Məhkəmə qərarları › İş №2(011)-2001/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2001/2023

25.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2001/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. X9 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Nadir Babayev hazırda müddətsiz, ikinci qrup əlildir. Ona təyin olunmuş diaqnoz paranoid şizofreniya, Şizofreniya paranoid forma dərin psixi qüsur halı ilə bağlıdır.

2. Babayev Nadir oğlunun atası X5 xx.xx.2018-ci il tarixdə, anası X7 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri:

3. Ərizəçi xx.xx.1988-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Ərizəçi ərizəsində qeyd etmişdir ki, vətəndaş X2 Rayon İcra Hakimiyyətinə xx.xx.2023-c il tarixdə ərizə ilə müraciət edərək hazırda himayəsində olan bacısı oğlu X6 İİ qrup (parar şizefreniya, şizofreniya paranoid forma dərin psixi qüsurlu halı. Kənar şəxslərin nəzərə ehtiyacı var. Oynaq qığırdağının digər pozuntuları, Sağ aşıq-baldır oynağında hər iki topuq yerdəyişmiş qəlpəli sınığından sonrakı sağ topuq oynağının deformasiyası.Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD kardial tipi) əlildir. Nadir X1 xx.xx.2018-ci il tarixdə, anası X7 isə xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, Nadir Babayevin daimi qulluğa ehtiyacı olduğunu, ona özünün qulluq və nəzarət etdiyini, lakin onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qərarı olmadığından üzərində qəyyum təyin edilə və həmçinin AR Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Nadir Babayevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edə bilmədiyini əsas gətirərək, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

5. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

6. Maddə 28.8 Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

8. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

9. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

10. Maddə 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

İşə baxan məhkəmənin mövqeyi:

11. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

12. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilmiş arayışa əsasən X9 İİ qrup əlildir, əlillik müddətsiz müəyyən edilib, dioqnoz paranoid şizofreniya, Şizofreniya paranoid forma dərin psixi qüsur halı ilə bağlıdır.

13. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli, 1341 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X9 paranoid şizofreniya, Şizofreniya paranoid forma dərin psixi qüsur halı qeyd edilir. Müayinə zamanı aşkar olunan əlamətlər: ünsiyyətə formal daxil olması, təfəkkürünün paraloji olması, rezonyorluğu, autikliyi, münasibət sayıqlama ideyaları və hallusinator təsirə məruz qalması, öz hiss və həyəcanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri, biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.

14. Qeyd edilənlərdən də göründüyü kimi, X9 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X9 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.

15. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Nadir Babayevin valideynləri öldüyündən, ərizəçi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.

16. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar