Məhkəmə qərarları › İş №2(011)-2067/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2067/2022

20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2067/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia əizəsi ilə müraciət edərək iddiaçıya məxsus ünvan 1rləşən fərdi yaşayış evinə hesablanmış 5800 manat borcun silinməsinə və əsassız hesablanmış borca görə tutulmuş məbləğin geri qayarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən, 2013-cü ildə İddiaçı faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana süd/sovxozu, ev 135 ünvana smart tipli, G-4 markalı, **********3 № li sayğac quraşdırılmış, 10077052 № li plomb vurulmuşdur. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyuculanmn, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan 05.01,2022-ci il tarixdə küçədə quraşdırılmış, istismar müddəti bitmiş köhnə qaz sayağacma "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş, iddiaçıya məxsus evdən qaz sayğacının yoxlanılıdığı zaman iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. Buna baxmayaraq Azəriqaz" İB-nin əməkdaşları iddiaçının iştirakı olmadan qaz sayğacında heç bir qüsur aşkar edə bilməmiş və xx.xx.2022-ci il tarixdə smart tipli sayğac ilə əvəzedilmiş, 10077052 nömrəli plomb vurulmuş və bu barədə ******* № li AKT tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ilə "Azəriqaz" İB arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə» AKT-01066xx/xx-2019 № li müqavilə bağlanmışdır. Qaz sayğacı Dövlət yoxlamasında da iddiaçının iştirakı olmadan yoxlamadan keçmiş və yoxlama barədə iddiaçıya heç bir rəsmi məlumat verilməmişdir. Sayğacın istismara yararsız vəziyyətə gəlməsi barədə məlumat isə özləri tərəfindən aşkar edilmişdir. Sayğac küçədə yerləşdiyindən ona edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) iddiaçı tərəfindən edilməsi belə aşkarlanmamışdır. İddiaçı tərəfindən sayğaca müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki, belə olacağı təqdirdə aylıq ödənişlər arasında ziddiyətli fərqlər yaranmış olardı. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttlərinə hər ay baxış keçirilir və elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış 'müdaxilə” inandırıcı deyildir. Ən azından sayğacın çıxış plastmas borusunun deşilməsi üçün 00502596 № li plomb qırılmalı jdi. Halbuki, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Digər tərəfdən küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, sayğacın çıxış plastmas borusunun deşilməsi üçün cavabdeh deyildir. Bundan əlavə, cavabdeh "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh qaz sayğacına, məhz iddiaçı tərəfindən müdaxilə edilməsim təsdiq edən sübutları təqdim etmir. xx.xx.2022-ci il tarixdə CavabdehİB Bakı Regional Qazın Satışı Deportamenti qeyd olunmuş müdaxilənin iddiaçıya aid olmasım sübuta yetirmədikləri halda, Cavabdeh İB Bakı Regional Qazm Satışı Deportamenti «komissiyasının üzvləri» tərəfindən tərtib edilmiş ******* № li AKT əsasında İddiaçının hesab koduna əsassız olaraq borc yazılmışdır. Halbuki iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməyib. Beləliklə 10,01.2022-ci il tarixdə "Abonentin Saldosu”nu aldıqda məlum oldu ki, təbii qazın itirilməsinə görə, əsassız olaraq iddiaçının hesab koduna 5800 manat cərimə yazılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tərəfinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, iddiaçının istifadəsində olmuş qaz sayğacının çıxış plastmas borusunun deşildiyinə görə ona 486,0 manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-1964/2022 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 486,0 manat məbləğində borc silinmişdir. İş materiallarından görünür ki, ünvan 1rləşən fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* aktda “abonent qaz sayğacından kənar təbii qazdan istifadə edir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin və abonent saldosunun surətindən görünür ki, aktlar əsasında qazın dəyərinə görə 599,04 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı tərəfindən ona təbii qazdan istifadəyə görə 5800 manat məbləğində borcun hesablandığına dair hər hansı əlavə sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən 16 avqust 2022-ci il tarixində həmin ünvana - ünvan 1rləşən fərdi yaşayış evinə (abonent kodu: **********00008) yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, Azəriqaz” İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* akta əlavə edilmiş fotoşəkillər iddiaçıya məxsus yaşayış evinə aiddir. Lakin, ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və sairə) aşkar edilməmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsi ilə təmin edilir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* akta əlavə edilmiş fotoşəkillərdə də, iddiaçı tərəfindən qaz sayğacından kənar təbii qazdan istifadə etdiyini müəyyən etmək qeyri-mümkündür. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 599,04 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia hesablanmış borcun silinməsi hissəsində qismən təmin edilərək, itirilmiş qazın dəyəri kimi görə iddiaçıya hesablanmış 599,04 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı tərtib edilmiş akt əsasında ona 5800 manat məbləğində borcun hesablandığını iddia etsə də məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmadığından, iddia 5200,96 manat (5800-599,04) məbləğində borcun silinməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddianın Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli hər hansı bir akt tərtib edilməmişdir. Odur ki, məhkəmə iddianı Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi hissəsində əsassız hesab edərək təmin etmir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddia tələbininin məbləği nəzərə alınmaqla 68.70 (altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. ünvan 1rləşən fərdi yaşayış evi (abonent kodu: **********00008) üzrə İddiaçı hesablanmış 599,04 (beş yüz doxsan doqquz manat dörd qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 68.70 (altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar