Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2219/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 işirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən əsassız hesablanmış 1017 manat əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanı üzrə **********00080 saylı abonent kodu ilə qeydiyyata alınmış, iddiaçının ünvanına quraşdırılmış qaz sayğacı sonuncu dəfə 14.01.2020-ci il tarixdə yenisi ilə əvəz edilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, yuxarıda qeyd edilən ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. 14 yanvar 2020-ci il tarixdə cavabdehin işçiləri yaşadığı evə gələrək sayğaca baxış keçirmişlər və blombun müddətinin keçməsini müəyyən etmişlər. Plombun müddətinin keçməsində onun hər hansı günahı və təqsiri yoxdur. Sayğac aylarla yağışın, qarın təsiri altında olur. 10 il müddətdir ki, sayğac həmin yerdə yerləşir. Ona əsassız olaraq 1017 manat cərimə yazılmışdır. Qaz idarəsinin işçiləri tərəfindən sayağaca müşahidə keçirilərkən onun hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki, onun ümumiyyətlə həmin borcun olunmasından xəbəri olmamışdır. Sonradan qaz üçün ödəniş edən zaman ona məlum olmuşdur ki, qazdan istifadəyə görə borcu yaranmışdır. O, bu məsləni araşdırdıqda ona məlum olmuşdur ki, qanunsuz olaraq 1017 manat əsassız borc yazılmışdır. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, qeyd edilən borc məbləği 2021-ci ilin mart ayına qədər olan borcdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc 2013-cü ilədək hesablanmış borcdur. İş materiallarına əlavə edilmiş abonent saldosunun “Sərfin məbləği” qrafasında iddiaçının 2021-ci ilədək - 2011-ci il üzrə 1059 manat, 2012-ci il üzrə 976,40 manat, habelə, “Qalıq və aktlar” bölməsində 2012-ci ilin aprel ayı üzrə 187,20 manat borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası MM-nin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə sasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik öhdəliyin icrası üçün konkret müddətlər müəyyən etmişdir. Qanunun mənasına görə, bu müddətlər keçdikdən sonra tərəf öhdəliyini icra etməsə belə, kreditor tələb hüququnu itirmiş olur və borclunun kreditoru qarşısında hər hansı öhdəliyi qalmır. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan tələb etdiyi borc vaxtaşırı ödənişlər hesab edildiyindən və borcun yaranmasından 5 ildən artıq vaxt keçdiyindən, bununla da iddiaçının həmin borcu ödəməsinə dair öhdəliyinə xitam verildiyindən cavabdeh itirilmiş qaz sərfiyyatının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı qanunla dövlət rüsmunun ödənilməsindən azad edildiyindən dövlət rüsumu cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 1017 manat olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 30,17 manat təşkil edir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,17 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən iddiaçı ünvan 1 ünvanı üzrə təbii qazın itkisinə görə İddiaçı (abonent kodu: **********00080) hesablanmış 1017 manat məbləğində borc silinsin. 30,17 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2219/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2219/2022
21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver