Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2120/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh tərəfindən təbii qaza görə əsassız hesablanmış 472,30 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanı üzrə **********00041 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, 2020-ci ilin oktyabr ayından 2022-cı ilin yanvar ayına qədər dəfələrlə telefonla zəng edərək müraciət etməyinə baxmayaraq sayğacın göstəricisi cavabdehin əməkdaşları tərəfindən götürülməmiş və ona istehlak edilmiş qazın həcmi və ödənilməli məbləğ barədə bildiriş-xəbərdarlıq təqdim edilməmişdir. Bunu cavabdehdən götürdüyü abonentin saldosu da təsdiq edir. O, hər ay sayğacın göstəricisinə əsasən ödənişləri etmişdir. xx.xx.2022-ci ildə isə ona bir ildən çox müddət keçdikdən sonra bildirişxəbərdarlıq təqdim edilmişdir, həmin bildiriş-xəbərdarlığı aldıqda görmüşdür ki, 2020-ci ilin sentyabr ayında götürülmüş göstərici (13172) 2021-ci ilin iyul və 2021-ci ilin noyabr aylarında yenidən göstərilmiş, bununla da ona limitdən əlavə qaz istehlak etməyi görüntüsü yaradılmaqla ona limitdən əlavə istifadə edilmiş kimi göstərilən həcmə görə 0,20 və 0,25 qəpik tarifi ilə borc hesablanmışdır. Cavabdehin hərəkətləri qanunsuzdur. Sayğacın göstəricisi (13172) 2020-ci ilin sentyabr ayında olmuşdur və həmin sayğac göstəricisi 2021-ci ilin iyul ayında və 2021-ci ilin noyabr ayında da yenidən göstərilmişdir. Yeni tariflər (limit çərçivəsində 0,12 qəpik, limitdən yuxarı isə 0,20 və 0,25 qəpik) tətbiq edildikdən sonra isə 2020-ci ilin sentyabr ayında olan göstəricini yeni limitin tətbiq edildiyi aydan yenidən göstəmiş, sonradan yenə də noyabr ayında göstərmişdir. O, həmin evdə yaşaya-yaşaya, qazdan istifadə edə-edə 2020-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər sayğacın göstəricisi dəyişməmiş, 2020-ci ilin sentyabr ayında 13172, 2021-ci ilin iyul ayında 13172, 2021-ci ilin noyabr ayında 13172 olmuş, 2022-ci ilin yanvar ayında isə birdən birə 16422 olmuşdur. O, istehlak etdiyi qazın pulunu özü sayğac göstəricisinə əsasən ödəmiş, bu abonentin saldosunda da görünür ki, o hər ay ödəniş etmişdir. Cavabdehin qaz sayğacının göstəricilərini qötürməməsini o da təsdiq edir ki, 2020-ci ilin sentyabr ayından abonentin saldosunda sayğacın göstəricisi sıfır göstərilmişdir, halbuki sayğac yeni deyil, dəyişilməmişdir, cavabdehin da həmişə ona borcunun olması göstərilmişdir. Cavabdehin məqsədi o olmuşdur ki, 2020-ci ilin sentyabr ayındakı göstəricini 2021-ci ilin noyabr ayında göstərməklə həmin rəqəmlə 2022-ci ilin yarvar ayına qədər olan istehlak həcminin limitdən artıq olması təəsüratını yaratsın və ona 0,20 qəpik və 0,25 qəpik tarifi ilə əlavə borc hesablasın. Halbuki, cavabdehin yalnız sayğac göstəricilərinə əsasən borc hesablamaq hüququ vardır. Əgər cavabdeh 2020-ci ilin sentyabr ayından sayğacın göstəricilərini aybaay götülməmişdirsə, o zaman onun həmin dövr üçün ona borc hesablamağı qanun pozuntusudur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göstərilən müddəalar da, təbii qazın dəyərinin yalnız sayğac göstəriciləri əsasında tələb edilməsinin hüquqi əsaslarını müəyyən etmişdir. Cavabdeh tərəfindən, həmçinin iddiaçıdan tələb edilən borcun təbii qazın istifadəsi nəticəsində yarandığını əksetidərn sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə iş materiallarına əsasən iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müraciətə baxılması barədə məktubdan da müəyyən olunur ki, iddiaçının cavabdehə olan borcu 407,80 manat təşkil edir. İddiaçı isə qalan 64,50 manat məbləğində borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 64,50 manat borcun silinməsi hissəsində təmin edilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu **********00041) təbii qazın itkisinə görə İddiaçı hesablanmış 407,80 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə (64,50 manat borcun silinməsi hissəsində) təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2120/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2120/2022
10.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver