Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1981/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 294,23 manat borcun və 20 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 294,23 manat borcun və 20 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilən AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində deyil, cavabdehin qeydiyyat ünvanının olduğu yer üzrə ərazi aidiyyətinə görə aid olduğu Bərdə Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində deyil, Bərdə rayonu ərazisində yerləşdiyindən, iş ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 294,23 manat borcun və 20 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1981/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1981/2020
21.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver