Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-222/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı Hacıəl oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) hesablanmış 1180,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Abonent saldosunda abonent kodu **********00000 üzrə 4 gözlü qaz plitəsi, kərpic plitə və 1 ədəd dəmir peç qeyd olunub. Əslində isə ona məxsus ünvanda 1 ədəd dörd göz plitə və 1 ədəd kombi vasitəsilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərinin vaxtı-vaxtında ödəyir. 2020-ci ilin may ayında təbii qazla bağlı ona verilmiş smart kartda pul vəsaitinin olubolmamasını öyrənərkən, cərimə yazılmasını müəyyən etmiş, bununla bağlı "Cavabdeh" İB-nə getdikdə məlum olmuşdur ki, guya ki Cavabdeh əməkdaşları xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə evdə təbii qazdan istifadə ilə bağlı yoxlama aparmış və qeyri-qanuni qazdan istifadə etməsi aşkar edib, əlavə borc hesablamışlar. Təqdim edilən sənədlərdən görünür ki, eyni çəkilmiş fotoşəkillər tərtib edilmiş aktlara əlavə edilib. Yekunda isə 2020-ci ilin mart ayında 885.60 manat, aprel ayında isə 295,20 manat əlavə sərfıyyat hesablanmışdır. Mülkiyyətçisi olduğu fərdi yaşayış evinə quraşdırlmış qaz sayğacı həyət evinə girişin çöl tərəfində quraşdırılmışdır ki, həmin sayğaca müdaxilə etməsi qeyri- mümkündür. Ən azından ona görə ki, ağlı başında ola-ola küçə tərəfdən əlavə şlanq və ya digər vasitələrlə qaz xətti çəkə bilməz. Çünki, Cavabdeh əməkdaşları demək olar ki, ayın əksər günləri küçələri gəzib sayğaclara baxış keçirirlər. Məhkəmə iclasında İddiaçı Hacıəl oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 saylı fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh xx.xx.2020-ci il və və xx.xx.2020-ci il tarixli qərarlarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 8856 və 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 1180,80 manat təşkil edir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 saylı fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulmanın olmasının, olduğu təqdirdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, 273 saylı ekspert rəyi ilə ekspertin və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 saylı fərdi yaşayış evinə dair Cavabdehnə məxsus təbii qaz xəttinə qeyri-qanuni qoşulma faktının aşkar edilmədiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) yeni qaz sayğacının quraşdırılması və dəyişdirilməsi, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti və sayğacın dəyərini tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulmanın aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixli, 27 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 300 manat təşkil etməklə X2” MMCnin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumututulub dövlət büdcəsinə keçirilməli, ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehdən tutulub X2” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sarabski küçəsi, 2 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) hesablanmış qaz sərfiyyatına görə 1180,80 (bur min bir yüz səksən manat 80 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Cavabdehndən ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat tutularaq “X2” MMCnin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-222/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-222/2021
09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver