirkab sularının axıdılmasına görə ümumilikdə 1016 manat borc yazılmışdır. Su sayğacının yoxlanması və dəyişdirilməsi tarixi isə xx.xx.2024-cü il tarixinə təsadüf edir. Cavabdeh tərəf istehlakçıya 1016 manat borcun yazılmasını sayğacdakı qüsurla bağlı olduğunu qeyd etmişdir.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, su sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə zədələnmiş su sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının abunə koduna hesablanmış borc məbləğinin silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir.

31. İddiaçı tərəf Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 10B ünvanı üzrə 1240 manat borcun silinməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırması zamanı tələbin 1016 manat hissəsində əsaslı olduğu, qalan məbləğin isə istehlakçının debitor borcu olduğu müəyyənləşdirilmişdir.

32. İddiaçının tələbinin ikinci hissəsi ünvan 2 ünvanında (**********000 saylı) abonent koduna hesablanmış 140 manat borcun silinməsi ilə bağlıdır. Məhkəmə iddia tələbini bu hissədə əsasız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının abonent hesabında 132 manat borc olduğu və sayğacın yoxlanması tarixlərində (2014-cü ilin avqust ayı) abonentin saldosuna hər hansı borcun yazılması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir.

33. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İddiaçının Xətai rayonu, Ramiz Quliyev küçəsi, ev 10B ünvanı üzrə abonent koduna hesablanmış 1016 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 30,16 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

35. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanı üzrə (abonent kodu: **********004) hesablanmış 1016 (min on altı) manat məbləğində borc silinsin.

3. İddia qalan hissədə təmin edilməsin.

4. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən 30,16 (otuz manat on altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar