Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2308/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qobustan qəsəbəsi, massiv 7, ev 100A (abonent kodu: **********00520) ünvanı üzrə İddiaçı hesablanmış 1036 (bir min otuz altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olsa da, illərdir ona məxsus ünvan 3nda yaşayır. Həmin fərdi yaşayış evinə dair çıxarışı olmasa da, digər bütün sənədləri var və yaxınlarda çıxarışın alacağını qeyd etmişdir. Evə dair digər sənədləri olduğundan və ev onun faktiki sahibliyində və istifadəsində olduğundan, bununla da evə dair mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi və mülki marağının olması mübahisəsizdir. Ona görə də hazırkı iddianı qaldırmaqda tam haqlıdır. Sözügedən evin əvvəlki 2011-ci ildən quraşdırılmış sayğacı plomblu (nömrəsi ********) olmuş, artıq istifadə müddəti bitdiyindən və istismara yararsız olduğundan cavabdehin əməkdaşlarının təşəbbüsü ilə çıxarılmış, xx.xx.2022-ci tarixdə yeni sayğac quraşdırılmış, bu zaman hər hansı problem olmamış, köhnə sayğacın plombunun açılması və sair hərəkətlər məhz cavabdehin əməkdaşlarının özü tərəfindən həyata keçirilmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, sayğac dəyişdirilən zaman guya onun tərəfindən qazdan istifadə qaydalarının pozulması - sayğaca müdaxilə etməyi ilə bağlı akt tərtib edilmişdir. Halbuki, sayğac həmişə evdən kənarda - çöldə quraşdırılmış, plomblu olmuş, köhnə sayğac da qeyd etdiyi kimi məhz cavabdehin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir. Onun tərəfindən sayğaca heç vaxt hər hansı müdaxilə edilməmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda da qeyd olunduğu kimi yeni sayğacın quraşdırılma səbəbi "köhnənin istifadə müddətinin bilməsi" olmuşdur. Həmin aktda da əvvəlki sayğaca müdaxilə olunması ilə bağlı hər hansı hal qeyd edilməmişdir. Cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona 1036 manat borc hesablamışlar. Buna görə də onun aylıq etdiyi ödənişlər əsassız olaraq bu borca silinir və qazdan istifadə edə bilmir. Cavabdehə müraciət edən zaman onlar artıq aktın tərtib olunduğunu, aktı yalnız məhkəmənin ləğv etmək səlahiyyətinin olduğunu, məhkəməyə müraciət etməyi və məhkəmənin cəriməni siləcəyini bildirmişlər. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh İstehsalat Briliyinin 29/1710-03250-1 saylı aktına əsasən sayğaca müdaxilə edilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, 29/1710-03250-1 saylı Qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilib və birləşmə korroziyaya uğrayıb. Xətalar təyin edilə bilmədi. Sayğacın çıxış yivli birləşməsi ətrafında sızma mövcuddur. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 8640 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğacın (plombun) çıxarılma səbəbi istismar müddətinin bitməsidir. İddiaçı məxsus **********00520 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin noyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 1036.80 manat borcu mövcud olmuşdur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036,80 manat (8640 m3 x 0,20 manat = 1036,80 manat) məbləğində borc iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1036,80 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair sübutlar olmadığından və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. xx.xx.2022-ci il tarixli, 29/1710-03250-1 saylı “qaz sayğacının yoxlanılması barədə” aktın məzmunundan da görünür ki, sayğacda kənar təsir izləri aşkar edilməmişdir və sayğac istismara yararsızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1036 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Qobustan qəsəbəsi, massiv 7, ev 100A (abonent kodu: **********00520) üzrə İddiaçı hesablanmış 1036 (bir min otuz altı ) manat məbləğində borc silinsin. 30,36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2308/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2308/2023
22.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver