Məhkəmə qərarları › İş №2(011)-2022/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2022/2025

13.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2022/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mərhum ataları X2 xx.xx.2022-ci ildə vəfat edənə kimi onun mülkiyyətində olan və AR İqtisadiyyat Nazirliyi nəzdində DƏDRX-nin Bakı çəhəri Ərazisi İdarəsində dövlət reyestrində 600 nömrəli reyestr kitabında 55146 nömrəli vərəqində qeydə alınmış. Seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu , General Şıxlinski, küç. ev 37, 79 saylı mənzilindən , xx.xx.1994- cü ildə hüquqi şəxslərin dövlət qeydiyyatında qeydə alınmış “Ordubad” kiçik müəssisəsi (VÖEN **********) əmlakdan, Astara rayonun Pensər kəndində 0,12 ha. torpaq sahəsi və onu üzərində inşa edilmiş ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evindən və 200 kv.m. fərdi yaşayış evindən , "xxxx" ASC-nin hesabından çıxarılan 5500 manat və "xxxx"QSC-dən çıxarılan 32500 manat pul vəsaitindən iddiaçılara çatan məcburi payın müəyyən edilinəsi və cavabdehlər X1 və Cavabdeh1 alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdirlər. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən geri qatarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.9, 260, 263-264, 266-268-ci maddələrini, habelə mülki-prosessual qanunvericiliyinin əsas prinsiplərindən biri olan dispozitivlik prinsipini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakdan qanun üzrə vərəsələrə çatası məcburi payın müəyyən edilməsi və ayrılaraq onlara verilməsi tələbi” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-2022/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakdan qanun üzrə vərəsələrə çatası məcburi payın müəyyən edilməsi və ayrılaraq onlara verilməsi tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:50-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:00-da qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar