Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2081/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Ərizəçi İsmayıl qızının iştirakı ilə, Ərizəçi İsmayıl qızının “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İsmayıl qızı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, oğlu X7 xx.xx.1967-ci ildə anadan olmuşdur, daima onunla birgə yaşamışdır. Oğluna “Uşaq serebral iflici” xəstəliyi diaqnozu qoyulmuşdur. Uzun illər müalicə olunsa da, müsbət nəticəsi olmamışdır. Ümumiyyətlə özünü sərbəst idarə etmək iqtidarında deyildir. Bu səbəbdən də, oğlunun ərizəçinin köməyinə ehtiyacı vardır. Ərizəçi Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi, məhkəmə qətnaməsinin olması bildirilmişdir. Ərizəçinin oğlu hal-hazırda ərizəçi ilə birgə yaşayır. Bir ana kimi övladına xidmət etmək borcudur və ərizəçi bu borcunu çalışır ki, ləyaqətlə yerinə yetirsin. Belə hallarda qəyyumluğun rəsmiləşdirilməsi labüddür ki, bu da məhkəmə qaydasında rəsmiləşdirilir. Ərizəçi bir ana kimi müxtəlif instansiyalarda onun adından qəyyum kimi çıxış etməlidir və vəzifənin icrasını öz üzərinə götürmüşdür. Ərizəçi göstərilənləri nəzərə alaraq, qızı xx.xx.1967-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi İsmayıl qızı ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş 11 dekabr 2018-ci il tarixli ********** nömrəli məktubdan görünür ki, X6 xx.xx.1989-cu il tarixdə Gürcüstan SSR-də Salsk rayon HƏEK-da “Uşaq serebral iflici. Nəzərəçarpan inbesillik dərəcəsində oliqofreniya” diaqnozu ilə təkrar müayinə edilmiş və uşaqlıqdan səbəbi ilə iki ili müddətinə birinci dərəcə əlillik təyin edilmiş, HƏEK-də “Uşaq serebral iflici” diaqnozu ilə təkrar mayinə edilmiş və uşaqlıqdan səbəbi ilə müddətsiz dördüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə X8 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani mayinə olunmuşdur. Xəstənin hazırkı vəziyyəti “Uşaq serebral iflici. Nəzərəçarpan inbesillik dərəcəsində oliqofreniya” diaqnozu ilə müddətsiz birinci dərəcə əlilliyə uyğun gəlir. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli 2023 nömrəli arayışdan görünür ki, Alıeva X1 rayonu, M.Əmirxanov küçəsi, ev 10c ünvanında qeydiyyatdadır, oğlu X7 onunla birlikdə həmin ünvanda qeydiyyatdadır və yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məqsəd Əliyev 16 may 1967-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur, atası Əli Əliyev, anası isə Mənzər Əliyevadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 X5 Məhkəmə Psixiatrik Ekspertizasının 23 aprel 2025-ci il tarixli, 2062 saylı rəyi ilə təsdiq olunur ki, X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli qəli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 16 may 1967-ci il təvəllüdlü X3 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 16 may 1967-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2081/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2081/2025
30.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver