Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2195/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi atası xx.xx.1967-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, X6 xx.xx.1967-ci il tarixdə Dağıstan Respublikası, Qasımkənd kəndində anadan olmuşdur və ərizəçi onun oğludur. Ərizəçi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə almışdır. Ərizəçinin atası hazırda müddətsiz, birinci qrup əlildir. Ona təyin olunmuş diqnoz şizofreniya paranoid forma ilə bağlıdır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, xx.xx.1994-cü ildə Rusiya Federasiyasında anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 13, mənzil 22-də yaşayır. xx.xx.1967-ci il təvəllüdlü atası Hacıbəy Şabanov 1-ci qrup əlildir, şizofreniya paronoid forma xəstəliyindən əziyyət çəkir və 2000-ci ildən RƏXD-da qeydiyyatdadır. Atasının xəstəliyi ağırlaşdığından onu məcbur qalıb 2006-cı ildən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yatızdırmışlar. Hal-hazırda da atası həmin xəstəxanada müalicə alır, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir, özü öz yeməyinidə yeyə bilmir. Atasının adından bəzi sənədləşmə işləri aparılmalıdır. Bununla bağlı o, dövlət orqanlarına hər dəfə müraciətlər etdikdə çətinliklə üzləşir. Həmin dövlət orqanlarından ona bildirmişlər ki, o, atasının qəyyumu olsa sənədləşmə işi asanlaşar. Buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin vəkilinin və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 28 nömrəli şəhər poliklinkası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 860/2000 nömrəli arayışa əsasən X5 birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, 2000-ci ildən PƏXD-də qeydiyyatdadır. X5 isə şizofreniya paranoid forma diaqnozu təyin edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli, 1367 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü X4 şizofreniya paranid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd edilir. Müayinə zamanı aşkar olunan əlamətlər: zahirən gərgin görünür, Bələdliyi özünə və məkana görə saxlanılıb, zamana görə zəifləmişdir. Kontakta formal daxil olur. Suallara əsasən qeyri-adekvat cavablar verir. Eşitdiyi ayrı-ayrı sözləri təkrar edir (exolaliya). Nitqi monotondur. Təfəkkürü parologikdir, azproduktivdir. Autizm əlamətləri qeyd olunur. Maraq dairəsi məhduddur, əsasən keçirdiyi psixotik yaşantıları əhatə edir. Emosional reaksiyaları solğundur. İradə və motivasiyaları nəzərəçatacaq dərəcədə zəifləmişdir. Öz vəziyyətinə qarşı tənqid aşkar etmir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Qeyd edilənlərdən də göründüyü kimi, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X6 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Dağıstan Respublikası, Qasımkənd kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2195/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2195/2022
18.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver