Məhkəmə qərarları › İş №2(011)-1966/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1966/2023

10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1966/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – qanunsuz hesablanmış 1039,57 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır.Təbii qaz istehlakçısıdır, abunə hesabı **********1970-dir. İstifadə etdikləri qazın dəyərini həmişə ödəmişdir. Qaza görə heç vaxt borcu olmayıb. 2022-ci ilin iyul ayında qaz nəzarətçisi ona bildiriş vermişdir. Borcun çox olduğunu görərək qaz idarəsinə getmişdir. İddiaçıya məlum oldu ki, iddiaçı qaza görə guya 1039.57 manat borcu var. Halbuki, onun o qədər borcu olmayıb.Heç vaxt ona borcla bağlı bildiriş verilməyib.Orada iddiaçıya bildirmişlər ki, onun borcu əsasən 2010-2019 ci illərdə yaranıb.Halbuki, həmin vaxt qaz pulunu vermişdir. Hər ay ona yazılan məbləğdə qaz pulunu ödəmişdir. İddiaçı orada onlara borcun əsassız olduğunu bildirmişdir. Onun hesabında olan borcu silmələrini xahiş etmişdir. İddiaçı bildrimişdir ki, nə üçün bu vaxta qədər onun qazını kəsmədiyini, məhkəməyə vermədiyini soruşduqda sualları cavabsız qalmışdır. Ona borca dair abonent saldosun vermişdirlər. İddiaçı bilidirir ki, artıq onlarla dil tapa bilməyəcəyini başa düşüb, bu səbəbdəndə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki -Məcəlləsinin 373.2 və 373.3-cü maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il,aşınmaz əşyalarla bağl müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Deməli cavabdeh olan Cavabdeh Kürdəmir Qaz İdarəsinin əməkdaşları tərəfindən iddiaçıdan borcu tələb etməmişlər və bununla da Müqavilə üzrə 3 illik müddəti buraxmışdırlar.Cavabdeh qurum çıxış yolunun mənzilə SMART tipli qaz sayğacı quraşdırmışlar və bununla da onun hüquqlarını kobud şəkildə pozmuşlar. Borcun necə və haradan yaranması iddiaçıya məlum deyildir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, tələb olunan borcun istehlakçının öz sərfiyyatına görə yaranmış borcu olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı 2010-cu ilin oktyabr ayından 2022-ci ilin iyul ayına kimi 1039,57 manat məbləğində debitor borcu yaranmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-934/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İB qarşı borcun silinməsi barədə idddiası təmin edilmiş, 404 manat borc məbləğinin İddiaçı hesabından silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı abonent saldosundan görünür ki, ona hesablanmış 1039,57 manat borc 2010-cu ilin oktyabr ayından 2022-ci ilin iyul ayına qədər sayğac göstəriciləri əsasında yaranmış borcdur və iddiaçı barəsində ümumiyyətlə hər hansı akt tərtib olunmamışdır. Azərbaycan Respublikası MPM 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iddiaçıya məxsus olan mənzilin qaz xətti üzərində quraşdırılmış sayğacın göstəricisi əsasında hesabat aparılmış sayğacın göstəricisi oxunaraq bununla bağlı iddiaçıya hər ay bildiriş təqdim edilmişdir. İddiaçı tərəfindən hesabında olan borcun əsassız yazılmasına dair heç sübut yoxdur. İddia tələbi tamamilə əsassızdır. Odur ki, İddiaçı Cavabdehnə qarşı abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız hesab edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – qanunsuz hesablanmış 1039,57 manat qaz pulunun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar