Məhkəmə qərarları › İş №2(011)-2334/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2334/2024

31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2334/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi ərizə ilə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin X4 aid olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X6 1936-cı il tarixində Qazax rayon Kəmərli kəndində anadan olmuşdur. Bütün rəsmi sənədlərdə atasının adı Zəkəriyyə yazılmışdır. Belə ki, onun xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnaməsində ata adı Zəkəriyyə yazılmışdır. 25 dekabr 1978-ci il tarixli bağlanmış nikah haqqında şəhadətnamədə də atası X2 rəsmiləşdirilmişdir. Qazax rayon dövlət arxivi tərəfindən verilmiş arxiv arayışında mərhum atası Qəhrəmanov Zəkəriyyə olduğu yazılmışdır. Bütün rəsmi dövlət sənədlərində atası X6 olduğu qeyd olunmuşdur. Yuxarıda göstərilən sənədlərdən də göründüyü kimi mərhum atasını adı Qəhrəmanov Zakir deyil Qəhrəmanov Zəkəriyyədir. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində mərhum atası X3 adını səhv olaraq X5 yazılmışdır. Atasının adı Zakir deyil Zəkəriyyədir. Bu isə Qazax rayon Aqrar islahat Komissiyasının və DTXK Qazax rayon şöbəsinin səhvi olub. Elə bu səbəbdən ata və anasından vərəsəlik əsasında ona məxsus olan əmlakı (mülkü) öz adına rəsmiləşdirə bilmir. Elə bu səbəbdən də hüquqlarını bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Qazax Rayon İcra Hakimiyyəti Başçısının Kəmərli kənd İcra Nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid 06 saylı təsərrüfat başı kitabının 96cı səhifəsində X3 təsərrüfatı aşağıdakı qaydada olmuşdur: X6 (1936-cı ildə anadan olub), X13 (1937-ci ildə anadan olub). Təsərrüfatda cəmi 0.17 ha torpaq sahəsi və ümumi sahəsi 20 m2, oln ev mövcud olmuşdur. İş materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Qazax Rayon Dövlət Arxivində 159-cu fondda mühavizə olunan Qazax qeydiyyat şöbəsinin 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 65-ci səhifəsində Qəhrəmanov Zəkəriyyə xx.xx.1936, atası X9, milliyəti AZ.Türk, tamam olmuş 20 yaş, anası X7, milliyəti AZ.Türk, tamam olmuş 19 yaş olduğu qeyd edilmişdir. İş materiallarında olan AZ-T №226792 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. X14, milliyəti azərbaycanlı, anası X18, milliyyəti azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 Yetər Alı qızı ilə xx.xx.1978-ci il tarixdə nikaha daxil olmuşlar, bu barədə 26 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qəhrəmanov, arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ №330631 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin oktyabr ayının 18-ci günündə 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ №156082 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin sentyabr ayının 08-ci günündə 536 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-356A saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10N-li qərarı ilə verilmiş 0.20 hektar torpaq sahəsi X10 və X15 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zakir Qəhrəmanovun vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinin qeydə alınmasına dair hər hansı məlumat aşkarlanmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını və tərəfin izahatını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, işin materialları ilə müəyyən edilir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10N-li qərarında 0.20 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 və X16 məxsus olması faktı tam sübuta yetirildi. Mülki işin materiallarından görünür ki, Qazax rayonunda yerləşən 0.20 ha torpaq sahəsinin verilməsinə dair Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10N-li qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-356A saylı şəhadətnamənin X4 məxsus olması faktının müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malikdir. Belə ki, ərizəçi hazırda atasından miras qalan əmlak üzrə vərəsəlik hüququnu həyata keçirə bilmir. Lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qazax rayonunda yerləşən 0.20 ha torpaq sahəsinin verilməsinə dair Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10N-li qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-356A saylı şəhadətnamənin X4 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar