Məhkəmə qərarları › İş №2(011)-1879/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1879/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1879/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi qızının hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi xx.xx.2021-ci il tarixdə ölmüş Əliyeva (Qasımova) Göyçək Əsab qızının qızı olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Əliyeva (Osmanova) Könül Yusif qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 qızıdır və birinci növbədən yeganə vərəsəsidir. Mərhum Əliyeva (Qasımova) Göyçək Əsab qızından Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 9 nömrəli evin 172 nömrəli mənzili miras qalmışdır. Ərizəçi Bakı şəhəri 40 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması üçün müraciət etmişdir. Lakin məlum olmuşdur ki, mövcud sənədlərdə uyğunsuzluq var. Belə ki, Əliyeva (Qasımova) Göyçək Əsab qızı xx.xx.1957-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuşdur. Doğum haqında şəhadətnamədə soyadı İsmayılova olaraq qeyd edilmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsində və atalığın müəyyən edilməsi şəhadətnaməsində mərhum Göyçək Əliyevanın soyadı “Qasımova”, ata adı isə “Əsaf” olaraq qeyd edilmişdir. Qasımova soyadı hazırki vərəsə Ərizəçi atasının soyadı olmuşdur. Ərizəçi doğularkən Göyçək Əliyeva həmin şəxslə faktiki nikah münasibətləində olduğuna görə onun soyadını qəbul etmişdir, lakin nikah haqqında akt qeydi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat sistemində aşkar olunmur. Mərhumun ölüm haqqında şəhadətnaməsində və miras əmlaka dair çıxarışda X3 qeyd edilmişdir. Eyni zamanda Qasımova soyadından Əliyeva soyadına çıxmasını təsdiq edən sənəd aşkar olunmur. Ona görə də Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubu ilə sənədlərdə uyğunsuzluq olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Eyni zamanda ərizəçinin nümayəndəsi 1 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli cavab məktununda da qeyd edilmişdir ki, Göyçək Əsab qızının soyadının “Qasımova”dan ”Əliyeva”ya dəyişilməsini müəyyən etmək mümkün olmamışdır. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X14 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 398282 nömrəli “Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.1976-cı ildə X4 X7 atası hesab edilmişdir. İş materiallarında olan İİİ-ЖГ 405476 nömrəli Doğum haqqında Şahədətnamənin surətindən görünür ki, X16 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur, atası X15, anası isə X9r. İş materiallarında olan AZ-İİ seriyalı, 185661 nömrəli “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.2021-ci il tarixində ölmüşdür. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, x-1-1014 saylı məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 Ərizəçi anası olması faktını müəyyən etmək üçün Ərizəçi doğum haqqında şəhadətnaməsinə baxış keçirərkən məlum olmuşdur ki, doğum haqqında şəhadətnamədə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə ana adı X1 qeyd edilmişdir. Miras qoyanın ölüm şəhadətnaməsində ata adı “Əsab”, Ərizəçi doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdə “Əsaf” kimi qeyd edilmişdir. “X32” qızının “X28” qızı ilə eyni şəxs olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0.02 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 9-cu mərtəbəsində, 15.8 kv/m ümumi, 12.2 kv/m yaşayış sahəsindən ibarət 1 otaqlı 172 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrndə 402 nömrəli reyestr kitabının 37390 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-2571/13 saylı məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü G.Qasımovanın (İsmayılovanın) xx.xx.1957-ci ildə Ağdam rayonunun Qiyaslı icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğumunun nikahı olmayan anadan doğulmuş uşağın doğumu kimi qeydə alındığı, xüsusi qeydlər qrafasında ananın göstərişinə əsasən ata adının “Əsaf yazıldığı, anasının isə X2 olduğu müəyyən edilmişdir. G.Qasımovanın (İsmayılovanın) 1929-cu il təvəllüdlü X18 ilə faktiki nikah münasibətindən doğulmuş xx.xx.1976-cı il təvəllüdlü Könül Qasımovanın doğumu və atalığının müəyyən edilməsi Tərtər rayounun Dəmirçilər icra nümayəndəliyində qeydə alınmışdır. Həmin akt qeydində onun doğum tarixi “xx.xx.1957-ci il” göstərilmişdir. Həmçinin hakim Əminə Abbasova ilə əlaqə saxlanılarkən o, adıçəkilən şəxsin ölüm haqqında şəhadətnaməsində onun soyadının “Əliyeva” qeyd edildiyini bildirmişdir. Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Göyçək Əliyevanın ölümünün xx.xx.2021-ci ildə Xətai rayon qeydiyyat şöbəsində qeydə alındığı aşkar edilmişdir. Akt qeydinə baxış keçirilərkən onun doğum tarixinin “xx.xx.1957ci il”, ata adının isə “Əsaf” deyil “Əsab” kimi yazıldığı məlum olmuşdur. Həmin məktuba əlavə edilmiş xx.xx.1976-cı il tarixli 46 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X16 xx.xx.1976-cı il tarixində anadan olmuşdur, onun atası X15, anası isə X9r. Məktuba əlavə edilmiş xx.xx.1957-ci il tarixli 98 nömrəli doğum haqqında Akt qeydinin surətindən görünür ki, X10 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-T 168564 nömrəli “Doğum haqqında Şahədatnmə”nin surətindən görünür ki, X11 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi xalası qızıdır. O, X5, yəni Əliyeva Göyçək xanımın bacısının qızıdır. Əliyeva Göyçək xanımın anası Əliyeva Gözəl, atası isə Əliyev Asəf olub. Göyçək xanım keçən il mayın 17-si rəhmətə gedib. X8 cəmi bir övladı var idi, hal-hazırkı iş üzrə ərizəçı Ərizəçi. Göyçək xanımın qızlıq soyadı Əliyeva olub, Qasımov onun ərinin soyadı idi. Mülki iş üzrə şahid qismində dindirilmiş X19 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur.. Göyçək xanım onun qonşusu olub və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 9 nömrəli evin 172 nömrəli mənzilində yaşayıb. O, həmin ünvanda da 2021ci ilin may ayında vəfat edib. Əliyeva Göyçək xanım Ərizəçi anasıdır. Təqdim edilmiş fotoşəkillərdə Əliyeva Göyçək xanım və onun qızı Ərizəçidür. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin digər materialları ilə Ərizəçi xx.xx.2021-ci il tarixdə doğulmuş X8 doğma qızı olması faktı sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi Əliyeva (Qasımova) Göyçək Əsab qızının doğma qızı olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçi tərəfindən bu faktı təsdiq edən sənədlər başqa qaydada əldə edilə bilmədiyindən, habelə, Ərizəçi Əliyeva (Qasımova) Göyçək Əsab qızının doğma qızı olması olması ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüş Əliyeva (Qasımova) Göyçək Əsab qızının qızı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar