Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1995/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Murquz qızının Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Murquz qızı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı AKT-ın ləğv edilməsi və bu akt əsasında hesablanmış 2177 manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən Cavabdeh tərəfindən əsassız olaraq evinə hesablanmış 2177 manat borcun silinməsini xahiş etmişdir. İddiaçı bildirir ki, mübahisəli mənzildə 17 gün müddətində sayğacdan ( təbii qazdan) qeyri-qanuni olaraq istifadə edilmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2-da yaşayır. Bu evdə yaşadıqları halda 10 dekabr 2021 -ci il tarixdə naməlum şəxslər tərəfindən qaz sayğacı oğurlanmışdır. Həmin vaxtlarda rayonda bir neçə hüzr yerləri düşdüyündən başları ora qarışmışdı. Evə qayıdanda görmüşlər ki, yeni sayğac quraşdırılıb və eyni zamanda Azəriqaz tərəfindən cərimə yazılıb. Qaz sayğacı iddiaçının adınadır, evə gələn qaz xəttinə heç bir kənar müdaxilə olmayıb (fotolar təqdim etmişdir). Evə qaz çəkilən dövrdən qaz paylayıcısı adlandırılan qurumla onun arasında qaz alqı-satqısı barədə müqavilə bağlanaraq qaz sayğacı iddiaçının adına sənədləşdirildi. Həmin ünvanda qazdan istifadə etmək üçün pul məbləğini Smart karta yükləyib qaz sayğacının mexaniki hissəsində olan hesablayıcı mexanizmə köçürülən qazdan istifadə etmişdir. Yəni indiyə kimi heç bir problem yaşanmayıb. 30 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İB-nin əməkdaşları tərəfindən aparılan Sayğaclara baxış zamanı Akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş və həmin sayğacda kənar xətt aşkarlanmış və qanunsuz təbii qazdan istifadə halları müəyyən edilmişdir. Bununla bağlı X1 əməkdaşları tərəfindən 30 iyun 2022-ci il tarixində ******* saylı Akt tərtib edilmişdir. Qeyd edilən Akta əsasən iddiaçıya 2177 manat qaz borcu hesablanmışdır. İddiaçı dəfələrlə həmin quruma müraciət etmiş ki, onun xəttində heç bir əlavə qoşulma yoxdur, akta onun iştirakı olmadan tərtib edilib. Bu akta nə iddiaçı, nədə ki, ərazi nəzarətçisi imza etməyib. İddiaçı bu yanlışlığın aradan qaldırılmasını, ona hesablanmış 2177 manat qaz borcunun silinməsini tələb etsə də həmin qurumdan ona bildimişlər ki, artıq sistemə işləndiyi üçün o borcunun silinməsi və mövcud aktın ləğv edilməsi üçün məhkəməyə müraciət etməlidir. Tərəflərin izahatları: İddiaçı Murquz qızı məhkəməyə təqdim etdiyi ərizədə bildirir ki, uzaqda yaşadığı üçün növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktların surətindən görünür ki, təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2022-ci ilə 2177,28 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nünayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 17 gün müddətində təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmiş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2177,28 manat məbləğində borc tələb edilmişdir. İddiaçı tərəfindən həm məhkəməyə göndərdiyi ərizədə, həm də məhkəmənin hazırlıq iclasında təbii qazdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. Məhkəmə cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş qaz sərfinin 24 saata vurulmasını qanunsuz hesab edir və qaz işlədicilərinin orta günlük iş rejimini 12 saata vurulmasını ədalətli hesab edir. Məhkəmənin hazırlıq iclasına iştirak etmiş iddiaçı ünvan 1 ünvanında PQ4 (yəni 4 gözlü qaz plitəsi) istifadə edilmişdir. Aktlardan da görünüdüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş sayğacdan kənar kənar xəttdən evin daxilində hansı hansı qaz işlədicilərinin qidanlamasını araşdırmamışdır. Məhkəmə hesab edir ki, 30 iyun 2022-ci il tarixli akta əsasən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 17 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 12 x 17= 244,8 m3 müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə qazın hər m3 üçün qiymətinin 12 qəpik olduğunu nəzərə alaraq hesab edir ki, dəymiş ziyanın həcmi 29,4 manat (244,8 x 0,12 = 29,376 ) müəyyən edilməlidir. Odur ki, ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı Murquz qızına (abonent kodu **********00015 olan) hesablanmış 2147,6 (2177-29,4=2147,6) manat borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 2147,6 manat olduğundan cavabdehdən 41,48 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı Murquz qızına (abonent kodu **********00015 olan) hesablanmış 2147,6 (iki min yüz qırx yeddi manat altmış qəpik) manat borc silinsin. Cavabdehndən 41,48 (qırx bir manat qırx səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-1995/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1995/2023
14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver