Məhkəmə qərarları › İş №2(011)-2176/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2176/2025

11.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2176/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Şaməmmədli Rövzə Mehdi qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 3036,90 manat borcun **********00000 saylı qaz hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barədə İddiaçı müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini tam müdafiə etdiyini bildirmiş,məhkəmədən iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, eyni predmet üzrə (borc üzrə) Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə mülki işə baxılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 5844/2022 nömrəli qətnaməsi ilə iddia tələbi üzrə 9336,18 manatdan 6260,4 manat hissəsi təmin edilmiş 3075,78 manat hissəsi rədd edilmişdir. Odur ki, hal-hazırki mülki iş üzrə məhkəmə qətnaməsi olduğuna görə 2(011)-2176/2025 nömrəli mülki işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, sözügedən qətnamə 2022-ci ilin yanvar ayında icra edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********00000) 2016-cı il tarixdə 394,50 manat, 2017-ci il tarixdə 563,60 manat, 2019-cu il tarixdə 1193,40 manat, 2021-ci il tarixdə 6299,28 manat borc hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5884/2022 saylı 07 dekabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 6260 (altı min iki yüz altmış) manat 40 (qırx) qəpik borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə (kod: **********00000) əsassız olaraq hesablanmış 9336,18 manat cərimə borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Sözügedən qətnamə 02 may 2023-cü il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı hazırkı tələbində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5884/2022 saylı 07 dekabr 2022-ci il tarixli qətnaməsinin cavabdeh tərəfindən icra olunduğunu, bundan sonra 3076,18 manat borcun təkrarən onun qaz hesabına yükləndiyini bildirsə də, iş materiallarına sübut kimi əlavə edilmiş abonent saldosunda hesablanan borclar 2016,2017,2019,2021-ci illəri əhatə edir və silinməsi tələb edilən borc ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri, həmçinin mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qərardad mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar