Məhkəmə qərarları › İş №2(011)-2071/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2071/2024

07.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2071/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlardan irəli gələn 2.390,10 manat borcun hesab kodundan silinməsi və borca görə tutulmuş 655,2 manat məbləğinin qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2013-cü il tarixdə Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına “G4 Smart” tipli, 1205AQ**********4 № li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********008701 №-li abonent kodu verilmişdir, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının daxili sızması nəticəsində 1405AQ**********9 №li qaz sayğacı ilə əvəz edilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2017- ci il tarixdə ünvan 2 ünvanınada küçədəki qaz xəttinə abonentin iştirakı olmadan baxış keçirilmiş və güya sayğacdan kənar təbii qaz xətti aşkar edilmişdir, foto-video çəkilmiş, ******* № li akt tərtib edilmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Halbuki, həmin vaxt abonent və ailə üzvləri evdə olmuşlar. xx.xx.2017-ci il tarixdə Cavabdeh İB-nin "itirilimiş təbii qazın dəyərinin hesablanması" komissiyası tərəfindən sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi, 4.266 m3 itirilmiş qazın dəyərinin 426,60 manat hesablanması qərara alınmışdır. xx.xx.2017-ci il tarixdə, yenidən ünvan 1 ünvanınada küçədəki qaz xəttinə abonentin iştirakı olmadan baxış keçirilmiş və güya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, ******* № li akt tərtib edilmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Halbuki, həmin vaxt abonent və ailə üzvləri yenə də evdə olmuşlar. xx.xx.2017-ci il tarixdə Cavabdeh İB-nin "itirilimiş təbii qazın dəyərinin hesablanması" komissiyası tərəfindən sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi, 1.612 m3 itirilmiş qazın dəyərinin və qeyri-qanuni tərtib edilmiş 2 akta əsasən 1.412,60 manat hesablanması qərara alınmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış sayğac istismara yararsız olması nəticəsində “Smart G-4 İtron Diafraqma” tipli, 1702AZ**********34 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. xx.xx.2018ci il tarixdə, artıq 3-cü dəfə Baki şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 38 "A” ünvanmada küçədəki qaz xəttinə abonentin iştirakı olmadan baxış keçirilmiş və yenə də sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, ******* №-li akt tərtib edilmiş, lakin həmin akt abonentə təqdim edilməmişdir. Halbuki, həmin vaxt abonent və ailə üzvləri yenə də evdə olmuşlar, xx.xx.2018-ci il tarixdə Cavabdeh İB "itirilmiş təbii qazın dəyərinin hesablanması" komissiyası tərəfindən sayğacdan kənar təbii qaz xəttinin ləğv ediməsi, 5.055 m3 itirilmiş qazın dəyərinin 1.011 manat hesablanması qərara alınmışdır. Aşkar edilmiş sayğacdan kənar təbii qaz xətti abonentə aid deyil. Sayğacdan kənar təbii qaz xətti qonşuya aiddir. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər isə etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərin hansı ünvana aid olması və nə vaxt çəkilməsi müəyyən edilməmişdir. Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməli idi, lakin cavabdeh "X1"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. Cavabdeh İB "itirilimiş təbii qazın dəyərinin hesablanması" tələbinə əsasən "icra olunası tədbirlər" məqsədi ilə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və icra edilmişdir. Əgər tərtib olunmuş ******* №-li akt üzrə qeyri-qanuni istifadə olunan qaz xətti ləğv olunubsa, digər ******* № li və ******* №-li aktların mötəbərliyi şübhə doğurur. xx.xx.2023-cü il tarixli abonentin saldosundan məlum olur ki, xx.xx.2017-ci il tarixdə əlavə olaraq abonentin hesab koduna əlavə olaraq 1.175,60 manat borc yazılmışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli “GASREP”-dən məlum olur ki, abonent xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilə qədər hər ay ödənişlər etmişdir. 9.970 m3 qaz sərfiyyatına görə 1.679 manat ödənişlər olmuş və əsassız hesablanmış borca görə 655,20 manat tutulma olmuşdur. Göründüyü kimi, abonent 10 il ərzində 1.679,00 manatlıq qaz sərfiyyatı etmiş, lakin cavabdeh üç akt ilə onun hesab koduna 2.390,10 manat borc hesablamış və 655,20 manat məcburi qaydada abonentin smart kartından tutulma etmişdir. Abonent tərəfindən heç bir əlavə xəttə qoşulma olmamışdır Sayğac və qaz xətti küçədə yerləşdiyindən ona edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi belə aşkarlanmamışdır Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz xəttinə hər ay baxış keçirilir. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar iddiaçının iştirak olmadan tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmamışdır, baxmayaraq ki, iddiaçıya məxsus ünvana dəfələrlə baxış keçirilsə də iddiaçının iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə iddiaçının, nə ailə üzvlərinin, nə də ki, qonşuların həmin aktlardan xəbərlər olmayıb, aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonen həmin aktları imzalamamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan “Təbii X1nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 4.266 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.612 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 5.055 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00870 saylı abonentin saldosundan görünür ki, abonentin 2017-ci ilin fevral ayı üzrə 853,2 manat, 2017-ci ilin mart ayı üzrə 322,40 manat, 2017-ci ilin may ayı üzrə 237 manat və 2018-ci ilin yanvar ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1.011 manat borcu mövcud olmuşdur. İş materiallarında olan İddiaçı məxsus “GASREP” elektron sistemdən çıxarışdan görünür ki, GPG17056934 saylı sayğac üzrə 2017-ci ilin dekabr ayında İddiaçı 1.412,6 manat və 2018-ci ilin avqust ayında 1.011 manat məbləğində borc hesablanmışdır. 2017-ci ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək abonetdən cəmi 655,2 manat məbləğində borca görə pulun tutulması aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16- 16/2-3/275 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan istifadə edilmə barədə aktlar tərtib edilmişdir və aktlara əsasən iddiaçıya cəmi 2.423,6 manat borc hesablanmışdır. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, bu faktı təsdiq edən şübhədən kənar mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də həmin borcun hesablanması əsassızdır. Belə ki, cavabdeh iddiaçının kənar xəttə müdaxilə edərək xəttə qoşulması və ya sayğaca müdaxilə etməsi hallarını sübuta yetirməmişdir. Həmçinin, iş üzrə təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsinin izləri aşkar edilməmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, məhkəmə müəyyən etmişdir ki, əsassız hesablanmış 2.423,60 manat borca görə iddiaçıdan 655,20 manat məbləğində pul tutulmuşdur. Mübahisələndirilən borc əsassız hesab edildiyindən, iddia tələbləri qismən təmin edilməli, iddiaçıya hesablanmış 1.768,40 manat borc məbləği iddiaçının hesabından silinməli və borca görə tutulmuş 655,20 manat məbləği Cavabdeh İB-dən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 44,24 manat məbləğində dövlət rüsumu və iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 3 ünvanı üzrə (abonent kodu: **********00870) İddiaçı 2017 və 2018-ci illər üçün cəmi hesablanmış 2.423,60 (iki min dörd yüz iyirmi üç manat altmış qəpik) borc məbləğindən qalıq qalmış 1.768,40 (bir min yeddi yüz altmış səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. İddiaçıya hesablanmış borcdan tutulmuş 655,20 (altı yüz əlli beş manat iyirmi qəpik) manat məbləği Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 44,24 (qırx dörd manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu və 64 manat ekspertiza xərci Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar