Məhkəmə qərarları › İş №2(011)-2061/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2061/2021

09.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2061/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrhim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsinə” dair iddia tələbi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş 25.05.2019-cu il tarixli, reyestrdə 2V-172№ ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411№ ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, Cavabdeh1 adına verilmiş çıxarışın və 08 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi; mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinin və üzərindəki fərdi yaşayış evlərinin miras əmlakın tam olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı6, X6, İddiaçı7, X1, İddiaçı8, İddiaçı12, İddiaçı9, İddiaçı10, İddiaçı11 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər, Cavabdeh1 məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq işdə iştirak edə bilməyəcəyini məhkəməyə bildirmişdir, məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş materiallarından müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasovanın icraatında iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı4, X2 və X3 qarşı “bağ sahəsindən çıxarılma” barədə iddia tələbi üzrə 2(001)-273/2021 saylı mülki iş vardır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki işlər üzrə iddia tələbləri bir-biri ilə əlaqədar olduğundan və həmin işlər üzrə eyni tərəflər çıxış etdiyindən, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icaraatında olan 2(011)-2061/2021 saylı mülki iş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icaraatında olan 2(001)-273/2021 saylı mülki işlər birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan 2(011)-2061/2021 saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasovanın icaraatında olan 2(001)-273/2021 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar