Məhkəmə qərarları › İş №2(011)-2217/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2217/2020

11.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2217/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis X1rşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan X Trail” markalı, **-DV-*** nömrə nişanlı, “Daimler Benz” markalı, **-GB-*** nömrə nişanlı, “Nissan Armada” markalı, **-XD-*** nömrə nişanlı avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx xxxxxxxx 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə yaşadıqları dövrdə onlar bir sıra əmlaklar əldə etmişlər. Həmin əmlaklara Nissan X Trail” markalı, **-DV-*** dövlət nömrə nişanlı, “Daimler Benz” markalı, **-GB-*** dövlət nömrə nişanlı, “Nissan Armada” markalı, **-XD-*** nömrə nişanlı avtomobillər daxildir. xx xxxxxxx 2019-cu il tarixdə iddiaçı ilə cavabdehin arasında baş verən mübahisədən sonra cavabdeh iki qızı ilə birlikdə iddiaçını evdən qovmuşdur. Əmlak bölgüsü ilə əlaqədar BDYPİ-nə müraciət olunarkən cavabdehin hər şeyi planlı şəkildə etdiyi iddiaçıya məlum olmuşdur. Cavabdeh iddiaçını evdən qovmağa çoxdan hazırlaşdığına görə birgə nikah dövründə əldə etdikləri hər üç avtomobili iddiaçının xəbəri olmadan xx xxxxxxx 2019-cu il və xx xxxxxxx 2019-cu il tarixdə digər cavabdehlərə satmışdır. Cavabdeh “Nissan X-Trail” və “Nissan Armada” markalı maşınları alğı-satqı ilə birinci nikahdan olan oğlu Cavabdeh2 adına, digər “Daimler Benz” markalı avtomobili isə X7 adına keçirmişdir. Yəni alğı-satqı müqaviləsi formal bağlanmışdır, birgə nikah dövründə əldə edilmiş olan avtomobillərin mülkiyyətçisi öz əmlakı üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Nissan X Trail” markalı, **-DV-*** nömrə nişanlı və “Nissan Armada” markalı **-XD-*** nömrə nişanlı avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərə İddiaçı ilə Cavabdeh1 ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1, cavabdehlərin etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında qardaşından 1997-ci ildə “Qaz-24” markalı avtomobili 20.000 ABŞ dollarına aldığını, sonra avtomobilin bağışlama yolu ilə adına keçdiyini, avtomobili öz oğluna aldığını, əlavə xərc olmaması üçün bağışlama yolu ilə aldığını, lakin avtomobilin dəyərini ödədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçının iddia tələbinin əsasını birgə nikah dövründə əldə olunmuş əmlakların ½ hissədə bölünməsi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən, ərarvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. İddiaçı iddia tələbində əmlakın birgə nikah dövründə əldə olunduğuna istinad etmiş və əmlak onun xəbəri olmadan özgəninkiləşdirildiyi üçün həmin əmlakla bağlı alğı-satqı müqavilələrinin etibarsızlığı və əmlaklarla bağlı ½ hissədə payının müəyyən edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən xx xxxxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad olunmalı və işin halları həmin qərarda təsbit edilmiş qaydalara uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən hər iki avtomobil birgə nikah dövründə əldə edilmişdir. Belə ki, “Nissan Armada” markalı avtomobil 2005-ci ildə, “Nissan X Trail” minik markalı avtomobil isə 2008-ci ildə əldə olunmuşdur. Daha sonra məhkəmə həmin avtomobillərin əvəzli və ya əvəzsiz şəkildə əldə olunmasına qiymət verərək belə hesab edir ki, tərəflərin izahatlarından və avtomobillərin qeydiyyat hərəkəti barədə Baş Dövlət Yol Polis tərəfindən verilmiş komputer çıxarışından görünür ki, avtomobillər alğı-satqı müqaviləsi əsasında mülkiyyətə keçmişdir. Daha sonra məhkəmə mübahisəli avtomobillərin tərəflərin birgə vəsaiti hesabına əldə olunub olunmaması məsələsini araşdıraraq, sərbəst məhkəmə araşdırması nəticəsində və formalaşan daxili inamdan irəli gələrək qeyd edir ki, bu əmlak birgə vəsait hesabına əldə edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin verdiyi izahatlardan görünür ki, tərəflər nikaha daxil olduqları zaman cavabdehin özünün mülkiyyətində avtomobillər olmuşdur. Bu səbəbdən iddiaçı iddia tələbində əvvəl üç avtomobil tələb etsə də, daha sonra “Daimler Benz” markalı avtomobilin nikahdan öncə alınması səbəbindən iddia tələbinin həcmini həmin hissədə azaltmışdır. Eyni zamanda məhkəmədə izahat verən iddiaçı qeyd etmişdir ki, onlar evli olduqları dövrdə Cavabdeh1 daima iddiaçının xəbəri olmadan özünə məxsus olan avtomobillərin birini digəri ilə əvəz etmişdir. Məhkəmə iclasında ifadə vermiş cavabdeh qeyd etmişdir ki, onun nikaha daxil olduğu vaxtda mülkiyyətində üç avtomobil olmuşdur: “Daimler Benz”, “QAZ-24” markalı minik avtomobilləri və yük maşını. Hətta iddiaçının cehizlərini də cavabdeh özünə məxsus yük maşını ilə gətirmişdir. Cavabdehin bu izahatı məhkəmə iclasında dindirilmiş iddiaçının ifadəsi ilə də təsdiq olunmuşdur. Daha sonra cavabdeh özünə məxsus “QAZ-24” markalı avtomaşını rəsmi olaraq bacısına bağışlasa da, onu əvəzli şəkildə verməsini qeyd etmişdir. Əldə olunmuş vəsait hesabına o, “Mercedes 220” minik markalı avtomobili almışdır. Sonra cavabdeh həmin avtomobili sataraq “Nissan Armada” markalı avtomobili almışdır. Ondan sonra 2006-cı ildə və 2007-ci ildə iki yük maşını almış, 2013cü ildə və 2017-ci ildə isə onları digər şəxsin xeyrinə özgəninkiləşdirmişdir. Daha sonra cavabdeh qeyd etmişdir ki, nikahdan əvvəl ona məxsus olan “Daimler Benz” markalı avtomobili 2008-ci ildə etibarnamə əsasında üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmiş və özünə “Nissan X Trail” minik markalı avtomobili almışdır. “Nissan X Trail” markalı avtomobil alındığı gündən cavabdeh öz oğlunun adına etibarnamə vermişdir. Birgə nikah dövründə o, avtomobil həvəskarı olduğundan dəfələrlə özünə məxsus olan avtomobillərin birini digəri ilə əvəz etmişdir. İddiaçının iddia tələbinə münasibətdə cavabdeh qeyd etmişdir ki, o, özünə məxsus olan avtomobillərin alğı-satqısı zamanı heç vaxt bunu iddiaçı ilə razılaşdırmamış və mübahisələndirilən avtomobillərin alğı-satqısı da tərəflər arasında münasibətlərin normal olduğu dövrdə həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkəti barədə Baş Dövlət Yol Polis tərəfindən verilmiş kompüter çıxarışından görünür ki, Cavabdeh1 adında həmin nikahdan əvvəlki dövr üçün, həm də nikah dövrünü əhatə edən kifayət qədər avtomobillər mövcud olmuş və onlar satılaraq digər şəxslərin xeyrinə özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə yekun nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis X1rşı “Nissan X Trail” markalı, **-DV-*** nömrə nişanlı, “Nissan Armada” markalı, **-XD-*** nömrə nişanlı avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərə İddiaçı ilə Cavabdeh1 ½ hissədə paylarının müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar