Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1863/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Əliyev Əkbər Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair 12.08.2020-ci il tarixli qərarın ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, işəgötürən Cavabdeh MMC tərəfindən çıxarılmış 12.08.2020-ci il tarixli 2 saylı əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh "xxxx" MMC-ni 18.06.2016-cı ildə dövlət qeydiyyatına aldırmaqla həmin müəssisənin tam pay üzrə təsisçisi olmuşdur, bundan sonra müvafiq rəsmiləşdirmə aparmaqla müəssisənin direktoru kimi fəaliyyət göstərmişdir, 16.07.2020-ci il tarixdə o, həmin müəssisəni və təsis payını qardaşı X2 bağışlamış, bununla da təsisçilikdən çıxmışdır, eyni zamanda iddiaçı onunla "xxxx" MMC arasmda bağlanmış əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin 2-ci bəndinin A yanmbəndinə əsasən xitam verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir, lakin daha sonra ona məlum olmuşdur ki, 12.08.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam verilmişdir, o, cavabdehlə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən ləğv edilməsi barədə məlumatı 08.12.2020-ci il tarixdə yeni işəgötürənlə əmək müqaviləsi bağlamaq istəyən zaman elektron portaldan çıxarış vasitəsilə almışdır, belə ki, iddiaçıya müvafiq əmr, əmək kitabçası təqdim edilməmiş, ümumiyyətlə izahatı alınmamışdır,cavabdeh "xxxx" MMC-nin İddiaçı dair əmək müqaviləsinin ləğv edilməsinə dair 12.08.2020-cı il tarixli əmrinin ləğv edilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır, bundan əlavə olaraq bu cür mübahisələrdə iddia müddəti əmək kitabçasıın və müvafiq əmrin işçiyə verildiyi gün başladığından, cavabdehin də etiraf etdiyi kimi həmin sənədlər mənə təqdim edilmədiyindən iddia ərizəsinin qanunvericiliyin tələblərinə müvafiq verildiyini, tələb olunan müddətin buraxılmadığını hesab edir, Əmək Məcəlləsinin müvafiq norması ilə işdən azad edilməsi onun işgüzar nüfuzuna xələl gətirir, ona görə də, iddia tələbinin təmin edilməsini zəruri hesab edir, hal-hazırda işlədiyindən, cavabdeh təşkilatda işəbərpa niyyəti yoxdur, sadəcə onunla cavabdeh arasında bağlanmış “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin ləğv edilməsini istəyir.. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili R.R.Mövsümov iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı cavabdeh təşkilatın təsisçisi olmaqla yanaşı, həmin müəssisədə direktor vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır, 16.07.2020-ci il tarixində iddiaçı Cavabdeh MMC-də olan pay hüququnu və nizamnamə kapitalını cavabdehin hazırki təsisçisi X2 bağışlamışlar, daha sonra təsisçinin 17.06.2020ci il tarixli qərarı ilə MMC-nin direktoru vəzifəsinə X3 təyin edilmişdir, iddiaçı nizam-intizam qaydalarını pozaraq və dəflərlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq işə gəlməmiş, şirkətin fəaliyyətində böyük problemlər yaratmışdır, bununla da iclasda iddiaçıya şiddətli töhmət verilməsi və direktor vəzifəsindən ekspeditor vəzifəsinə keçirilməsi qərara alınmışdır, 12.08.2021-ci il tarixdə əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən ekspeditor vəzifəsində işləyən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, bu həmin tarixli ümumi yığıncağın protokolu ilə də rəsmiləşdirilmişdir, əmək müqaviləsinə xitam edilməsi barədə əmr tamamilə qanuni və əsaslı olduğundan, iddia tələbini qəbul etmirlər, həmçinin iddia ərizəsi iddiaçı tərəfindən əmək qanunvericiliyinə əsasən müəyyən olunmuş müddət ötürülməklə verilmişdir, iddiaçının işdən çıxarılması məsələsi ümumi iclasda müzakirə olunmuş və iclasda belə nəticəyə gəlinmişdir ki, cavabdeh işdən çıxarılsın. Sonda R.R.Mövsümov iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə X3 arasında bağlanmış Cavabdeh MMC-nin nizamnamə kapitalının bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Maqami” MMCnin nizamnamə kapitalını qardaşı X2 bağışlamışdır İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalından çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də baş direktor vəzifəsindən 12.08.2020-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 02 saylı, 12.08.2020-ci il tarixli Əmrindən görünür ki, Cavabdeh MMC-nin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən 12.08.2020-ci il tarixdən xitam verilmişdir, əmrin verilməsi əsası təsisçinin qərarı olmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin 02 saylı, 12.08.2020-ci il tarixli Əmrindən görünür ki, Cavabdeh MMC-nin ekspeditoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən 12.08.2020-ci il tarixdən xitam verilmişdir, əmrin verilməsi əsası təsisçinin qərarı olmuşdur. İş materiallarında olan 17.07.2020-ci il tarixli Cavabdeh MMC-nin təsisçi qərarının surətindən görünür ki, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X3 təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan 12.08.2020-ci il tarixli Cavabdeh MMC-nin ümumi yığıncağının protokolundan görünür ki, Cavabdeh MMC-də direktor vəzifəsində çalışan İddiaçı şifahi xəbərdarlıq edilməsinə baxmayaraq vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyindən və firmaya külli miqdarda zərər vurduğundan tutduğu vəzifədən qovulması qərara alınmışdır. İş materiallarında olan 03.08.2020-ci il tarixli iclas protokolundan görünür ki, Cavabdeh MMC-nin direktoru İddiaçı iş nizam-intizam qaydalarını pozaraq, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq işə gəlməmiş, şirkətin fəaliyyətində böyük problemlər yaratdığından şiddətli töhmət verilməklə direktor vəzifəsindən ekspeditor vəzifəsinə keçirilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01.08.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə 2 saylı, 12.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, bu barədə məlumatlar 12.08.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydə alınmasına dair Məlumatın surətindən görünür ki, işəgötürən İddiaçı və işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 12.08.2020-ci il taridə xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 18.07.2026-cı il tarixdən 16.07.2020-ci il tarixədən Cavabdeh MMC-nin təsisçisi olmaqla həmin müəssisənin direktoru vəzifəsində çalışmışdır, həmin müəssisə 16.06.2020-ci ildə iddiaçı tərəfindən hazırda müəssisənin təsisçi və direktoru olan qardaşı A.İ.Əmiraslanova bağışlanmışdır, iddiaçı Cavabdeh MMC-nin eyni gündə və eyni nömrə ilə qeydiyyata alınmış əmrləri ilə həm direktor, həm də ekspeditor vəzifəsindən azad olunmuşdur, hər iki əmrdə əsas kimi təsisçinin qərarı, əmək müqavilələrinə xitam verilməsinin əsası kimi isə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Bununla belə, iş materialları ilə, əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya rəsmi qaydada təqdim edilməsi, həmçinin işçinin tutduğu vəzifədən başqa işə keçirilməsi barədə razılığının olması və ekspeditor vəzifəsinə keçirilmıəsinin rəsmiləşdirilməsini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, “cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə” münasibətdə qeyd edir ki, əvvəla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müxtəlif, lakin eyni nömrəli və tarixli iki əmr mövcuddur ki, onlardan biri iddiaçının “direktor” vəzifəsindən, digəri isə “ekspeditor” vəzifəsindən azad edilməsi barədədir və hər iki əmrdə müqaviləyə xitam verilməsinin hüquqi əsası ƏM-nin 70-ci maddəsinin “Ç” bəndidir. Cavabdeh MMC-nin 17.07.2020-ci il tarixli təsisçi qərarı ilə direktor vəzifəsinə X1 təyin edilməsi qərara alınsa da, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydə alınmasına dair Məlumatdan işəgötürən və işçinin eyni şəxs olmaqla İddiaçı olması görünür. Başqa sözlə desək, iddiaçının özü-özünü mübahisələndirən əmrlə işdən çıxarması absurddur. Bundan başqa, İddiaçı “ekspeditor” vəzifəsindən azad olunması barədə çıxarılmış 12.08.2020 tarixli 2 saylı əmrdə əmək müqaviləsinə xitam verilməsi qeyd edilsə də, onun həmin dövrdə göstərilən vəzifəni tutmasına dair hər hansı bir sübut işəgötürən tərəfindən (müqavilələr) məhkəmıəyə təqdim edilməmişdir. İkincisi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununa dair tələblər qanunvericiliklə müəyyən olunmasına baxmayaraq, müvafiq əmr işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, həmin əmrdə müəssisənin hüquqi ünvanı göstərilməmiş, həmçinin əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Qeyd edilənlər isə əmrin əsaslı olmaması və qanunsuz olması barədə nəticəyə gəlmək üçün yetərlidir. Məhkəmə, iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, qanunvericiliklə hazırki mübahisə ilə bağlı 1 aylıq iddia müddəti müəyyən edilmişdir, həmin iddia müddəti işçinin hüququnun pozulmasının aşkar edildiyi gün başlayır və bunun başladığı gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün hesab olunur ki, hazırkı mübahisəə üzrə də, məhkəmə tərəfindən işin mübahisəsiz hallarından, əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya rəsmi qaydada təqdim edildiyi görünmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin pozulması ilə əmək müqaviləsinə xitam verildiyindən iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək huququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən, işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcələnin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcələnin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcələnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Əmr ləğv edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddia tələbi qismən təmin edildiyindən, həmçinin cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi” barədə 02 saylı 12.08.2020-ci il tarixli Əmri ləğv edilsin. 10 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1863/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1863/2021
31.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver