Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2108/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmaması ərizənin baxılmamış saxlanılmasının əsasıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki işə baxılarkən iddiaçının iştirak etməsi, işin halları ilə bağlı izahat verməyi, qeyd edilən borcun olduğunu göstərən sübutların təqdim edilməsi zəruridir. Belə ki, iş materiallarına təqdim edilmiş abonentin saldosunun “Qalıq və aktlar” adlanan hissəsində görünür ki, iddiaçıya 3110,4 manat borc yazılmış, lakin təbii qazdan istifadə qaydalarının pozulması barədə hər hansı akt və ya qaz sayğacının istifadəyə yararsız olmasına dair laborator yoxlanışın nəticəsi barədə akt iddia ərizəsinə əlavə edilməmişdir. Göründüyü kimi iddiaçının məhkəmə qaydasında mübahisələndirdiyi borc ilə bağlı araşdırılmalı və iddiaçı tərəfindən təqdim edilməli sənədlər olmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, habelə ərizəsinə nə məhkəmə iclasında iştirak etməməsinin üzürlü olması barədə sübutları, nə də ki, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları ilə bağlı sübutları əlavə etməmişdir. Belə olan halda iddia ərizəsinin məhkəmə icraatı da qeyri-mümkündür. Halbuki, həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2108/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2108/2025
22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver