Məhkəmə qərarları › İş №2(011)-1937/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1937/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1937/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Aleksa qızına qarşı lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi, maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh Aleksa qızına qarşı İddiaçı MMC ilə bağlanmış 07 iyul 2022-ci il tarixli ALY-1156 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 yanvar 2023-cü il tarixə 1196,93 manat gecikdirilmiş əsas, 1209,04 manat gücikdirilmiş mükafat və həmin günə hesablanmış 634,22 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Tracker LTZ” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 8105 manat məbləğində pulun, ümumilikdə 11145,19 manat borc və ödənilmiş 123,84 manat dövlət rüsumunun İddiaçı MMc-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2022-ci il tarixli ALY-1156 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən cavabdehə maşın verilmiş, bir müddət ödəniş etmirdi. İddiaçı tərəf cavabdehi axtarmış, lakin tapa bilməmişdir. Daha sonra polisdən məlumat gəldi ki, maşın cərimə meydançasındadır. İddiaçı tərəf maşını götürmüşdür. Cavabdehlə təkrar əlaqə saxlamaq istəmişlər, lakin cavabdehi tapa bilməmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə gəlməmiş və gəlməməyinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2022-vci il tarixli ALY-1156 saylı X3 bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər razılaşmışdır ki: - 1.1. bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. - 1.3. Bu lizinq müqaviləsinin əsas məbləğini 40300 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 6500 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 6500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 15 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - 2.1. Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. - 7.1. Lizinq alan bu müqavilə ilə nəzərdə tutulmuş lizinq obyektinin yoxlamaq imkanını təmin etmədikdə Lizinq verənə 1000 manat məbləğində cərimə ödəyir. - 7.2. Gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. - 7.3. Tərtib edilmiş ödəniş cədvəli üzrə ödənişlər lizinq alan tərəfindən pozularsa və ödəniş 3 gün müddətində gecikdirilərsə, lizinq obyekti olan avtomobil saxlanıldıqda, lizinq alan lizinq verən tərəfindən 300 manat məbləğində cərimə edilir. - 7.4. Bu müqavilənin 4.4.9.2-ci il bəndinin pozulmasına görə lizinq alan lizinq verənə 100 manat məbləğində cərimə ödəyir. - 4.4 Lizinq alanın öhdəlikləri: - 4.4.1- müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək; - lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütüm xərcləri ödəmək; - lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq odənişlərini qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək; - lizinq obyektini lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, öz vəsaiti hesabına, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko, həmçinin icbari sığortalamaq; - 5.1 Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərində qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır; - 9.1.4. Lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə Lizinq verən lizinq alanı 1 ay əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İş materiallarında olan AD seriyalı, 762730 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, 2020-ci il il buraxılışlı, “Khazar SD" minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarda olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan “Chevrolet Tracker LTZ” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil tam həcmdə, tələb olunan keyfiyəytlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı tərəfindən təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 97 nömrəli arayışdan görünür ki, Cavabdeh 07 iyul 2022-vci il tarixli ALY-1156 “Daxili Lizinq” müqaviləsi üzrə 1196.93 manat əsas borcu, 1209.04 manat mükafat borcu, 634.22 manat cərimə borcu vardır. İş materiallarında olan Cavabdeh aid hesabdan çıxarışdan görünür ki, sonuncu 07 iyul 2022-vci il tarixli ALY-1156 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə 2022-ci ilin avqust ayında 807 manat, sentyabr ayında 810 manat, oktyabr ayında isə 805 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Cavabdeh yaranmış borcunu ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin 10 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində 3 saylı TTYS-dan həkim Rzayev RPİ-nin NH-nə məlumat verərək Xətai rayonu, Gəncə pr-də baş vermiş YNH-sı zamanı 1990-cı il təvəllüdlü Cavabdeh Aleksandrovanın baş beyin əziyi ilə xəsarəti almasını bildirmişdir. Zərurətin aradan qalxması səbəbi ilə “Chevrolet Tracker LTZ” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracağdan çıxarılması və təmir etdirilməsi etiraz edilməmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 11 yanvar 2023cü il tarixdə İddiaçı MMC oğluna məxsus olan “Chevrolet Tracker LTZ” minik markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmış, avtomobilin sağ yan güzgüsü olmamış, sağ qanad, sağ qabaq qapı əzik olmuş, sol arxa qapı, qanad, ayaq altı əzik olmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin servisinin qüsur aktından görünür ki, ““Chevrolet Tracker LTZ” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8105 manat məbləğində təmir işləri görülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5032 nömrəli ekspertiza rəyindən görünür ki, "xxxx" MMC servisin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Chevrolet Tracker LTZ” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8083,20 manat müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin Maddə 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən (fevral və mart ayları üzrə) artıq ödəmədiyindən, lizinq müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış müqavilə üzrə hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığıdan dəbbə pulunun 634.22 manat məbləğində deyil, 168,44 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə iddianın lizinq obyekti olan “Chevrolet Tracker LTZ” minik markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8105 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə məhkəmə belə qənaətə gəlir ki, avtomobilin təmir xərci olaraq müəyyən edilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin iddiaçı cavabdehdən avtomobilə dəymiş maddi zəzərin ödənilməsini tələb etməkdə haqlı olsa da, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi zərərə görə iddia tələbində qeyd edilən 8105 manat deyil, məhkəmə ekspertiza rəyinə müvafiq olaraq, 8083,20 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan ekspertiza xərci də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2022-vci il tarixli ALY-1156 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2022-vci il tarixli ALY-1156 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas 1196,93 (bir min yüz doxsan altı manat doxsan üç qəpik) manat gecikdirilmiş əsas, 1209,04 (bir min iki yüz doqquz manat dörd qəpik) manat gecikdirilmiş mükafat pulu, 168,44 (yüz altmış səkkiz manat qırx dörd qəpik) manat dəbbə pulu, ümumilikdə 2574,41 (iki min beş yüz yetmiş dörd manat qırx bir qəpik) manat borc pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. “Chevrolet Tracker LTZ” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 8083,20 (səkkiz min səksən üç manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,84 (yüz iyirmi üç manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar