Məhkəmə qərarları › İş №2(011)-1947/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1947/2023

12.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1947/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev-15, m 512, Korpus 2-də Uşaq Serebral iflic diskinetik forna, Əqli gerilik xəstəsi olan xx.xx.2004-cü il təvəllüdlü oğlu X5 baxır. xx.xx.2004-cü il təvəllüdlü X7 anadan olandan uşaq Serebral iflic diskinetik forma, Əqli gerilik pozuntuları nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə etmir. 1-ci qrup əlildir. xx.xx.2004-cü il təvəllüdlü oğlu X2 bu xəstəliyi beyin ilə əlaqədardır və son vaxtlar əlləri də tutmur. Bu səbəbdən də özü öz yeməyini də yeyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və iddiaçı daim onu nəzarətdə saxlamaq məcburiyyətdədir. Bu səbəbdən də xəstə oğlunu tək qoya bilmir. xx.xx.2004-cü il təvəllüdlü oğlu X7 əmək qabiliyyətsizdir və daimi qulluğa və nəzarətə ehtiyacı vardır. xx.xx.2004-cü il təvəllüdlü oğlu X2 19 yaşı olsa da heç bir yerdə işləmir və o, oğlunun bütün tələbatını ödəyir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 18 sentyabr 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X6 ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) olan çıxarışdan görünür ki, 6 nömrəli şəhər poliklinikasında xx.xx.2004-cü il təvəllüdlü X5 “Uşaq serebral iflic diskinetik forma. Hər iki yuxarı ətrafları və aşağı ətraf. Psixi inkişafının ləngiməsi ilə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 559858 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki. X7 18 sentyabr 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X3, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 25 may 2023-cü il tarixli, 1967 saylı rəyi ilə təsdiq olunur ki, X4 “X10 ilə əlaqədar ağır dərəcəli gerilik (imbesillik dərəcəsində)” (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (erkən doğulması, psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, mülki işdə olan Azərbaycan Respublikası “Bakı Baş Səhiyyə Mərkəzi” X11 6 nömrəli şəhər poliklinikasında “Uşaq serebral iflic diskinetik forma. Hər iki yuxarı ətrafları və aşağı ətraf. Psixi inkişafının ləngiməsi ilə” diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Uşaq serebral iflic diskinetik forma. Əqli gerilik” diaqnozu ilə İ dərəcəli əlil olması), hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, amnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosionaliradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətlərinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X5 “X10 nəticəsində ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) qeyd olunur. Yoxlanılan şəxs X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin məcəllənin 34.2-ci maddəsinə görə fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 18 sentyabr 2004-cü il təvəllüdlü X2 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyləri ilə sübut olunduğundan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18 sentyabr 2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar