Məhkəmə qərarları › İş №2(011)-23/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-23/2021

08.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-23/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X15 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, 18 saylı Notariat Kontoruna qarşı “etibarnamənin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2018-ci il tarixdə X10 tərəfindən Cavabdeh1 verilmiş və reyestrdə 7E-6560 nömrəsi ilə qeydə alınan ƏN-1№ 626626 saylı etibarnamənin və onun əsasında aparılmış bütün hərəkətlərin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı P.Razikovnanın nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı uzun müddətdir ki, Azərbaycanda yaşamır, Azərbaycanda olduğu müddətdə isə anasına baxır, ona qulluq edirdi, o, xaricdə olanda anası xəstələnmiş, Yelena bu ərəfələrdə bacısı Cavabdeh1 xahiş etmişdir ki, anasına baxsın, çünki o, ölkəyə vaxtaşırı gələ bilmir, bacısı da buna razı olmuşdur, lakin 2018-ci ildə qonşu iddiaçıya zəng etmişdir ki, anası çöldə təkbaşına gəzir, bacısı Tatyana da tapılmır, iddiaçı bu hadisədən sonra ölkə ərazisinə gəlir, bu zaman anası danışmırdı, çünki onun emosional vəziyyəti stabil deyildi, iddiaçı evə girmək istəyəndə isə açarın qapını açmadığını görür, daha sonra qapını açdırmış, anasını həkimə aparmış və öyrənmişdir ki, beynində şiş var, bu səbəbdən anasını müalicə elətdirməyə başlamışdır, əməliyyat olunmuş, 19.11.2018-ci il tarixində xəstəxanadan çıxmışdır, xəstəxananın verdiyi sənədlərdən də görünür ki, əməliyyat fəsadsızdır, uğurlu keçmişdir, lakin xəstə köməklə gəzir, yaranmış problemlərə görə polklinikaya müraciət etmişlər, çünki xanımda psixoloji pozuntu birüzə verirdi, onları göndərişlə 2 saylı dispansera göndərmişlər, xanıma demensiya diaqnozu qoyulmuşdur, uzun müddətdir ki, bu xəstəlikdən müalicə alır, xəstəliyi 2018-ci ilin yanvar ayından başlayıb, 2018-ci ilin əvvəlindən onda yaddaş pozuntusu vardır, bununla bağl sənədlər də iş materiallarına əlavə olunnmuşdur, hətta tibbi rəydən də görünür ki, hətta 7 il əvvəldən xanımın başında olan şişdən onda psixi pozuntu yaranmışdır, demensiya müxtəlif səbəblərdən yaranır, zədədən və ya stresdən də yarana bilər, cavabdeh onun bu halından istifadə edib, alqı-satqı barədə müqavilə bağlayır, bu səbəbdən Tatyana Yelenaya 2019-cu ildə mesaj yazmışdır ki, niyə onu məhkəməyə vermişdir, etibarnamə doğrudur, hər hansı qanunsuzluq yoxdur, bundan sonra onlar polisə sorğu vermiş, polisdən onlara bildirmişlər ki, Tatyana ilə anasının arasında münaqişə olmuşdur, Tatyana bu zaman anasına fiziki xəsarət yetirib, nəticədə anası polisə müraciət edib və Tatyana inzibati məsuliyyətə cəlb olunmuşdur, cərimə olunduqdan sonra anası ərizəsini geri götürüb, ana öz ərizəsində qeyd edib ki, qızım məni öldürməklə hədələyir, bunları nəzərə alsaq, xanımın qızına etibarnamə verməsi mümkün deyil, həmçinin cavabdehlər Venera xanımın özündə olduğunu qeyd edirlər, lakin o, etibarnamə vermək üçün notariat orqanına getməyib, etibarnaməni evdə vermişdir, bu da göstərir ki, o özündə olmamışdır. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, deyilənlər həqiqəti əks etdirmir, İddiaçı anası V.Sadiqova və bacısı Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsində yerləşən 82 saylı evin, 26 saylı mənzilində yaşamışdırlar, 29 mart 2018-ci ildə iddiaçının anası V.Sadıqova qızına cavabdeh Tatyanaya mənzil üzərində sərəncam vermək barədə etibarnamə vermişdir, 5 gün sonra isə iddiaçı Leninqrad vilayətindən bacısına ərizə vermişdir ki, mənzilin satılmasına razılıq verir, həmin etibarnamə də iş materiallarına əlavə edilmişdir, mənzili o özü almışdır, mənzilin alınması da həmin etibarnamə alınandan 2 ay sonraya, yəni may ayına təsadüf edir, mənzilin 40.000 manata alqı-satqısı barədə Cavabdeh1 ilə razılaşmışlar, 18 saylı otariat ofisində aralarında 26 may 2018-ci ildə 15.000 manat verilməsi ilə bağlı beh müqaviləsi bağlanmış, 30 may 2018-ci ildə isə 25000 manat ödəməklə alqı satqı müqaviləsini rəsmiləşdirmişlər, alqı-satqıdan sonra Tatyana ona bildirmişdir ki, mənzildən çıxacaq, evi də boşaldacaqdır, sonra ondan vaxt istəmişdir ki, mənzildən çıxa bilmir, çünki anası hələ razı deyildir, daha sonra Tatyana ona demişdir ki, çıxarışı gətirsin, evi 47.000 manata başqasına satmaq istəyir, Cavabdeh3 adlı onun tanımadığı yeni alıcı tapmışdır, cavabdehlər Tatyana və Səadət evin satılması barədə razılaşmışdır, 29 avqust 2018-ci il tarixdə 2 saylı “Asan Xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 42000 manatı onun bank hesabına ödəmişdir, qalan 5500 manatı qəbz yazaraq alan Cavabdeh1 daha sonra mənzili boşaldaraq Cavabdeh3 təhvil vermişdir, lakin qeydiyyatdan çıxmamışlar, mənzildən özləri qeydiyatdan çıxmadığından mənzilin mülkiyyətçisi Cavabdeh3 məhkəməyə müraciət etmişdir, məhkəmə qətnaməsi ilə tələbi təmin edilmiş, V.Sadiqova, Cavabdeh1 və özü həmin mənzilə istifadə hüquqları itirilmişdir, həmçinin etibarnaməni verən V.Sadıqovada həmin dövrdə psixi pozuntular olmamışdır, iş materiallarında olan qonşular tərəfindən imzalanan aktdan da görünür ki, o, 1984-2018-ci ilin sentyabr-oktyabr aylarınadək ünvan 3andarov küçəsi ev 82, 26 saylı mənzildə qonşuluqda yaşamışdır, bina sakinləri rəftarında və davranışında hər hansı psixi pozuntunun olmasını hiss etməmişlər, hətta qonşuluqda yaşadığı müddətdə bina sakinlərinə əvvəllər həkim işləmiş şəxs kimi tibbi xidmətlər də göstərmişdir. Cavabdeh2 həmçinin bildirdi ki, iş materiallarında olan rəylərə əsasən də, etibarnaməni vermiş V.Sadiqovada psixi pozuntular 07.11.2018-ci il tarixdə keçirdiyi əməliyyatdan sonra başlamışdır, yəni o, etibarnamə verərkən, yəni mart ayında, həmçinin mənzilin alqı-satqısı həyata keçirilərkən fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Sonda Cavabdeh2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, anası ona 29.03.2018-ci il tarixdə harada yerləşməsindən asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakını idarə etməyi, satmaq, bağışlamaq və s hərəkətləri etməklə bağlı etibarnamə vermişdir, o həmin etibarnamə ilə evi 90 gün müddətinə Cavabdeh2 girov qoyaraq faizə pul götürmüşdür, bu pulu faizlə almaq üçün Cavabdeh2la alqı-satqı müqaviləsi bağlamalı olmuşdur, çünki müqavilə olmadan ona pul verməkdən imtina etmişdir, onun əlində 25.000 manat var idi, bu pulu ona verməsi üçün mənzilin girov müqaviləsi bağlamış, bütün xərcləri çəkdikdən sonra kontorda Cavabdeh2 ona 25000 manat pul vermişdir, həmin puldan sığorta və alqı-satqı pulları çıxmış, onun adına Kapital banka 25000 manat pul köçürmüşdür, bu qəbzi özündə saxlamışdır, sonrakı gün banka gedərək girov qoyulan mənzilin pulun almaq istəmiş, bu zaman Cavabdeh2 da banka gələrək ona demişdir ki, pulları onun özünün hesabına qoymaq lazımdır, onun yanında kassadan 25.000 manat pul götürərək cibinə qoymuş və qəbzi özündə saxlamışdır, sonrakı gün banka gəlmiş və pulları Cavabdeh2la birlikdə götürmüşlər, bundan sonra əlavə iltizam yazmaq üçün onun ofisinə getmişlər, onun ofisinə getməyə məcbur idi ki, heç olmasa girov qoyduğu mənzilin pulunun bir hissəsini alsın, müqaviləyə imza atandan sonra 19500 pul almışdır, 90 gündən sonra Cavabdeh2 təkrar alqı-satqı üçün adamlar tapmışdır, o mənzili baha qiymətə sataraq ,əlavə qalmış pulu götürmüşdür, Cavabdeh3 evi satanda 4000 manat pul vermişdir, alqı-satqıdan sonra evi ona özü vermiş, könüllü olaraq boşaltmışdır, Cavabdeh3 ona demişdir ki, evi boşaltsın, o da boşaltmışdır, anasının bu dövrdə psixi xəstəliyi olmamışdır, qonşuluqda olduğu müddətdə hətta onlara-bina sakinlərinə tibbi xidmətlər də göstərmişdir. Sonda Cavabdeh1 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli mənzili o, 29 avqust 2018-ci il tarixində 2 saylı Bakı Asan Xidmət mərkəzindəki notariat kontorunda Cavabdeh2la onun arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında 47.500 manata almışdır, daha sonra isə rəsmiləşdirilməsi zamanı mənzildə qeydiyyatda olan şəxslər kimi Cavabdeh1 öz adından, həmçinin etibarnamə əsasında anası V.Sadiqovanın adından mənzilin satılmasına dair razılıq ərizəsi imzalamışdır, mənzilə baxmaq üçün getdikdə iddiaçıın anasının özü onu mənzildə mehribançılıqla qarşılamışdır, qızı Tanyanın iştirakı ilə onlara mənzili göstərmiş, bildirmişdir ki, 9-cu mərəbə olduğundan mənzilə çıxıb düşə bilmir, onu iddaçının anasının hər hansı psixi pozuntusu yox idi, o hətta onunla rahatca danışmışdır, daha sonra mənzili aldıqdan sonra mənzildən özləri qeydiyatdan çıxmadığından məhkəməyə müraciət etmişdir, məhkəmə qətnaməsi ilə tələbi təmin edilmiş, V.Sadiqova, Cavabdeh1 və S.İkramovun həmin mənzilə istifadə hüquqları itirilmişdir, evi 2018-ci ilin avqust ayında almışdır, noyabr ayında isə həmin mənzilə köçmüşdür. Sonda Cavabdeh3 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 18 saylı Notariat kontoru və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 29.03.2018-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 harada yerləşməsindən asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, özəlləşdirmək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, girov qoymaq, özəlləşdirmək və s.hərəkətləri etməyi Cavabdeh1 Razikovaya etibar etməsi ilə bağlı 29.03.2019-cu il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan 30.05.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 notariat haqqı olaraq 230 azn ödəniş etmişdir. İş materiallarında olan X11 və Cavabdeh2 arasında bağlanmış 30.05.2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən mənzili alıcının mülkiyyətinə verir. X6 əvəzinə 29.03.2018-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 imza etmişdir İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı çıxarışın təsdiq olunmuş surətinə əsasən ünvan 3andarov küçəsi, ev 82, mənzil 26 tam paylı mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2864 nömrəli reyestr kitabının 267159 nömrəli vərəqində 16.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bak Ərazi İdarəsi tərəfindən Vəkil ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 3andarov küçəsi ev 82, 26 saylı mənzil 18.01.1994-cü il tarixdə ilkin olaraq X6 adına qeydiyyatdan keçmişdir, 18 saylı DNK-nın 4Ə-134 saylı reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən, ünvan X12 adına özgəninkiləşdirilmiş, 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X17 ğlu tərəfindən təsdiq edilən 4Ə-1724 reyestr nömrəli 29.08.2018-ci il taricli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvan Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Cavabdeh2 və X11 arasında bağlanmış 26.05.2018-ci il tarixli beh müqaviləsinə əsasən, alıcı ünvan 3andarov küçəsi ev 82, 26 saylı mənzilə görə15000 manat məbləğində pulu satıcıya vermişdir, X6 əvəzinə 29.03.2018-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 imza etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 16 saylı Vəkil Bürosunun vəkili T.S.Qurbanova ünvanlamış 30.10.2019-ci il tarixli 931 nömrəli məktubdan görünür ki, həmin etibarnamə rəsmiləşdirilən zaman X6 şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanılmış və əqdin gələcəkdə baş verə biləcək hüquq nəticələri notarius tərəfindən ona izah edilmişdir, etibarnamənin mənasını tam başa düşdüyünü, özünün məqsədlərinə və iradəsinə uyğun olduğunu bildirən X11 etibarnamədə öz xətti ilə bu barədə ayrıca qeyd də etibarnamədə öz xətti ilə bu barədə ayrıca qeyd də yazaraq etibarnaməni imzalamışdır, X8 hər hansı psixi pozuntunun olmadığından notarius tərəfindən əqd təsdiqlənmişdir. İş materiallarında olan Xətai rayon MKTB-nin 96 saylı mənzil-kommunal sahəsi tərəfidnən verilmiş 26.10.2019-cu il tarixli arayışa əsasən, X11 1984-cü ilin may ayından 2018-ci ilin sentyabr ayına qədər ünvan 3andarov küçəsi ev 82, 26 saylı mənzildə yaşamış və 2018-ci ilin aprel-may ayları da daxil olmaqla mənzilin kommunal xərcləri daim X6 özü tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(011)-1715/2019 saylı qətnaməsi ilə cavabdehlər X2, X6 və X13 iddiaçı Cavabdeh3 ünvan 3andarov küçəsi ev 82, 26 saylı mənzildən istifadə hüquqları itirilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat ofisində 06.04.2018-ci il tarixdə 7E-4972 reyestr nömrəsi ilə təsdiq olunmuş Rusiya Federasiyası, Leninqrad vilayəti, Vsevolojski notarial dairəsinin notariusu tərəfidnən təsdiq edilmiş ** BA ***0406 saylı Razılı ərizəsinə əsasən, İddiaçı anası X9 məxsus ünvan 3andarov küçəsi ev 82, 26 saylı mənzil ünvanında yerləşən mənzilin özəlləşdirilməsinə öz razılığını vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərarına əsasında qüvvədə qalan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-580/2020 saylı 22.10.2020-ci il tarixli Qətnaməsi ilə işin müəyyən olunmuş hallarında görünür ki, məhkəmə-psixiatriya ekspertizasının 792 saylı 11.05.2019-cu il tarixli rəyində, X4 baş beynin şiş xəstəliyi nəticəsində demensiya (ağıl zəifliyi) qeyd olunur. Bunu anamnestik məlumatlar - son iki lidə kobud yaddaş pozuntularının qeyd olunması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə çətin daxil olması, sualların mövzusundan yayınması, təfəkkürünün azproduktivliyi, əhvali-ruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektinin kobud pozulması, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Tibbi sənədlərə əsasən V.A.Sadıqovada psixi və davranış pozuntuları 2018-ci ilin əvvəllərindən başlamışdır. Hal-hazırda X1 qeyd olunan demensiya (ağıl zəifliyi) nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə-psixiatriya ekspertizasının 2680 saylı, 25 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, X7 2018-ci ilin yanvarında nevroloji əlamətlər və bəzi nevrotik səviyyəli pozuntular meydana çıxmışdır. 07.11.2018-ci il tarixdə beyin şişi ilə əlaqədar Neyrocərrahlıq Mərkəzində cərrahiyyə əməliyyatı olunmuşdur. Neyrocərrahiyyə Xəstəxanasında olduğu dövrdə V.A.Sadıqovanın psixi vəziyyəti təsvir olunmamışdır. 14.03.2019-cu il tarixdə 7 saylı Şəhər Poliklinikası tərəfindən psixiatrın konsultasiyasına göndərilmişdir. 19.03.2019-cu il tarixdə X10 2 saylı X3 həkim-psixiatr komissiyasına təqdim olunmuş və “Baş beynin üzvi xəstəliyi (şiş mənşəli) nəticəsində yaranan psixi pozuntular və ağır ağıl zəifliyi (demensiya)” diaqnozu təyin olunmuşdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11.05.2019-cu il tarixli 792 saylı rəyində X7 “Baş beynin şiş xəstəliyi nəticəsində demensiya ağıl zəifliyi” diaqnozu təyin olunmuşdur. Beləliklə tibbi sənədlərdən (toplanmış anamnestik məlumatlardan) göründüyü kimi şiş xəstəliyinin ilk klinik təzahürləri 2018-ci ilin yanvarına təsadüf etsə də, həmin dövrdə onda hər hansı ciddi psixi pozuntu əlamətləri qeyd olunmamışdır. V.A.Sadıqovada psixi fuznksiyalarının pozulmaları 07.11.2018-ci ildə keçirdiyi "Kraniotömiya və şişin xaric edilməsi” cərrahi əməliyyatından sonra başlamışdır. 19.03.2019-cu il tarixdə 2 saylı KPX-nin həkim-psixiatr komissiyası tərəfindən “Ağır ağıl zəifliyi demensiya” diaqnozu müəyyən edilmişdir. Bu səbəbdən məhz 19.03.2019-cu il tarixdən X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. 29 mart 2018-ci il tarixdə X5 psixi vəziyyətində hər hansı pozuntunun olması barədə tibbi sənədlərdə heç bir məlumat yoxdur. V.A.Sadıqovanın psixi vəziyyətində kobud dəyişikliklərin cərrahiyyə əməliyyatından sonrakı dövrdə başlaması belə nəticəyə gəlməyə əsas verir ki, o, 29 mart 2018-ci il tarixdə Cavabdeh1 etibarnamə verdiyi anda öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olmuşdur. Həmin qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəməpsixiatriya ekspertizasının 2465 saylı, 16 sentyabr 2020-ci il rəyindən görünür ki, Ekspertpsixiatr keçirilən ilkin və əlavə ambulator məhkəmə-psixiatrik ekspertizaları təqdim edilmiş tibbi sənədlərin tədqiqatından başlayır və sonra canlı şəxslə apardığı sorğu-sual (müsahibə) gedişatında yoxlanılan şəxsin psixi sferalarında təzahür edən hər-hansı bir psixi pozuntunun aşkar edilib-edilməməsindən asılı olaraq ekspert qarşısında qoyulan sualları cavablandırır. (Kliniki psixopatoloji metod), göstərildiyi kimi ekspert təqdim edilmiş tibbi sənədlərin tədqiqatını başa çatdırdıqdan sonra və təqdim edilmiş şəxsin hazırki psixi vəziyyətini nəzərə alaraq V.Sadıqovada olan psixi funksiyaların pozulmalarının məhz 07.11.2018-ci ildə keçirdiyi cərrahi əməliyyatdan sonra başlaması qənaitinə gəlmişdir. (Kliniki psixopatoloji metod). Ekspert-psixiatr tərəfindən tərtib edilmiş rəydə göstərilir ki, X7 2018-ci ilin yanvarında nevroloji əlamətlər və bəzi nevrotik səviyyəli pozuntular meydana çıxmış, vəziyyəti ilə əlaqədar 07.11.2018-ci il tarixdə beyin şişi ilə əlaqədar Neyrocərrahlıq Mərkəzində əməliyyat olunmuş, lakin Neyrocərrahiyyə Xəstəxanasında olduğu dövrdə V.A.Sadıqovanın psixi vəziyyəti təsvir olunmamışdır. Neyrocərrahlıq Xəstəxanasının xəstənin stasionar tibbi kartından çıxarışda qeyd edilən «nitqin və davranışın pozulmaları səbəbindən xəstə ilə bir başa nitq kontaktı çətinləşib, onda ciddi yaddaş pozuntuları var» kimi qeydlərin aparılmasına səbəb şəxsdə psixi pozuntuların olması ola bilərmi sualına cavab olaraq göstərmək olar ki, V.A.Sadıqovanın psixi vəziyyətində 2018-ci ilin yanvarından başlayaraq biruzə verən nevroloji və psixi pozuntular tədricən artaraq 07.11.2018-ci il tarixdə Neyrocərrahlıq Xəstəxanasında olduğu zaman onda nitq və davranış pozuntularının təzahür etməsi ilə əlaqədar onunla birbaşa nitq kontaktının çətinləşməsi və yaddaş pozuntularının aşkar edilməsi istisna edilmir. Tibbi sənədlərdən görünür ki, 19.03.2019-cu il tarixdə X10 2 saylı X3 həkim-psixiatr komissiyasına təqdim olunmuş və onda 'Baş beynin üzvi xəstəliyi (şiş mənşəli) nəticəsində yaranan psixi pozuntular və ağır (demensiya)” diaqnozu təyin olunmuşdur. Tibbi sənədlərin tədqiqi və təhlili nəticəsində qoyulan suala cavab olaraq göstərmək olar ki, 19.03.2019-cu il tarixdə Sadıqova Venera Abdrəhmanovna aşkar edilən “denmensiya (ağıl zəifliyi)” onda Neyrocərrahlıq Xəstəxanasında cərrahi əməliyyatdan bilavasitə əvvəl müəyyən edilmiş psixi pozuntular (Neyrocərrahlıq Xəstəxanasının stasionar tibbi kartından çıxarışına görə qeyd edilən nitq və davranış pozuntularının təzahür etməsi ilə əlaqədar onunla birbaşa nitq kontaktının çətinləşməsi və yaddaş pozuntularının aşkar edilməsi) cərrahi əməliyyatdan sonra daha da artması səbəbindən meydana gəlmişdir. Beləliklə qeyd edilməlidir ki, Sadıqova Venera Abdrəhmanovnada müəyyən edilən “demensiya” 29.03.2018-ci il tarixdə və ondan əvvəl meydana gəlməmişdir. Tibbi ədəbiyyata görə son diaqnoz kimi demensiyanın müəyyən edilməsi üçün müxtəlif müddətlər ərzində (bir neçə aydan bir neçə ilə kimi-beyin damarlarının aterosklerozu, beyin şişləri, beyin sifilisi, Parkinson xəstəliyi, Hentinqton xoreyası və s.) psixi pozuntu əlamətlərinin tədricən artması nəticəsində meydana gəlməsi və həmçinin qısa müddət ərzində (beyin insultu, beyin damarının trombozu, cərrahi əməliyyatdan sonra) demensiyanın meydana gəlməsi göstərilir. Həmin Qətnamədən görünür ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, X7 müəyyən edilən “demensiya” 29.03.2018-ci il tarixdə və ondan əvvəl meydana gəlməməsi, yəni 29 mart 2018-ci il tarixdə Cavabdeh1 etibarnamə verdiyi anda öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olması müəyyən olunsa da, qeyd edilən ekspertiza rəyləri ilə həmçinin X5 19.03.2019-cu il tarixdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması da müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2019cu il tarixli 2(011)-3699/2019 saylı qətnaməsi ləğv olunmuş, 16 may 1940-cı ildə Rusiya Federasiyası, Tatarıstan Respublikasında anadan olmuş X10 fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti tərəfindən verilmiş Sərəncamdan çıxarışa əsasən, X14 anası V.Sadiqovanın üzərində qəyyum təyin edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 29.03.2018-ci il tarixində V.Sadiqova qızı Cavabdeh1 daşınmaz əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir, qüvvədə olan məhkəmə Qərarına əsasən, X10 fəaliyyət qabiliyyətli olmayan hesab edilmişdir, həmin Qərarla işin müəyyən olunmuş hallarına əsasən, o, 29 mart 2018-ci il tarixdə, yəni Cavabdeh1 etibarnamə verdiyi anda öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olmuşdur, V.Sadiqovada psixi funksiyaların pozulmaları 07.11.2018ci ildə keçirdiyi cərrahi əməliyyatdan sonra başlamışdır, 19.03.2019-cu il tarixdə ona “baş beynin üzvi xəstəliyi nəticəsində yaranan psixi pozuntular və ağır ağıl zəifliyi (demensiya) diaqnozu qoyulmuşdur, o, həmin tarixdən fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməli olması müəyyən edilmişdir, Xətai rayon İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamdan çıxarışa əsasən, hazırki iş üzrə İddiaçı V.Sadiqovanın üzərində qəyyum təyin edilmişdir, mübahisəli ünvan 3andarov küçəsi ev 82, mənzil 26 ünvanında yerləşən mənzil 30.05.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh2 satılmışdır, daha sonra həmin mənzil 29.08.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən digər Cavabdeh3 satılmışdır, Cavabdeh3 hazırda həmin mənzildə yaşayır. Bununla belə, V.Sadiqovanın mübahisələndirilən etibarnaməni verməyə məcburetmə halları, yaxud etibarnamənin etibarsız sayılmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, V.Sadiqova Cavabdeh1 etibarnamə verdiyi anda, yəni 29.03.2018-ci il tarixində öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olmuşdur ki, bu da əqdin həmin əsasla məhkəmə tərəfindən etibarsız hesab olunmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsassızdır və buna görə də iddianın təmin olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinəsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 342.1-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət, həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, 18 saylı Notariat Kontoruna qarşı “etibarnamənin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, 18 saylı Notariat Kontoruna qarşı “etibarnamənin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar