Məhkəmə qərarları › İş №2(011)-1932/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1932/2023

09.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1932/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1990-cı il təvəllüdü oğlu X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı il təvəllüdü X7 anadangəlmə kəmağıllıqdan əziyyət çəkir. 3 dəfə başından əməliyyat olunmuşdur. Ona qapalı KBT.Baş beynin yüngül dərəcəli əzilməsi diaqnozu qoyulmuşdur. Ərizəçi bildirir ki, oğlu 32 yaşındadır ancaq onun himayəsində yaşayır. Özünü idarə etmək qabiliyyəti yoxdur və özü baxır. X1 əmək qabiliyyətsizdir və özüdə heç bir yerdə çalışa bilmir. Evdən çölə belə tək başına çıxa bilmir. Həmçinin övladının baxımını vo gigiyenasına da ərizəçi özü nəzarət edir.Məhkəməyə müraciət etməkdə məqsədi xx.xx.1990-cı il təvəllüdü X7 fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlıdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Zərdab rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasının X6 Tibbi Kartın çıxarışından görnür ki, xx.xx.1990-cı il təvəllüdü X5 Qapalı KBT. Baş beynin yüngül dərəcəli əzilməsi, soldan gicgah sümüyünün pulunun sınığı, sol təpə-gicgah nahiyyəsinin kəskin epidural hemaroması, Sol ənsə-təpə nahiyyəsinin yumşaq toxumaların əzilməsi və qısa anamnez diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1001 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.1990-cı il təvəllüdü X7 yüngül dərəcəli əqli gerilik müəyyən edlimiş, davranış pozuntuları,öz psixi vəziyyətinə görə hərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, xx.xx.1990-cı il təvəllüdü X7 hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 müəyyən edilən öz psixi vəziyyəti ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X2 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Zərdab rayonu, Şahsünlü kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar