Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2056/2021 04.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Məzahir Rüstəmov küçəsi, bina 35, mənzil 133-lə bağlı imzalanmış 08.06.2020-ci il tarixli “Məzilin başqa şəxsin adına keçirilməsinə” dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdilər ki, hal-hazırda eyni tərəflər arasında eyni tələblə əlaqədar olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin icraatında olan 2(011)- 1425/2021 saylı mülki iş vardır, həmin işlər eyni növlüdür, həmin işlərin bir icraatda birləşdirilməsi işin daha tez vaxtda baxılaraq yekunlaşması üçün əhəmiyyətlidir. Məhkəmə tərəfindən iş materiallarından müəyyən olunuşdur ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin icraatında iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması” barədə iddia tələbi üzrə 2(011)-1425/2021 saylı mülki iş vardır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki işlər üzrə iddia tələbləri bir-biri ilə əlaqədar olduğundan və həmin işlər üzrə eyni tərəflər çıxış etdiyindən, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icaraatında olan 2(011)-1425/2021 saylı mülki iş və 2(011)-2056/2021 saylı mülki işlər birləşdirilməlidir. Belə ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan 2(011)-2056/2021 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin icraatında olan 2(011)-1425/2021 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2056/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2056/2021
04.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver