Məhkəmə qərarları › İş №2(011)-2309/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2309/2023

12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2309/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona hesablanmış 885,6 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli yaşayış evi ona məxsusdur, həmin evi almışdır, cavabdeh tərəfindən guya evdə kənar xətlə qazdan istifadə edilməsi ilə bağlı ünvan üzrə cərimə yazılmışdır, bunların heç birindən xəbəri olmamışdır, qaz idarəsində həmin aktı və şəkilləri tələb etsə də aktı vermiş, lakin şəkillər verilməmişdir, onlara borcla bağlı komissiya təşkil edilməsini və evə baxış keçirilməsini təklif etsə də cavabdeh bununla razı olmamış, “get məhkəməyə müraciət et” demişdir, ona 885,60 manat borc yazılmışdır, borc əvvəlki şəxsin borcu olmuşdur, dəfələrlə ünvanın abonent hesabı üzrə ona keçməsi, istehlakçının dəyişdirilməsinə dair cavabdehə müraciət etmişdir, lakin cavabdeh ondan borcu qəbul etməsini tələb etmiş, yalnız bundan sonra bu məsələyə baxa biləcəklərini demişdirlər, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 16 fevral 2023-cü il tarixli “Abonentin saldosu”ndan görünür ki, abonent X1 ünvan 1 ünvanı üzrə **********00001 saylı abonent hesabına 04/2020-ci il tarixi üzrə və 07/2021-ci il tarixi üzrə 885,60 manat borc yazılmışdır. 02/2023cü il tarixdə 885,60 manat borc silinmişdir. Həmin tarixə ay sonuna borc 1036,92 manatdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Maştağa, Neftçilər küçəsi 0080, 0001 ünvanı üzrə istehlakçı Məmmədova Lalədir. Həmin ünvan üzrə “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar olundu” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 may 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 31 may 2020-ci il tarixli 0283101saylı akta əsasən itirilmiş qazın bərpasına görə 8856 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Fiziki şəxlər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair” Hesabatdan görünür ki, ünvan 2 ünvanı üzrə tikintinin sifarişçisi İddiaçıdur. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvan üzrə abonent kodu **********00001, ünvan üzrə istehlakçı – abonent isə X2r, iddiaçı ünvan 4 ünvanı üzrə onunla cavabdeh arasında qazın alqı-satqı müqaviləsi imzalandığını bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir, hazırki iddia tələbi ünvan 4 ünvanı üzrə **********00001 saylı abonent koduna hesablanmış 885,60 manat borcun ödənilməsi barədədir. Bununla belə, iddiaçıya məxsus ünvan üzrə cavabdeh tərəfindən əsassız borc hesablanmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qazın alqı-satqısı qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir, yəni buna dair öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və onlar özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Yalnız bu müqavilə bağlandıqdan sonra istehlakçıya qazın verilməsi təmin edilir, abonent müqavilədə qeyd olunmş həddə qazdan istifadə edir və hər iki tərəf müqavilə üzrə üzərlərinə öhdəlik götürürlər. Lakin hazırki iş üzrə tərəflər arasında qazın alqı-satqısına dair hər hansı müqavilə bağlanmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir, əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə ünvan üzrə (abonent kodu **********00001) istehlakçı – abonentin X3 olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən ona hesablanmış 885,6 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, istehlakçıların hüquqlarının qorunması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən ona hesablanmış 885,6 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar