Məhkəmə qərarları › İş №2(011)-2259/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2259/2024

07.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2259/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri, M.Xiyabani küçəsi, "xxxx" MTK 33 saylı mənzil üzrə təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işə məhkəmədə baxılarkən onun iştirakı olmadan məhkəmə iclaslarının keşirilməsi barədə iddiaçının adından məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə daxil olmuş (ərizə xx.xx.2024-cü il tarixdə imzalanmışdır), ərizədə Rusiya Federasiyasında olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyindən onun (iddiaçının) iştirakı olmadan işə mahiyyəti üzrə baxılması və iddianın təmin olunması xahiş edilmişdir. Lakin “Elektron Məhkəmə” İnformasiya Sistemindən iddiaçının sərhəd keçmə məlumatları əsasında müəyyən edilmişdir ki, əslində iddiaçı sonuncu dəfə Azərbaycan Respublikasından xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, həmin tarixdən sonra isə Azərbaycan Respublikasına qayıtmamışdır. Bu halda, ölkə ərazisini tərk etdikdən bir ay sonra (bu müddət ərzində iddiaçı ölkə ərazisinə qayıtmamışdır) işə onun iştirakı olmadan baxılması barədə Aərbaycan Respublikasında fəaliyyət göstərən poçta təqdim edilməklə iddiaçı tərəfindən, həm də onun tərəfindən imzalanmaqla xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərməsi qeyri-mümkündür. Şərh edilənlər isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizənin iddiaçı tərəfindən imzalanması barədə əsaslı şübhələr yaradır. Eyni zamanda, cavabdehə də məhkəmə iclaslarının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada (məhkəmə bildirişi cavabdehə sms vasitəsilə göndərilməklə, həm də elektron kabinetində bildiriş yerləşdirilməklə) məlumatlandırılsa da, nümayəndəsinin iştiarkını təmin etməmişdir. Beləliklə, şərh edilən əslara görə məhkəmə belə qənaətə gəlir ki, məhkəmə iclasının vaxtı və qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar