Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2240/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, 01.04.1980-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X8 01.04.1980-ci ildə anadan olub. O, azərbaycanlıdır. 1991-ci ildən X6 Xəstəxanasında qeydiyyata alınıb. 1995-ci ildən isə 26 saylı Bakı Şəhər Poliklinikasında ruhi-əsəb xəstəlikləri kabinetində “şızofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır və İİ qrup əlildir. Uşaqlıqdan 14.09.2019-cu ilə qədər atası X2 himayəsində olub. Atası rəhmətə gedən gündən bu günə kimi ərizəçi ilə birlikdə yaşayırlar. Xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamır, ətrafda baş verən hadisələrə düzgün qiymət verə bilmir. Ərizəçinin məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İV-ЖГ seriyalı, 440636 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X1r. - İV-ЖГ seriyalı, 285177 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 01.04.1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X1r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi 26 saylı Şəhər Poliklinikasının 18 nömrəli, 12.01.2021-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 1 –də qeydiyyatda olan və yaşayan 01.04.1980-ci il təvəllüdlü X8 1995-ci il tarixdən “Şizofreniya paranoid forma” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır və İİ qrup əlillidr. - İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə verilmiş 26.04.2021-ci il tarixli 900 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən 01.04.1980-ci il təvəllüdlü X8 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəliyi qeyd olunur. 01.04.1980-ci il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X8 ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamə 01.04.1980-ci il təvəllüdlü X3 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01.04.1980-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə 01.04.1980-ci il təvəllüdlü X8 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2240/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2240/2021
02.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver