Məhkəmə qərarları › İş №2(011)-212/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-212/2025

06.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-212/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə Əmrah oğlunun iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, anası X3 ilə atası İsmayılov Nümayəndə Əmrah oğlunun birgə nikahlarından ərizəçi Əfqan Həmidov xx.xx.1985-ci il tarixdə, qardaşı Əmrah İsmayılov isə xx.xx.1988-ci il tarixdə dünyaya gəlmişdir. Qardaşı xx.xx.1988-ci il təvəllüdlü X7 uşaqlıqdan əlildir. Ona Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən “kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya, nitq pozğunluğu, hemiparez (DSMF məlumatlarına əsasən) diaqnozu qoyulmuşdur. Kənar şəxsin qulluğuna ehtiyac duyur. Onun bütün ehtiyacları şəxsən ərizəçi tərəfindən qarşılanır. Qardaşı xəstəliyi ucbatından yalnız qala bilmir, özünə qulluq edə bilmir, hətta özünü idarə edə də bilmir. Ona görə də, onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəblə də, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, qardaşı 23 avqust 1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə Əmrah oğlu ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-ЖГ seriyalı, 258439 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə Əmrah oğlu ilə İsmayılova (Məmmədova) Sədaqət Məmməd qızı arasında 10 yanvar 1983-cü il tarixdə nikah bağlanmış və 5 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan X-ЖГ seriyalı, 378982 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Nümayəndə Əmrah oğlu, anası isə X2r. İş materiallarında olan Xİİİ-ЖГ seriyalı, 305204 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 mart 1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Nümayəndə Əmrah oğlu, anası isə X2r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X6 imbesillik anadangəlmə hipotrinoz, debillik, nitq pozğunluğu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, 22 mart 1988-ci il təvəllüdlü X1 ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya, nitq pozğunluğu, hemiparez (DSMF məlumatlarına əsasən) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X11 Məhkəmə Psixiatrik Ekspertizasının 05 iyun 2025-ci il tarixli, 2550 saylı rəyi ilə təsdiq olunur ki, X5 “Ağır dərəcəli (imbesillik dərəcəsində) Əqli Gerilik (F72) qeyd olunur. Bunu təqdim edilmiş tibbi sənədlər (erkən psixo-psixi inkişafdan geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya. Nitq pozğunluğu. Hemiparez” diaqnozu ilə birinci dərəcəli əlil hesab olması) sübut edir. X5 ağır dərəcəli əqli gerilik müəyyən olunur. X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ərizəçi psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 22 mart 1988-ci il təvəllüdlü X4 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 mart 1988-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar