Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2301/2021 23.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi və vəkili X15 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.m fərdi yaşayış evinin X16 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 4-Ə/947 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin fərdi yaşayış evinin 1/2 hissəsinə münasibətdə etibarsız hesab edilməsi, həmin hissədə bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1967-ci ildə X12 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan xx.xx.1968-ci ildə X6, xx.xx.1970-ci ildə isə X7 doğulmuşdur. Həmin dövrdə əri və uşaqları ilə birlikdə Xətai rayonu Boru keçiddəki 6 saylı özbaşına tikintidə yaşamışdır. X21 boşandıqdan sonra yenə həmin ünvanda oğlanları ilə yaşamağa davam etmişdir. xx.xx.1974-ci il tarixdə X11 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Şəfahət Xəlilovun yaşamağa yeri olmadığından oğlanlarına məxsus atalarından qalma evdə onlarla bərabər yaşamışdır. Oğlu Rizvan və qardaşı oğlu Məzahir sahəsi kifayət qədər böyük olan torpaq sahəsini zəbt etmişlər. 1993-cü ildə oğlanları həmin torpaq sahəsində 2 mərtəbəli ev tikdilər. 1997-ci ildə yeni tikilmiş evə köçmüşlər. Oğlanları keçmiş əri X2 qalan evi sataraq X13 maşın almışlar. xx.xx.1979-cu ii tarixdə bu nikahdan Cavabdeh1 doğulmuşdur. Ondan və oğlanlarından xəbərsiz həmin özbaşına tikintinin əri Şəfahət Xəlilovun adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında 1997-ci ildə əri tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin Başçısına müraciət olunmuş, Xətai rayonu Boru keçiddəki 6 saylı özbaşına tikintinin əri Şəfahət Xəlilovun adına hüquqi qeydiyyatdan keçirilməsi barədə xx.xx.1997-ci il tarixli 1007 saylı sərəncam verilmişdir. Həmin sərəncamdan sonra xx.xx.1998-ci il tarixdə Bakı şəhəri icra hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 123935 saylı qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2018-ci il tarixdə həmin qeydiyyat vəsiqəsinin əsasında X25 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* saylı çıxarış verilmişdir. Əri Şəfahətlə birgə mülkiyyətində olan çıxarışlı ev hal-hazırda iki mərtəbədən ibarət olmaqla, uzun illərdir istifadələrində olan eni 25-30 metr uzunluğu 50 metr olan təqribən 1700 kv.m torpaq sahəsinin üzərində yerləşir. Həmin torpaq sahəsinin 100 kv.m hissəsində uzun illər oğlu Rövşənin şəxsi vəsaiti ilə tikdiyi mebel sexi olmuşdur. Sonradan ailəliklə gəldiyi ümumi razılığa əsasən həmin mebel sexini sökərək yerində qızı Səidəyə iki mərtəbəli ev tikmişlər. Hazırda yaşayış sahəsi 91 kv.m, köməkçi sahəsi 129,9 kv.m olan Xətai rayonu S.Əhmədov küçəsi 6 saylı evdə birinci mərtəbədə iki otaqda əri Şəfahət Xəlilov yaşayır. Birinci mərtəbədə digər iki otaqda nəvəsi xx.xx.1992-ci il təvəllüdlü X17 öz ailəsiylə yaşayır. Rəşad Cavadzadə həmin evdə qeydiyyatdadır. O isə oğlu Rövşən və ailəsi ilə birlikdə ikinci mərtəbədə yaşayırlar. xx.xx.1993-cü tarixdə diserebral sindrom tez-tez təkrarlanan krizlərlə, görmə sinirinin abiotrofiyası diaqnozu ilə əmək qabiliyyətsiz hesab olunduğundan, 040131 saylı iş üzrə (DSMF) 2-ci qrup əlilliyə görə 233.20 manat ömürlük pensiya alır. Nizami rayonu 11 №-li Birləşmiş Şəhər Xəstəxanasından alınmış məlumatda təsdiq olunur ki, xx.xx.2009-cu il tarixdən Nizami rayonu 11 №-li Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində “Şəkərli diabet tip 2, insulin tələbli” diaqnozu ilə endokrinoloji kabinetdə dispanser qeydiyyatdadır, mütəmadi olaraq ‘İnsulatard HM” pereaparatını qəbul edir, dəfələrlə həkim-nevropotoloqun müayinəsində olmuşdur, diaqnoz “Diabetik neyropatiya”, həkim oftolmoloqun müayinəsində olmuşdur, diqnoz “OD-tor” qişanın qopması, cərrahi əməliyyat olunmuşdur, OS-katarakta, diabetik angiopatiya. ömürlük İİ dərəcəli əlildir. Prime Hospitalda gözünün cərrahi əməliyat olunması üçün oğlu Rövşən tərəfindən 2500 manat pul ödənilmişdir. Son 4-5 ildə çox şiddətli ağrıları olur, bəzi hallarda yaddaşını itirir, heç kimi və heç nəyi xatırlamır. Belə vəziyyətlərə düşdüyü vaxtlarda oğlanlarından başqa heç kim, nə əri Şəfahət, nə də qızı Səidə tərəfindən ona heç bir qayğı göstərilməmiş, səhhəti ilə maraqlanmamış, dərman vasitələrinin alınmasında maddi köməklik olunmamışdır. Bu günə qədər qayğısını oğlanları çəkmiş, gəlini Rövşənin həyat yoldaşı X22 hər gün ona qulluq etmiş, dərmanlarını, yeməyini, içməyini vermişdir. Yuxarıda qeyd etdiyi xəstəliklərlə əlaqədar olaraq bir çox hallarda yaddaş pozuntuları olur, demək olar ki, özünü bir çox hallarda idarə edə bilmir. Bundan yararlanmaq istəyən qızı Cavabdeh1 xx.xx.2018-ci il tarixdə onu Bakı şəhəri 14 saylı notariat ofisinə apararaq orda hansısa sənədlərə imza etməsinin lazım olduğunu bildirmişdir. Artıq müqavilələrin mətni hazırlanmış, hətta dövlət rüsumları belə ödənilmişdi. Notariat ofisinin əməkdaşı həmin sənədlərə imza etdiyi halda, yəni Xətai rayonu, Babək prospekti 1130-1133 məhəllə ünvanında yerləşən 8 saylı evin, 104 saylı (2 otaqlı) mənzilə olan mülkiyyət hüququndan məhrum olacağını bildirmişdir. Bu halda qızına etiraz etmiş və notariusu tərk etmişdir. xx.xx.2019-cu il tarixdə yenidən onu Bakı şəhəri 6 saylı notariat ofisinə apararaq əri Şəfahətlə birgə mülkiyyətində olan çıxarışlı evin yerləşdiyi, uzun illərdir istifadələrində olan eni 25-30 metr uzunluğu 50 metr olan təqribən 1700 kv.m torpaq sahəsinin üzərində qızı Səidəyə tikdikləri 2 mərtəbəli evin onun adına sənədləşdirilməsi üçün bəzi sənədlərə imza etməsinin lazım olduğunu bildirmişdir. O da, həqiqətən də həmin evin sənədlərinə imza etdiyini zənn edərək, gözləri zəif gördüyündən oxuya bilmədiyindən, həmçinin notariat ofisinin əməkdaşları tərəfindən ona imza etdiyi təqdirdə hansı hüquqi nəticələrin yarana biləcəyi izah edilmədiyindən, qızı tərəfindən aldadılaraq həmin sənədə imza etmişdir. Bununla bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə vəkil sorğusu verilmiş, rəsmləşdirilmiş, 4-Ə/497 reyestrli bağışlama müqaviləsi və həmin müqaviləyə aid olan sənədlərin təsdiq olunmuş surətləri əldə olunmuşdur. Lakin aylar keçməsinə baxmayaraq bir dəfə də olsun qızı Səidə evə dair mülkiyyət hüququnun artıq onun adına keçdiyi barədə ona və oğlanlarına heç bir söz deməmişdir. 2020-ci il dekabr ayının əvvəllərində əsəbi halda otağa daxil olan qızı Səidə onunla mübahisə etməyə başlamış və artıq oturduğu evin, həyətin özünün mülkiyyəti olduğunu və istədiyi vaxt onları qovacağını demişdir. Bu hadisədən sonra evə dair mülkiyyət hüquqlarının cavabdehin adına qeydiyyata alındığını bilmişlər. Artıq 70 yaşı var. Hal-hazırda oğlanlarına, nəvələrinə gələcəkdə buraxacağı əmlakdan qızı Səidənin onu aldatması nəticəsində məhrum olmuşdur. Bakı şəhəri 6 saylı notariat ofisində rəsmləşdirilmiş, 4-Ə/497 reyestrli bağışlama müqaviləsi və həmin müqaviləyə aid olan sənədlərin təsdiq olunmuş surətlərinə əsasən müəyyən olunur ki, 2 saylı Bakı “Asan Xidmət" Mərkəz tərəfindən Cavabdeh1 Şefahet qızına verilmiş və 6 saylı notariat ofisinə təqdim olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli arayışda qeydiyyatda olan digər şəxslər bölməsində X16, xx.xx.1951; İddiaçı, xx.xx.1951; X18, xx.xx.2003 göstərilmişdir. X1 verilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli arayışda qeydiyyatda olan digər şəxslər bölməsində ümumilikdə 163 nəfər göstərilmiş, ailə üzvlərindən X16, xx.xx.1951; İddiaçı, xx.xx.1951; Cavabdeh1, xx.xx.1979 göstərilmişdir. ******* saylı, xx.xx.2019-cu il tarixli arayışda qeydiyyatda olan digər şəxslər bölməsində X8 adı hansısa məlum olmayan səbəblərdən qeyd olunmamış, eyni zamanda, ******* saylı, xx.xx.2020-ci il tarixli arayışda qeydiyyatda olan digər şəxslər bölməsində də X9 adı qeyd olunmamışdır. Belə nəticəyə gəlmək olar ki, 2 saylı Bakı “Asan Xidmət” Mərkəz tərəfindən Cavabdeh1 verilmiş və 6 saylı notariat ofisinə təqdim olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli arayış saxtalaşdırılmışdır və məhkəmədə araşdırılmalıdır. Eyni zamanda oğlu X4 verilmiş ******* saylı, xx.xx.2021-ci il tarixli arayışda qeydiyyatda olan digər şəxslər bölməsində ümumilikdə 274 nəfər göstərilmiş, ailə üzvlərindən X16, xx.xx.1951; İddiaçı, xx.xx.1951; X17, xx.xx.1992; Cavabdeh1, xx.xx.1979 göstərilmişdir. Qeyd etmək istəyir ki, 66 saylı MKİS-dən alınmış 2857 saylı xx.xx.2020-ci il tarixli arayışda da X8 ünvan 3 ünvanda qeydiyyatda olduğu təsdiqini tapır. Həmçinin oğlu X5 66 saylı MKİS-dən alınmış 2881 saylı xx.xx.2020- ci il tarixli arayışda da X3 ünvan 3 ünvanda qeydiyyatsız hal-hazırki vaxta kimi yaşaması öz təsdiqini tapır. Qeyd olunan mənzillə bağlı Xətai rayon məhkəməsinə müqavilənin etibarsız hesab edilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2000-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin 383 saylı sərəncamı ilə yaşadığı evin yaxınlığında, işsizliyi ilə əlaqədar olaraq köşk tikilməsinə icazə verilməsi barədə sərəncam verilmişdir. Uzun illər daşdan tikilmiş həmin köşk onun istifadəsində olmuşdur və oradan gələn qazanc da ona çatmışdır. Qonşu ilə aralarında yaranan məhkəmə mübahisəsindən sonra, qızı Səidə yenə onu aldadaraq, yaşını bəhanə gətirərək hər dəfə məhkəməyə gedib gəlməmək üçün həmin köşkün müvəqqəti olaraq onun adına keçirilməsini istəmişdir. Ona inanaraq məhkəmə mübahisəsi bitənədək köşkü onun adına keçirilməsinə etiraz etməmişdir. Qeyd olunanlara baxmayaraq, köşkün icarə haqqını 2020-ci ilin dekabr ayına kimi ya özü almışdır, ya da oğlanları. xx.xx.2020-ci il tarixdə oğlu Rizvan tərəfindən köşkün icarə haqqı alındığı üçün qızı Səidə tərəfindən Xətai RPİ-nin 37-ci PŞ-nə şikayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin bu günə qədər məhkəmə mübahisəsinin bitməsinə baxmayaraq həmin köşkə dair hüquqların ona qaytarılmasına dair heç bir hərəkət etməmişdir. Əgər qızı Səidə onu aldatmasaydı, gələcəkdə qanuni vərəsə ola biləcək övladları Rövşən və Rizvanı qanunla onlara çata biləcək mülkiyyətdən heç vaxt məhrum etməzdi. Bu hal da onu göstərir ki, qızı Səidə onu aldadaraq paylı mülkiyyətdə olan payına göz dikmişdir. Məhkəmə iclasınında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili X24 iddia tələbini qəbul etməyərək tam əsassız olduğunu göstərdilər, eyni zamanda, iizahatlarında bildirdilər ki, müqavilənin etibarsızlığına dair iddia müddətin buraxılmışdır. Ona görə də, iddia tələbi əsassız olduğuna və iddia müddəti ötürülməklə verildiyinə görə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdeh Bakı şəhəri 6 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ seriyalı, 124665 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə İddiaçı arasında xx.xx.1974-cü il tarixdə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. AZ-İİ seriyalı, 124665 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X16, anası qrafasında İddiaçı qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestridən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.m fərdi yaşayış evi X10 adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. X16 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X16 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.m fərdi yaşayış evini qızı- Cavabdeh1 bağışlamış, müqavilə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-947 saylı qeydiyyat aparılmışdır. İddiaçı həmin evin bağışlanmasına dair razılıq ərizəsi notariat işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məcəllənin 347.1-ci maddəsinin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinin tələblərinə görə hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilir ki, “MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.” Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.m fərdi yaşayış evinin X16 tərəfindən Cavabdeh1 bağışlanması barədə notariat qaydada təsdiq olunmuş, 4- Ə/947 reyestr nömrəli xx.xx.2019-cü il tarixli bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə müvafiq bağlanması, bununla da, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası MM-nin 673.1-ci maddəsində nəzərdə tutulan hallar mövcud olmadığı təsdiq olunmuşdur. Həmçinin, İddiaçı tərəfindən bağılama müqaviləsinin mübahisələndirilməsi üçün müddət buraxılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna, həmçinin, iddia müddəti ötürüldüyündən məhkəmə tərəfindən kəsici müddət tətbiq edilməklə rədd edilməlidır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı notariat ofisinə qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221.1 kv.m fərdi yaşayış evinin X16 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 4-Ə/947 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin fərdi yaşayış evinin 1/2 hissəsinə münasibətdə etibarsız hesab edilməsi, həmin hissədə bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2301/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2301/2021
23.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver