Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-205/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 13.910,27 manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları ünvana quraşdırılan qaz sayğacına ödənişlər edən zaman yüklənilən puldan tutulmalar olduğunun şahidi olmuşdur. Bununla bağlı o, cavabdehə müraciət etmişdir. Birlikdən ona bildirmişlər ki, güya ki, kənar xətt aşkar edilib və buna görə də cərimə olunub. Güya qaz sayğacından kənar xətt aşkar olunduğundan cərimə olaraq 13.910,27 manat pul ödəməlidir. Heç bir əsas olmadan əssasız şəkildə 13.910,27 manat borcu olduğunu bildirdilər. İddiaçı qaz pulunu vaxtı-vaxtında ödəmişdir və sayğacdan kənər xətdən istifadə etməmişdir. Buna baxmayaraq Xəzər rayon X4 əlavə olaraq 13.910,27 manat borc hesablayıb. Ən əsası isə odur ki, ona borc yazılana qədər hər ay iddiaçı qaz pulunu ödəmişdir. Hal-hazırda smart karta yüklənilən məbləğdən tutulmalar olur. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. Bakı şəhər Xəzər rayon X3 işçiləri tərəfindən tərtib edilən borclar ədalətsiz hərəkətdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, o, heç vaxt qaz sayğacından kənar xətdən istifadə etməmişdir. Cavabdeh İB işçiləri onun sayğacını özləri gəlib dəyişmişdilər. Ondan sonra ona məlum olmuşdur ki, sayğacına çoxsaylı aktlar tərtib edilib. Bundan sonra da o, məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 73.440 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.120 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının çıxış plastmas borusu deşilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 12.960 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.120 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.120 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.120 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.024 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus ünvan 1 ünvanında təbii qazdan sayğacdankənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 3.024 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00880 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin dekabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 8.812,80 manat, 2023-cü ilin yanvar ayı üzrə 734,40 manat, fevral ayı üzrə 2.289,60 manat, mart ayı üzrə 734,40 manat, aprel ayı üzrə 734,40 manat, may ayı üzrə 362,88 manat və iyul ayı üzrə 362,88 manat borcu mövcuddur. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə MSK – 29/1710- 04020-1 saylı xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100 faiz nisbi xətayla işləyir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubuna əlavə edilmiş ekspert rəyindən görünür ki, tədqiqata əlavə edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədi. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacında nasazlıq olduğuna görə 2022-ci ilin oktyabr ayında sonuncu dəfə sayğac dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Həmin sayğac dövlət yoxlamasına göndərilmiş və laboratoriya aktında qeyd edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib. İddiaçıya məxsus ünvanda X2nın pozulmasına dair aktlar tərtib edilərək, iddiaçının 2022-ci ilin dekabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 8.812,80 manat, 2023cü ilin müvafiq olaraq yanvar ayı üzrə 734,40 manat, fevral ayı üzrə 2.289,60 manat, mart ayı üzrə 734,40 manat, aprel ayı üzrə 734,40 manat, may ayı üzrə 362,88 manat və iyul ayı üzrə 362,88 manat borcu mövcuddur. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt (əsas: sayğaca müdaxilə) istisna olmaqla, digər aktların tərtib olunmasına əsas – kənar xəttin istifadəsi olmuşdur. Mübahisə ilə bağlı iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, istehlakçının kənar xətdən istifadə və ya sayğaca müdaxilə yolu ilə qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi aktlar (2022-ci ilin dekabr ayı üzrə 8.812,80 manat, 2023-cü ilin yanvar ayı üzrə 734,40 manat, fevral ayı üzrə 2.289,60 manat, mart ayı üzrə 734,40 manat, aprel ayı üzrə 734,40 manat, may ayı üzrə 362,88 manat və iyul ayı üzrə 362,88 manat) üzrə iddiaçının təqsirli hərəkərlərini sübut edən qeyd olunan sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii qazın istehlakına görə borcun ödənilməsini tələb etməsi əsassız olduğundan, iddia tələbləri həcmində işə baxılaraq, iddiaçıya 2022-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayınadək hesablanmış borc məbləğinin 13.910,27 manat hissəsi silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 131,73 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia tələbləri təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, ev 65 ünvanı üzrə (abonent kodu: **********00880) İddiaçı 2022-ci ilin dekabr ayından 2023-cü ilin avqust ayınadək hesablanmış borc məbləğinin 13.910,27 (on üç min doqquz yüz on manat iyirmi yeddi qəpik) manat hissəsi silinsin. 131,73 (bir yüz otuz bir manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva