Məhkəmə qərarları › İş №2(011)-2000/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2000/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2000/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 60 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olmaqla ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış evinə “İtron” tipli, 1202AQ**********6 nömrəli sayğac quraşdırılmış, **********00000 nömrəli abon kodu verilmişdir. Cavabdehlə xx.xx.2017-ci il tarixində, daha sonra isə xx.xx.2022-ci il tarixində “Qaz payalayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07-4788 nömrəli müqavilə imzalanmışdır. Qaz sayğacı fərdi yaşayış evinin hasarına xaricdən quraşdırılmışdır. xx.xx.2022-ci il tarixindən cavabdehin nümayəndələri evə quraşdırılmış əvvəlki “İtron” tipli sayğacı iddiaçının xəbəri olmadan yenisi ilə əvəz olunmuşdur. Daha sonra əvvəlki qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və guya aşağıdakı nöqsan aşkar edilmişdir. Sayğacın klapanı işlək deyil, yivli birləşmələrdə koroziya izi mövcuddur, sayğacın çıxış plasmas borusu deşilib, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyata 100 faiz nisbi xəta ilə işləyir, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plasmas boruda deşik aşkar olundu, hesablama mexanizmi minimal sərfiyyata keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Qeyd olunan səbəblərdən dolayı guya itirilmiş qazın bərpası üçün 8640 kub müəyyən edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş, aktın əsasında isə qərar qəbul edilmişdir. Nəticədə guya dəymiş ziyanın ödənilməsi iddiaçıdan tələb olunur. Aktın surəti iddiaçıya təqdim olunmamışdır, yalnız abonent koduna vurulmuş vəsaitin azaldığını gördükdən sonra 2023cü ilin yanvar ayında məlumatı olmuşdur. Bu zaman daxilində iddiaçıdan əlavə olaraq 70 manat qeyd olunan akt əsasında vəsait tutulmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 60 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirilmiş 1202AQ**********6 nömrəli sayğac üzrə (**********00000 nömrəli abonent kodu) təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın və onun əsasında qəbul edilmiş Cavabdeh İB-nin qərarının ləğv edilməsi, qərar əsasında hesablanmış borcun silinməsinə dair və həmin sayğac üzrə tutulmuş 70 manat məbləğində pul vəsaitinin iddiaçıya geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1036,80 manat borcun silinməsi və həmin sayğac üzrə tutulmuş 70 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nin nümayəndəsi X4 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 60 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrdə korroziya izi mövcuddur” qeyd edilmişdir. İş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üçün 1036,80 manat borcu vardır və 2022 və 2023-cü il ərzində ümumikdə 70 manat məbləğində cavabdehdən tərəfindən tutulmalar aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-si tərəfindən tərtib edilmiş aktda iddiaçının evindən çıxarılmış sayğacda “Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrdə korroziya izi mövcuddur” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış 1036,80 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı mənzilə dair hesablanmış 1036,80 manat məbləğində borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 70 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 60 ünvanına hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 70 (yetmiş) manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar