Məhkəmə qərarları › İş №2(011)-1836/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1836/2021

12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1836/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı – Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 7 ünvanına (abonent kodu: **********30000) hesablanmış 736,33 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında vediyi izahatında iddiaçı bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə. Sabir küşəsində yerləşən 7 nömrəli ev iddiaçının mərhum anasına məxsus olmuşdur. Təbii qazın alqı-satqısına dair müqavilə də “Cavabdeh” İstehsalat Birliyi ilə mərhum Züleyxa Aslan qızı arasında imzalanmışdır. Qeyd edilən ünvanda mərhum anası yaşayırdır və istifadə edilmiş təbii qazın dəyərini vaxtlıvaxtında “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşına ödəyirdi.. Lakin sonradan məlum olmuşdur ki, həmin əməkdaş ödənilən pulları “Cavabdeh” İstehsalat Birliyinə ödəməmiş, pulları mənimsəmişdir. Məsələ ilə bağlı iddiaçı “Cavabdeh” İstehsalat Birliyinə müraciət etmiş, lakin “Cavabdeh” İstehsalat Birliyindən ödənilən məbləğlərlə bağlı qəbzlər istənilmişdir. Mərhum anası yaşlı qadın olduğuna görə təbii qazın dəyərini ödədiyi zaman ödəniş barədə qəbzləri istəməmişdir. Hal-hazırda yuxarıda qeyd edilən ünvan üzrə 736,33 manat məbləğində borc hesablanmışdır. İddiaçı iddianın təmin edilməsini və 736,33 manat məbləğində borcun silinməsini xahiş etdi. Cavabdeh “Cavabdeh” İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin saldosuna əsasən abonent Züleyxa Aslan qızına (abonent kodu: **********30000) ünvan 1 ünvanı üzrə 736,33 manat məbləğində təbii qazdan istifadəyə görə borc hesablanmışdır. İş materiallarında olan AZ-İ seriyalı 915620 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən Züleyxa Aslan qızı 07.12.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə 2408 nömrəli akt qeydi tərtib edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən xüsusatlara görə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbini əsasını təşkil edən hallar barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 736,33 manat məbləğində borcun ünvanda quraşdırılmış köhnə sayğacda problem olduğuna görə akt əsasında hesablandığını qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatlarında bu halları təkzib edici ifadələr vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı – Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 7 ünvanına (abonent kodu: **********30000) hesablanmış 736,33 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar