Məhkəmə qərarları › İş №2(011)-1997/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1997/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1997/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh, Zamin2 və X2 qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin2 və X1 xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 114 manat ödənilməmiş hissə, 34 manat dəbbə pulu olmaqla 148 manat, xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 420 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu olmaqla 546 manat, ümumilikdə 694 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 456 manat olan (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********87499 olan Samsung J3 markalı telefon və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 420 manat olan (15 ay x 28 manat + 0 manat ilkin ödəniş) 3 ədəd Playstation-4 pult almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 342 manat təşkil etmişdir. Lakin Cavabdeh müqavilələrin şərtlərinə əməl etməyərək öhdəliklərini icra etməmiş, nəticədə onun xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 114 manat ödənilməmiş hissə, 34 manat dəbbə pulu olmaqla 148 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 420 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu olmaqla 546 manat, ümumilikdə 694 manat borcu yaranmışdır. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2018-ci il və xx.xx.2019cu il tarixli zaminlik müqavilələri bağlanmış, zamin X3 və Zamin2 “xxxx” MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludurlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh, Zamin2 və X3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış: xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 456 manat olan (12 ay x 38 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********87499 olan Samsung J3 markalı telefonu cavabdehə satmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh X3 alqı-satqı müqaviləsində göstərilən şərtlərin yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 420 manat olan (15 ay x 28 manat + 0 manat ilkin ödəniş) 3 ədəd Playstation-4 pultu cavabdehə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh Zamin2 alqı-satqı müqaviləsində göstərilən şərtlərin yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 114 manat ödənilməmiş hissə, 34 manat dəbbə pulu olmaqla 148 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 420 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu olmaqla 546 manat, ümumilikdə 694 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, digər cavabdehlər Zamin2 və X3 zamin qismində birgə məsuliyyət daşıdıəına görə iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 14 manat və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 46 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 85 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 85 faizi, yəni 25,50 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 114 manat ödənilməmiş hissə, 14 manat dəbbə pulu olmaqla 128 (bir yüz iyirmi səkkiz) manat alınıb İddiaçı MMC-yə verilsin. Cavabdehlər Cavabdeh və Zamin2 xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 420 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu olmaqla 466 (dörd yüz altmış altı) manat alınıb İddiaçı MMC-yə verilsin. Cavabdehlərdən ödənilmiş dövlət rüsumunun 25,50 (iyirmi beş manat 50 qəpik) manat hissəsi alınıb iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar