Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2307/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən 9118 m3 həcmində itirilmiş qaz sərfıyyatına görə qanunsuz olaraq hesablanmış cari 1823.60 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz sayğacının yoxlanılmasına dair baxış zamanı № ******* saylı akt tərtib olunaraq, “İTRON” tipli “G-4” markalı, 1602AZ**********27 nömrəli qaz sayğacı çıxarılaraq, “Zenner Smart” tipli “G-4” markalı STSO**********19 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Bundan sonra, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması üçün Dövlət Neft şirkəti Cavabdeh əməkdaşları tərəfindən iddiaçının mərhum anasına məxsus “İTRON” tipli “G-4" markalı, 1602AZ**********27 saylı qaz sayğacına baxış keçirilmiş, onlara məxsus qaz sayğacına dair borc hesablandığı bildirilmişdir. Həmin vaxtadək əvvəlki qaz sayğacının işlək vəziyyətdə olub-olmaması barədə, eyni zamanda borc barədə xəbərləri olmamışdır. Belə ki, həmin vaxta qədər onlara məxsus qaz sayğacından istifadə edilməsi zamanı bir problemlə qarşılaşmamışlar. İddiaçı həmçinin qeyd edir ki, sözü gedən qaz sayğacı həyətdə quraşdırıldığından ona müdaxilə olunub-olunmaması, texniki yararlılığa uyğunluğu ilə bağlı ümumiyyətlə məlumatı yoxdur. Həmçinin, onun texniki istismara yararlılığının nəzarətdə saxlanılması istehlakçının deyil, cavabdeh orqanın vəzifəsidir.İddiaçı daha sonra cavabdeh orqana müraciət edən zaman guya borclu olduğu bildirilmiş, və iddiaçıya Cavabdeh İB tərəfindən yalnızca xx.xx.2023-cü il tarixli ******* saylı akt təqdim olunmuşdur. Belə ki, “GASREP” sistemindən çıxarış və abonentin saldosu iddiaçının təkidli israrına rəğmən ona təqdim edilməmişdir. Təqdim olunmuş akta əsasən isə “İTRON" tipli “G-4” markalı, 1602AZ**********27 nömrəli qaz sayğacı çıxarılaraq, “Zenner Smart" tipli “G-4” markalı STSO **********19 nömrəli qaz sayğacının quraşdırılma səbəbi əvəzetmə göstərilmiş və 9118 m3 həcmində itirilmiş qaz sərfiyyatma görə 1823.60 (bir min səkkiz iyirmi üç manat altmış) manat məbləğində borc hesablandığı iddiaçıya məlum olmuşdır. Həmçinin iddiaçı bildirir ki, tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmılş vaxtlıvaxtında sərf etmiş qazın dəyəri qismində pul ödənilmişdir. İddiaçının himayəsində üç azyaşlı övladı vardır. Cavabdeh orqanın qanunsuz əməlləri nəticəsindən, qazın verilməsinin dayandırılması nəticəsində onlarında hüquqları kobud surətdə pozulmuşdur. Nəzərə alsaq ki, soyuq qış aylarıdır, uşaqların və ailəsinin hal-hazırda qaz təchizatına daha çox ehtiyacı vardır. Bunun üçün qanunsuz tələb olunan pulun silinməsi üçün bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalmışdır. Azərbaycan Respublikasının vətəndaşı kimi Konstitusiya hüquqları kobud surətdə Cavabdeh tərəfindən pozulmuşdur.Bütün yuxarıda göstərilənləri əsas götürərək, iddiaçıdan qanunsuz olaraq tələb olunan 9118 m? həcmində itirilmiş qaz sərfivyatına görə 1823.60 (bir min səkkiz iyirmi üç manat altmış) manat məbləğində borcun silinməsini məqsədə müvafıq hesab edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, tələb olunan borcun istehlakçının öz sərfiyyatına görə yaranmış borcu olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında“ ******* saylı aktdan görünür ki, mexaniki göstərici ilə elektron göstərici arasında 9162 m3 fərq vardır. İş materiallarında olan abonent saldosundan görünür ki, X2 2010-cu ilin iyun ayından 2023-cü ilin mart ayına kimi 2262 manat məbləğində debitor borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının anası X3 ilə Cavabdeh İB arasında qazın istismara verilməsi barəsində müqavilə bağlanmışdır. X1 vəfat etmişdir. Hazırda həmin mənzildə İddiaçı yaşayır. Odur ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2023-cü ilin fevral ayında iddiaçının evində quraşdırılmış “İTRON” tipli “G-4" markalı, 1602AZ**********27 saylı mexaniki qaz sayğacı çıxarılmış, sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisi 32066 m3 elektron göstəricisi isə 22904.2 m3 olmuşdur. Həmin göstəricilər arasında 9162 m3 fərq olduğundan köhnə qaz sayğacı çıxarılaraq, “Zenner Smart" tipli “G-4” markalı STSO **********19 nömrəli qaz sayğacı quraşdırılmışdır. Görünüdüyü kimi, iddiaçı barəsində ümumiyyətlə hər hansı akt tərtib olunmamış və hər hansı borc yazılmamışdır. İddiaçının silinməsini xahiş etdiyi borc debitor borcdur. Azərbaycan Respublikası MPM 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tərəfindən hesabında olan borcun əsassız yazılmasına dair heç sübut yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – 9118 m3 həcmində itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 1823,60 manat məbləğində borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2307/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2307/2023
25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver