Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1979/2020 19.06.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçınn nümayəndəsi x1 iştirakı ilə İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı – cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə görə 249,31 manat borcun və 20 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 269,31 manat məbləğində pulun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə (müqavilə №16239811) əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən suyun buraxılması və kanalizasiya xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentlərinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə 15.01.2020-ci il tarixinə ümumilikdə 249,31 manat məbləğ ödəməli olduğu halda lazımı qaydada ödəniş etməmiş və nəticədə borcu yaranmışdır. Ötən illər ərzində İddiaçıSC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 16.10.2019-cu il tarixində yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də, ötən illər ərzində istifadə etdiyi xidmətlərə görə lazımi ödənişləri həyata keçirməmişdir. Abonent Cavabdeh ailə tərkibi 2 nəfər olmasını nəzərə alaraq su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablama aşağıdakı qaydada aparılmışdır. 1 kub.metr x 0,50=2,50 manat, 2,50 manat x 2 nəfər = 5,00 manat, 5,00 manat x 49,8 ay = 249,31 manat. İddiaçınn nümayəndəsi x2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri olan mənzildən məhkəməyə çağırılmış, lakin cavabdehin həmin mənzildə yaşamamasına dair qeyd yazılmış məhkəmə bildirişi geri qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********000/16239811 saylı abonentə məxsus abonent kartından görünür ki, həmin kodlu abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 249,31 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, **********000/16239811 saylı abonentə İddiaçı ASC-yə olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan AR BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 26.09.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı ASC-yə 249,31 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş borca görə 249,31 (iki yüz qırx doqquz manat otuz bir qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat olmaqla, cəmi 269,31 (iki yüz altmış doqquz manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-1979/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1979/2020
19.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver