Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1921/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 4250,88 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərək ona məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinə aid qaza dair abonent hesabına (**********10004) 4250,88 manat məbləğində dəymiş ziyan hesablanaraq borc kimi əlavə edilmişdir. Qeyd etmişdir ki, Cavabdeh İB-nin abonent bazasında adı səhv olaraq Cabbarov İsa kimi yazılmışdır. Yuxarıda qeyd olunan dəymiş ziyanın hesablanma səbəbi kimi, o fərdi evində sayğacdan kənar qaz xəttinə qoşularaq təbii qazdan istifadə etməyi göstərilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmin akt tərtib edilən zaman o heç Bakı şəhərində olmamışdır, həmin evdə isə yaşayış olmamışdır. Aktın tərtib edilməsindən xəbəri olmasa da, onun adının qarşısından yalandan aktı imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Neftçala rayonunda yaşadığı üçün sözügedən fərdi yaşayış evinə müxtəlif vaxtlarda müvəqqəti gəlmişdir. Demək olar ki, həmin evdə aylarla yaşayış olmayıb. Yuxarıda qeyd olunan aktların tərtib edildiyi tarixlərdə isə ümumiyyətlə həmin evdə yaşayış olmayıb. Bu həmin evə aid işıq sayğacının göstəricisindən də görsənir. İşıq sayğacının İnvoys-da 2022-ci ilin oktyabr ayından 2023-cü ilin dekabr ayının sonuna nədər həmin evdə ümumiyyətlə yaşayış olmadığını müəyyən etmək olar. Lakin, Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin dövr üzrə onun sayğacdan kənar qazdan istifadə etdiyini istinad edərək günün 24 saatını, qaz qurğularının maksimal gücünü və ilin 12 ayını nəzərə alaraq abonent hesabına əsassız olaraq borc məbləği daxil edilib. Necə ola bilər ki, evdə yaşayış olmayaolmaya qazdan istifadə edilə bilər. Aktlara şablon şəkillər əlavə edərək, aylıq itkiləri azaltmaq üçün vətəndaşlara dəymiş ziyan hesablayırlar. Ona yazılan akt ilə razı deyil və aktın yazılmasında iştirak etməmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İstehlakçı İddiaçı barəsində xx.xx.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda sayğacdan kənar istifadə edildiyi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 4250,88 manat məbləğində borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis rəyinin verilməsi üçün ünvan 1 ünvanında yerləşən sözügedən fərdi evə baxış keçirilən zaman həmin evdə yaşayış olmadığı və qaz qurğularının quraşdırılmadığı müəyyən edilmişdir. Buna görə qaz sərfiyyatına dair hesabat aparılması mümkün olmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun (01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyini aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən, qanunsuz olaraq, istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Energetika Nazirlinin tabeliyində X1 Agentliyinin Bakı filialının aparıcı müfəttişinin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı evdə yaşayışın olmadığı və qaz qurğularının quraşdırılmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 4250,88 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 62,51 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1ndə yerləşən fərdi yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu: **********10004) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 4250,88 (dörd min iki yüz əlli manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 62,51 (altmış iki manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1921/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1921/2025
18.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver